Düşmənçilik və söyüş |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-10-2015, 00:30 | Şərh sayı: (0) | Baxılıb: 383
Düşmənçilik və söyüş
Ey əziz qardaş, düşmənçilikdən və kin-küdurətdən uzaq ol! Çünki bunların səmərəsi peşmançılıq, dünya və axirət açarı, izləri isə iztirab, lənət və təhqirdir. Bunların xəbis sifətlərdən olduğuna heç bir şübhə yoxdur,xüsusilədə söyüş və təhqirin. ("Rəsulullah (s) buyurub:"Mömini söymək fasiqlikdir, öldürmək küfrdür, qeybətini etmək günahdır və malının hörməti onun qanının hörmətidir")
Rəsulullah (s)-dan nəql edilən rəvayətdə deyilir:
"Allah-Təala açıq-aşkar günah işlər görənlərə, həyası olmayana, sözlərinə və ona deyilən sözlərə məhəl qoymayana Cənnəti haram etmişdir. Belə insanlar Şeytanın şəriki olarlar" ("Səfinətul-bihar" c.2)
Həmçinin, Rəsulullah (s)-dan nəql edilən digər bir rəvayətdə deyilir:
"Allah açıq-aşkar günah iş görənləri sevməz"
"Allah açıq-aşkar günah iş görənlərə Cənnəti haram edər" ("Kənzul-ummal" 8078, 8085-ci hədis)
İmam Sadiq (ə)-dan nəql edilən hədisdə deyilir:
"İnsanlara sizə deyilən ən gözəl sözləri deyin, Allah-Təala möminin tez-tez lənət oxumasına, söyüş söyməsinə və başqalarını təhqir etməsinə nifrət edər".
"Açıq-aşkar günah iş görən şəxs, sanki murdar bir suya bənzər" ("Biharul-ənvar" c.78, səh.181, 79-cu cild, səh.111)
Bil ki, açıq-aşkar günah işləmək və söyüş söymək sadəcə qəzəbdən irəli gəlir. Həmçinin, avara, fasiq, əhlikef və axmaq insanların məclislərində tez-tez müşahidə olunur. Sonda isə bu əməl heç bir düşmənçilik və ya qəzəb olmadan adət halına çevrilir.
Həmçinin, bəzi axmaq və avara insanların zarafat adıyla bir-birinin anasını və ya digər əziz insanlarını söyməsinin şahidi olmamısız?
Şübhəsiz ki, belə kimsələr insanlıqdan uzaqdırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər