HƏZRƏT MƏHƏMMƏD (S.)-DAN NƏQL OLUNAN HƏDİSLƏR |
Müəllif: Betul_3 | Bölmə: Hədislər | Vaxt: 21-08-2013, 21:12 | Şərh sayı: (6) | Baxılıb: 4408
HƏZRƏT MƏHƏMMƏD (S.)-DAN NƏQL OLUNAN HƏDİSLƏR
- Həlim xasiyyət hikmətin əzəlidir.
- Övladlarınızla xoş rəftar edin,onlara qarşı ədalətli olun,birini o birindən üstün tutmayın.
- Tərəzidə çəkilsə, gözəl xasiyyətdən daha ağır gələn heç bir şey yoxdur.
- İnsanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, yayılan elmdən üstün olsun.
- Elm sənin məsləhətçin,mülayimlik dostun,əql bələdçin,səbr isə başçın olmalıdır.
- Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır.
- Ömrünün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə ehtiram etsin,qohumlarını yoluxsun.
- Bir kimsə bir mömini sevindirsə,sanki məni sevindirər.Məni sevindirən kimsə Allahdan vəd alar.Allahdan vəd alana cəhənnəm odu dəyməz.
- Bilik möminin dostu,həlimliyin məsləhətçisi,ağılın bələdçisi,xoş rəftarın babasıdır.
- Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.
- Ən şərəfli ölüm şəhadətdir.
- Az günah etsən ölüm sənə asan olar.
- Xalqın haqqını itirməyənlər,Allaha ən çox şükür edənlərdir.
- İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.
- Allahın razılığı valideynin razılığı,qəzəbi isə valideynin qəzəbi ilədir.
- Başqalarının eybini deməkdənsə,öz eybini anla,başa düş.
- Övladın ata və anaya mehriban baxışı ibadətdir.
- Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.
- Allah Təala duada israr edənləri sevər.
- Qiyamət günü Allahın yanında ən böyük məqamı olan o adamdır ki,Allahın yer üzündə yaratdığı məxluq yolunda hamıdan çox xeyirxahlıq etsin.
- Adi adamlar dirikən ölü kimidirlər,elmlilər isə öldükdən sonra da yaşayırlar.
- Üç şey insanı həlak edər: arzu və həvəsə uymaq,tamahın əsiri olmaq,insanın özünü bəyənməsi.
- Xeyirli iş barədə düşünən xeyirdən məhrum olmaz;məşvərətlə,məsləhətlə görülən iş peşmançılıq yaratmaz,qənaətliyə əməl edən yoxsulluğa uğramaz.
- Böyüklük pislikdən çəkinməkdədir,ucalıq könül xoşluğunda,zənginlik isə düzlükdə,inamdadır.
- Heç vaxt çağrılmamış süfrədə oturma,bir də getdiyin ailənin ev söhbətinə qarışma.
- Ana öz övladını süd ilə qidalandırdığı kimi,Allah da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırır.
- Dünyan üçün elə çalış ki,sanki həmişə yaşayacaqsan,axirətin üçün elə çalış ki,sanki sabah öləcəksən.
- Qəzəbdən çəkin ki,onun başlanğıcı dəlilik,sonu isə peşmançılıqdir.
- Allah həyalı,təmkinli,namuslu və iradəli insanı sevər.
- Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər