Təkəbbür və təvazökarlıq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-10-2015, 00:42 | Şərh sayı: (0) | Baxılıb: 583
Təkəbbür və təvazökarlıq
Ey əziz qardaş, heç zaman təkəbbürlülük etmə! Təkəbbürlü insanlar Qiyamət günü sanki kiçik qarışqa formasında həşr olunacaqdır. Bütün insanlar onları tapdalayıb keçəcək, onların Allah yanında nə qədər-qiyməti, nə də ki, hörməti olacaqdır ("Usulul-kafi" c.2, səh.235)
Allah-Təala Qurani-Kərimdə buyurur:
فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
"Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu."("Sad" surəsi, ayə,73-74)
Rəsulullah (s)-dan nəql edilən rəvayətdə deyilir:
"Təkəbbürdən çəkinin, insanda olan təkəbbürlülük sanki bir əbaya bənzər"( "Kənzul-Ümmal" 7735-ci hədis)
Nəql edilən rəvayətdə İmam Əmirəl-möminin (ə) buyurub:
"Təkəbbürlük etmə, təkəbbür günahların böyüyü, eyblərin şahı və İblisin bəzəyidir" (Ğurarul-hikəm" səh.309, 8124-cü hədis)
"Ağlın ən böyük bəlası təkəbbürlükdür".
"Təkəbbürlükdən çəkin, çünki o, tüğyanın başlancığı və Rəhmana üsyandır". ("Ğurarul-hikəm" səh.309)
Nəql edilən rəvayətdə İmam Zeynəlabidin (ə) buyurub:
"Allaha tövbə və istiğfar edən kəs zalım və təkəbbürlü olmaz. Təkəbbürlü insan həvayi-nəfsi ona üstün gələrək günaha meyl edən və dünyasını axirətdən üstün tutandır" ("Biharul-Ənvar" c.93, səh.277)
İmam sadiqdən (ə) nəql edilən rəvayətdə buyurulur:
"Təkəbbür insanları alçaltmaq və həqiqəti axmaqlığa çevirməkdir"
"Təkəbbürlü insan həqiqəti tanımır və onun sahibinə tənə edir". ("Usulul-Kafi" c.2, səh.234, 8-9-cu hədislər, "Biharul-Ənvar" c.73, səh.217)
Nəql edilən digər bir rəvayətdə
İmam Sadiq (ə) buyurur:
"Cəhənnəmdə təkəbbürlü insanlar üçün Səqər adlı bir vadi mövcuddur. Bu vadi həddən artıq isti olmasından Allaha şikayət edər və Ondan bir az nəfəs almaq üçün izn istəyər. Allaha ona nəfəs almağa izn verər və o, nəfəs aldıqda Cəhənnəmi daha da alovlandırar" ("Usulul-Kafi" c.2, səh.234, 10-cu hədis)
Deməli, bacardığın qədər təvazokar olmağa çalış! Bil ki, təvazökarlıq sənin şən və cəlalından heç nə azaltmır. Əksinə olaraq, səni yüksək bir pilləyə ucaldır.
Təkəbbür alçaq və naqis insanların xüsusiyyətləridir. Onlar təkəbbürə meyl edər, təkəbbürlə eyb və pisliklərini gizlətməyə çalışarlar. ( İmam Əmirəl-möminin (ə) buyurub: "Yalnız axmaq insanlar təkəbbürlülük edər").
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər