Ədəbsizlik |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-10-2015, 14:43 | Şərh sayı: (0) | Baxılıb: 466
Ədəbsizlik
Ey əziz qardaş, ədəbsizlikdən çəkin! Ədəbsizlik insanı Xaliqdən də, məxluqdan da uzaqlaşdırır (" Usulul-kafi" c.2, səh.242)
Ədəbsiz insan daim əzab içində yaşayır. (Şeyx Kuleyni "Usulul-kafi" kitabının 2-ci cildinin 242-ci səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir:"Kimin əxlaqı pis olsa özünə əzab verər") Çünki həmin şəxs onu əsla tərk etməyən bir düşmənin əsiridir. ( Şeyx Kuleyni "Usulul-kafi" kitabında məsumlardan nəql edir: "Sirkə balı xarab etdiyi kimi, ədəbsizlik də imanı xarab edir").
Bir şair nəsr üslubunda deyir:"Əgər ədəbsiz bir insan yaşamaq üçün uzaq ölkələrə qaçsa belə ədəbsizlik ondan əl çəkməyəcək"
Gözəl əxlaq övliyaların ən gözəl sifətidir. (Şeyx Kuleyni "Usulul-kafi" kitabının 2-ci cildində səh.81-də İmam Zeynəlabidin (ə)-dan nəql edərək buyurur: "Qiyamət günü tərəzidə qoyulacaq ən üstün əməl gözəl əxlaqdır")
Allah-Təala Qurani-Kərimdə buyurur:
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
"Həqiqətəndə, sən böyük əxlaq sahibisən!" ("Qələm" surəsi, ayə 4)
Rəsulullah (s) buyurur:
"Qiyamət günü sizlərdən mənə ən yaxını və ən sevimlisi gözəl əxlaqa sahib olanınızdır" ("Usulul-Kafi" c.2, səh.81)
"Sizlərdən mənə ən çox oxşayan gözəl əxlaqa malik olanınızdır" ("Biharul-Ənvar" c.71, səh.375-387)
Əmirəl-möminin (ə) buyurub:
"Gözəl əxlaq üç şeydədir; Haramlardan, halal tələb etməkdə və ailənin gəlirini artırmaqda" ("Biharul-Ənvar" c.71, səh.395)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər