Allah yolunda ehsan edən namaz qılanlar |
Müəllif: Eli Aşiqi | Bölmə: Namaz | Vaxt: 18-02-2015, 12:03 | Şərh sayı: (0) | Baxılıb: 2914
Allah yolunda ehsan edən namaz qılanlar
İslam dinində başqalarına edilən hər hansı bir yaxşılığa ehsan deyilir. Bu gözəl əməl həm Qurani-kərimin, həm də məsumların (ə) buyuruqlarında təqdir edilmişdir. Belə ki, Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir:
يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا
"Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!”(Hədid”, 18.)
Ədalət sahibi olan Allah şübhəsiz ki, hər bir yaxşılığı yaxşılıqla cavablandırandır. "Ər-Rəhman” surəsində isə bu haqda oxuyururq:
هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ
"Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!”("Ərrəhman”, 60.)
Həmçinin, ehsan etməyin dəyər və mahiyyəti haqqında isə İslam peyğəmbəri (s) buyurur:
"Qohumlarının yanına canı və malı ilə yaxşılıq etmək üçün gedənlərə yüz şəhid məqamı və hər qədəminə isə qırx savab verilir”("Biharul-ənvar”, c. 74, səh. 89.)
Qurani-kərimdə yaxşı işlər görən şəxslərin ən üstün cəhətlərindən biri də onların namaz qılmalarıdır. Loğman surəsində oxuyuruq:
وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ الَّذِينَ يُقِيمُونَ الصَّلوةَ وَيُؤْتُونَ الزَّكَوةَ .هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ
"(O Qur’an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar”("loğman”, 3-4.).
Digər əməllərinin, ehsanlarının qəbul edilməsini istəyən şəxslər namaza böyük əhəmiyət verməlidirlər. Bu haqda İmam Baqir (ə) buyurur:
"اول ما يحاسب به العبد الصلاه فان قبلت قبل ما سواها"
"Qiyamət günü bəndədən ilk soruşulan əməl namazdır, əgər namaz qəbul olunubsa, sair əməllər də qəbul olunacaqdır. Əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir”("Bihar əl-ənvar”, c. 7, səh. 267.).
Namaz təvazökarlıq nişanəsidir
Əsl bəndəlik təzahürü təvazökarlıqdır. Təvazökarlıq özünü digərlərindən üstün tutmamaq, onlara ehtiram etmək və təkəbbür kimi rəzil əxlaqi keyfiyyətlərdən uzaq olmaqdır. Həzrət Əli (ə) təvazökar olmağı ən böyük ibadət hesab edərək buyurur:
" عليك با لتواضع فانه من اعظم العباده "
"Sizi təvazökar olmağa dəvət edirərm. Çünki, təvazö ən böyük ibadətdir”("Kafi”, c. 2, səh. 123.).
Ən böyük təvazökarlıq isə Allah qarşısında edilməlidir. O Allah ki, bəndənin hər bir şeyi onun tərəfindəndir. Bəndənin Allah qarşısında itaətsizlik göstərib, əmrlərinə etinasız yanaşması isə təvazökarlığın əksidir. Təvazökar olmağın ilk nişanələrindən biri də Namaz qılmaqdır. Qurani-kərimdə bu əxlaqi sərvətin əlamətləri belə xatırlanır:
الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَى مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلوةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
"Onlar o kəslərdirlər ki, Allahın adı çəkiləndə qəlbləri (qorxudan) titrəyir, hər bir müsibətə səbr edirlər, namaz qılırlar və onlara verdiyimiz ruzidən ehsan edirlər”("Həcc”, 35.).
"Fiqh ər-Rza” kitabından nəql edilir ki, namazı yuxulu, tənbəl, tələsik halında yox, mətinlik və vüqarla qılmaq lazımdır. Namazda xüşu və təvazö halında ol. Namazda həmişə ümid və qorxu arasında qal. Allahın hüzurunda elə namaz qıl ki, sanki, günahkar bir şəxs tövbə edib bağışlanmasını diləyir. Sağa-sola boylanma. Elə təsəvvür et ki, sən Allahı görürsən, ən azı sən Onu görməsən də O, səni görürr("Adabe-səlat”, səh. 151.).
Səid ibn Cübeyr deyir: "Qırx il namaz qıldım, lakin namaz halında sağ və solumda dayananları tanımadım. Çünki, İbn Abbasın belə buyurduğunu eşitmişdim: "Namaz halında təbazö etmək odur ki, namaz qılan şəxs sağ-solunda dayananları tanımasın (diqqəti yalnız namazda olsun)("Əsrare-səlat və muhemmatuha”, səh. 156.).
İmam Sadiq (ə) قوموا الله قانتين (Allaha itaət halında namaz qılın) ayəsinin təfsir edərəkən buyurur: "Yəni təvazökarlıqla namaz qılın”("Təfsiri-nümunə”, c. 2, səh. 148.).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər