Hər Bir Mömin Insanın Uc Xislətə Ehtiyacı Vardır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-07-2014, 02:17 | Şərh sayı: (1) | Baxılıb: 989
Hər Bir Mömin Insanın Uc Xislətə Ehtiyacı Vardır.
Allahın Adıyla.
11-ci İmamımız İmam Həsən Əsgəri (ə) buyurmuşdur:-"Hər bir mömin insanın 3 xislətə ehtiyacı vardır. Allahdan müvəffəqiyyət, öz nəfsindən olan moizə edən və nəsihəti hər kəsdən qəbul etsin".
Allahın salamı olsun əziz Peyğəmbərimizə (s.ə.a.s) və onun pak Əhli beytinə. Doğrudan da ürəkdən çıxan söz ürəyə düşər, böyükün və dahinin sözü böyük və misilsiz olar. Ağamızın bu qiymətli sözünün şərhə və izaha ehtiyacı vardır.
1.Allahdan müvəffəqiyyət. Ərəb sözü olan müvəffəqiyyət nə deməkdir? Lüğətə müraciət etdikdə görürük ki, "müvəffəqiyyət"-təvfirul-əsbab deməkdir. Yəni-səbəblərin cəm olmasına müvəffəqiyyət deyilir. Məsələn, bir şəxs elm öyrənmək arzusundadır. Onun elm öyrənməsi üçün bir neçə səbəbə ehtiyacı vardır. Sağlam zehnin olması, layiqli ustad, münasib vaxt, elm öyrənməyə şərait və sairə.... Bu səbəbləri hasil etmək Allahın əlindədir. Qeyd olunan səbəblər hasil olandan sonra , insan o səbəblərdən düzgün istifadə edir. Əgər səbəblər müvəffər olmazsa, o zaman insan heç vaxt elmə yiyələnə biımir.
Eləcə də insan iman əhli olmaq istəyirsə , bundan ötrü lazım olan səbəblər vardır. Xüsusi zehniyyət və tutum, layiqli tərbiyəçi ki, ona düzgün İlahi yolu nişan versin, Allahın buyurduqlarını yerinə yetirməkdən ötrü sağlam bədən və sairə.... Bütün bu sadaladığımız xüsusiyyətlər bir olan Allahın əlindədir. Ona görə Mövlamız buyurur ki, insanın birinci ehtiyacı olduğu məsələ Allahdan müvəffəqiyyətdir.
2.Öz nəfsindən olan moizə edən. Biz buna öz aramızda "vicdan" deyirik. Hər bir insanın olub keçən hadisələrdən ibrət almasından ötrü, etdiyi pis əməllərdən peşman olmasından ötrü oyaq və ayıq vicdana ehtiyacı vardır. Nəfsi istəklərlə həbs olunmuş , nəfsi istəklərə əsir olan vicdan ayıq və oyaq deyildir. O, artıq sahibini danlamır, sahibini doğru yola səsləmir və sahibini etdiyi günahlardan çəkinməsi üçün ona yardım etmir. Belə "vicdana" sahib olan insan, heç vaxt iman əhli ola bilməz və mömin sayılmaz. Vicdanı ayıq olmayan insana isə xaricdən nə qədər moizə və nəsihət olursa olsun, faydasız və xeyrsizdir.
3.Nəsihəti hər kəsdən qəbul etmək. Nəsihət nədir? "Nəsihət"-doğru və haqq yolu insana göstərən söz və hərəkətə deyilir. Nəsihəti qəbul etməyən kəs, haqqa və həqiqətə arxa çevirəndir. Bu təkəbbür əlamətidir. Təvazökar insanlar nəsihəti hər kəsdən qəbul edərlər. Niyə də etməsinlər? Axı dediyimiz kimi , nəsihət haqqı və həqiqəti insana nişan verir. Hər hansı bir insan nəsihəti qəbul etmirsə, o zaman o təkəbbür əhlidir. Təkəbbür zülmət və qaranlıq. İman isə nur və işıqdır. Zülmət və nur, qaranlıq və işıq bir yerə cəm olmadığına görə, təkəbbür və iman bir qəlbdə cəm olmaz. (Zid əşyaların cəm olması mustəhildir).
İndi Ağamızın , Mövlamızın İmam Həsən Əsgəri (ə)-ın bu qiymətli sözü bizə aydın oldu. Mömin olmaq istəyən kəs, Allahdan müvəffəqiyyət diləməli, vicdanını ayıq saxlamalı və hər kəsdən olursa olsun nəsihəti qəbul etməlidir.
İlahi, bu mübarək Ramazan ayında bizi nəfsimizi islah edənlərdən qərar ver !!!
Seyid Ağarəşid Boradigahlı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər