Peyğəmbər (s.ə.s) Və Yer Üzərinə Səcdə |
Müəllif: Nokeri-Huseyn | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 30-09-2013, 06:52 | Şərh sayı: (4) | Baxılıb: 4245
Peyğəmbər (s.ə.s) Və Yer Üzərinə Səcdə
Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir.
“Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir: “(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.”
Bəli, bu Allah rəsulunun səcdəsidir. Bizlərə “mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin” – kəlmələrini xitab edən Peyğəmbərin (s) səcdəsi! Qur`ani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır.Həqiqətən Allahın rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün”) gözəl nümunədir.Digər ayədə isə belə buyurulur.Peyğəmbər sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin.Aişədən nəql olunan rəvayətdə belə deyilir: “Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm.”
Bu hədis də ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri “yer” üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir.
Vailin nəql etdiyi rəvayətdə deyilir: “Peyğəmbər (s) səcdə edərkən alnını və burnunu yer üzərinə qoyduğunu gördüm.”
Peyğəmbər (s) də, öz növbəsində “yer” hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Bir hədisdə belə nəql edilir: “Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.Həsir Üzərinə Səcdə.Bir sıra rəvayətlərdə nəql olunur ki, bə`zi hallarda Peyğəmbər (s) xurma ağacının qabığından hazırlanmış həsir üzərinə də səcdə etmişdir. Bu qəbildən olan hədislər ona dəlalət edir ki. Peyğəmbər (s) bitkilər üzərinə edilən səcdəyə də icazə vermişdir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yararlı bitkilər olmasın. Peyğəmbər (s) öz əməli ilə bildirmişdir ki, yeyilməyən və geyim əşyaları üçün yararlı olmayan bitkilər üzərinə səcdə, yer üzərinə edilən səcdə kimidir. Qeyd etmək lazımdır ki. yer üzərinə edilən səcdə ilə heç bir ziddiyyət təşkil etməyən bu növ səcdə müsəlmanların işini asanlaşdırmaq üçündür. Lakin yeyinti və geyim əşyaları hazırlamaq üçün yararlı, toxunma işlərində istifadə edilən pambıq və digər bitkilər üzərinə səcdəyə müqəddəs İslam şəriəti icazə vermir.
Ağac yarpaqları və yeyilməyən bitkilər üzərinə səcdəyə icazə verilsə də, rəvayətlərdə qeyd edildiyi kimi, ən kamil və ən yaxşı səcdə torpaq üzərinə edilən səcdədir.Müəllif.Seyyid Məhəmməd İbrahim əl-Müvəhhid əl-Qəzvini.Hazirladi Islam Araşdirmalar Qrupu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər