Dadlı yeməklər və onlardan isdifadə barəsində |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-02-2015, 13:52 | Şərh sayı: (0) | Baxılıb: 3033
Dadlı yeməklər və onlardan isdifadə barəsində
Peyğəmbər (s) və imamlardan nəql olunmuş bir çox hədislərdə camaata dadlı və ləziz yeməklər yedirtməyin böyük savabı olduğu göstərilmişdir və həmçinin insanın belə yeməkləri özlərinə haram bilməsi bəyənilməmişdir. Amma bir şərtlə ki, bu yeməklər halal olsun və həmin yeməklərin həddən artıq isdifadəsi insanı Allaha ibadətdən çəkindirməsin.
İnsan heyvanlardan fərqli olaraq acgözlülüyə yol verməməli, lazım olan və ehtiyac olduğu qədər yeməlidir. Buna sübut olaraq Allah-təala Quranda buyrur ki, israf edənləri (yəni istər yeməkdə , istərsədə sair şeylərdən isdifadə zamanı həddən artıq miqdarda işlədənləri) sevməz .
Nəticə olaraq bunu demək olar ki, həddən artıq yemək olmaz. Çünki , bu insanı ibadətdən yayındırır və bununla yanaşı həddən az yemək olmaz . Çünki , bu insanın bədəninin zəifləməsinə gətirib çıxarır ki, nəticədə insan təminatını ödəmək üçün lazım olan dünyəvi işləri yerinə yetirə bilməz.
Hədislərin birində deyilir ki, imam Sadiq (ə) əksər vaxtlarda camaata çörək, firni və halva kimi yeməklər paylayar və buyurardı ki, əgər Allah bizə bol nemət versə , biz də onu bol-bol paylayarıq . Əgər nisbətən az etsə , biz də az-az paylayarıq. İmam Sadiq (ə)-dan olan digər bir hədisdə buyurulur ki, Allah-təala qiyamət günü möminlərdən bu üç şey barəsində sual etməz:
1.Onun yeməyi barəsində ;
2.Onun geyimi barəsində ;
3.Ona sadiq olan həyat yoldaşı barəsində;
Əbu Kabili söyləyir ki, bir gün imam Məhəmməd Baqi (ə)-yanına getmişdim . Səhər çağı olduğu üçün mən onunla səhər yeməyi yedim . Yeməkdən sonra , İmam (ə) yeməyin necə olduğunu soruşdu . Mən də ömrümdə bu cür dadlı yemək yemədiyimi etiraf etdim . Sonra Quranın bu ayəsi yadıma düşdükdə oxudum : "Va li təsəlunnə yəumə izin ənin nəiim .”(yəni qiyamət günü sizdən Allahın verdiyi nemətlər barəsində sual ediləcək).İmam dinlədikdən sonra buyurdu ki, bu ayədəki "nəim” sözü peyğəmbər və imamlara aiddir və qiyamət günü sizdən onlar barəsində soruşulacaq (yəni soruşulacaq ki, dünyada onlara etiqadınız var idi ya yox?)
İmam Sadiq (ə)-ın hədislərinin birində nəql olunur ki, Allah-təala böyük və səxavətlidir. Heç zaman bəndəsindən halal yeməklər barəsində sorğu-sual etməz . Sonra əlavə edərək buyrur:ki, yemək hazırladığınız zaman öz dost və tanışlarınızı da süfrə başına dəvət edin .
Həzrəti Rəsuldan nəql olunur ki, tox halda bir şey yemək , dəri xəstəliyi əmələ gətirər.
İmam Sadiq (ə)-dan nəql olunmuş digər hədisdə deyilir ki, gecə vaxtı səbəbsiz oyaq qalan , təəccüblü bir hadisə baş verdikdə, təəccüblənmək əvəzinə gülən və tox olduğu halda yemək yeyən şəxsi Allah-təala özünə düşmən bilir.
Həzrəti Məhəmməd (s) hədislərinin birində belə buyurub: "Mömin olan şəxs yalnız bir qadın, kafir olan isə yeddi qarın yeyər. (yəni həddindən artıq ).
Başqa bir hədisdə deyilir ki, Əbu Hənifə bir gün Peyğəmbər (s)-ın yanına gəlir. Peyğəmbər (s) onun olduqca tox olduğunu anladıb deyir : Ey Əbu Hənifə ! Bil ki, hər kim dünyada tox olsa , o biri dünyada bir o qədər ac olar.
Rəvayətlərdə göstərilir ki, Əbu Hənifə ondan sonra ömrünün axrınadək az yemək yeyərdi . (yəni lazım olan qədər).
Digər hədisdə Allah-təalanın yeməklə dolu olan qarından xoşu gəlmədiyi göstərilmişdir.
Əmirəl-möminin (ə)-dan nəql olunmuşdur ki, İsa peyğəmbər günlərin bir günündə bir şəhərə çatdıqda bir qadınla kişinin dalaşdığını görür. Maraqlanıb səbəbini soruşur. Kişi cavab verir ki, bu mənim həyat yoldaşımdır. Özü də çox vəfalı və səxavətli qadındır. Amma üzündəki gözəlik getdiyinə görə ondan ayrılmaq istəyirəm. İsa peyğəmbər kişini dinlədikdən sonra üzünü qadına tutub deyir ki, yeməyi doyana kimi yemə. Çünki , dolu mədə üzdə olan gözəllik və təravəti məhv edir. Qadın onun məsləhətinə əməl etdikdən sonra əvvəlki təravəti özünə qayıdır və yenidən öz ərinin sevimlisinə çevrilir.
İmam Musa (ə) belə buyurub: "Yeməyi orta səviyyədə yeyən adamlar hər vaxt sağlam və gümrah olarlar”.
Peyğəmbər (s)-ın hədislərinin birində buyrulur ki, beş xasiyyət insan bədənində (dərisində) xəstəliyə səbəb olar:
1.Cümə axşamı və cümə günü bədənə nurə (bir növ kimyəvi maddədir) çəkmək;
2.Günəş şuaları altında qızmış su ilə dəstamaz və ya qusl almaq ;
3. Boynunda cənabət quslu olarkən yemək yemək;
4.Qadın heyzli olduğu zaman onunla yaxınlıq etmək ;
5.Tox olan zaman yemək yemək .
İmam Sadiq (ə) nəsihətlərinin birində buyurur ki, insan yemək yeyərkən gərək qarnının bir hissəsini yemək , bir hissəsini su və bir hissəsini nəfəs üçün saxlasın. Çalışın ki, kökəlməklə özünüzü aldatmayasınız (burada qarın sözünü işlətməkdə məqsəd mədədir ). Çünki, bu xüsusiyyət (yeməklə kökəlmə ) kəsiləcək heyvanlara aiddir ki, kəsilməzdən əvvəl onları bəsləyərək yedirib kökəldərlər.
Daha sonra əlavə edir ki, insanın artıq dərəcədə tox olması onu fəsad və tuyğana sövq edər. Umumiyyətlə insana üz verən bir çox ağrı və xəstəliklər onun çox yemək yeməsindən irəli gəlir.
Başqa bir hədisdə deyilir ki, İsa peyğəmbər İsrail cammatına müraciət edərək belə deyərdi : "Acmadığınız halda əsla bir şey yeməyin .Yalnız aclıq hiss etdikdə yemək yeyin və hər bir şey yediyiniz zaman tam doyunca yeməyin . Çunki, çox yeməyiniz sizin kökəlməyinizə səbəb olar və nəticədə Allahı unutmağınıza gətirib çıxarır. "
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir ki, Allah-təalanın nemətlərinin hər birindən çox yeyib əziyyət çəkdikdə şikayət etmək məkruhdur. (Yəni əgər insan hər nemətdən qədərincə yesə , heç zaman əziyyət çəkməz . Çünki , yalnız həddən az və ya həddən artıq yemək əziyyətə səbəb ola bilər). Hədislərin birində belə nəql olunur: "Bir gün həzrəti Rəsul (s)-ın yanına yemək üçün bir qədər bal və süd gətirirlər. Peyğəmbər (s) bu gətirilən şeylərin hər birində öz miqdarında yeyib süfrədən çəkilir.Yanında olanlardan biri Peyğəmbər (s)-dan soruşur ki, ya Rəsuləllah. Məgər bunları yeməyi haram bilirsən ? Peyğəmbər (s) onun cavabında buyurur ki, xeyr. Sadəcə olaraq Allah yanında təvazökarlıq etmək istəyirəm”.
Başqa bir rəvayətdə deyilir ki, günlərin bir günündə Əmirəl-möminin (ə)-a xeyirli və xoş iyli bir şərbət təklif edirlər . Əli (ə) barmağını şərbətə batırıb ondan bir qədər dadır və buyurur : "Bunu içmək əsla haram deyil . Ancaq isdəmirəm ki, adət etmədiyim bir şeyi özümə vərdiş edim və Peyğəmbər (s) meyl etmədiyi şeydən mən də meyl edim”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər