Özündən razı qalmaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-10-2015, 20:46 | Şərh sayı: (0) | Baxılıb: 2053
Özündən razı qalmaq
Ey əziz qardaş, ücbdən (özündən razı qalmaq) və nəfsə ibadətdən çəkin! Ücb elə bir günahdır ki, toxumu küfr, torpağı nifaq, suyu fitnə-fəsad, budaqları cəhalət, yarpaqları zəlalət, meyvəsi isə lənət və ədəbi Cəhənnəm alovudur. (Nəql edilən rəvayətdə Allah-Təala Davud (ə)-a buyurur: "Ey Davud, günahkarlara müjdə ver, möminlərə isə xəbərdarlıq et! Davud (ə) buyurdu: Günahkarlara necə müjdə verim və möminləri nə üçün xəbərdar edim? Allah-Təala buyurur: Ey Davud, günahkarlara müjdə ver ki, Mən onların tövbələrini qəbul edib, günahlarını bağışlayaram. Möminlərə xəbərdarlıq et ki, əməllərini ücb etməsinlər. Çünki möminin ücbü həlak olmaqdan başqa bir şey deyildir")
Özündən razı qaldıqda bir an kim olduğunu xatırla. çünki sənin əvvəlin üfunətli nütfə, sonun murdar cəsəddir. Bu ikisinin arasında isə üfunətli nəcasət və müxtəlif növ bakteriya və virus daşıyıcısısan. ("Mişkatul-ənvar" Təbərsi, səh.319)
Ləzzət və cəlal sahibi olan Allahın əzəməti haqqında fikirləş! Həmçinin, özünün zəlil, möhtac, milçək və ağcaqanad qarşısında aciz olduğunu unutma! Təbii hadisələr və bəlalar qarşısında zəif olduğunu xatırla! Nəfsini məğlub etməyi şüar seç! Bu, ən fəzilətli sifətlərdən biridir. Bunun faydasının dünya və axirətdə həddi və hüdudu yoxdur.
Allah-Təala Qurani-Kərimdə buyurur:
أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ
"Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir!) çünki, Allah (bəşəri hidayətə dəvət edib dəlilləri təqdir etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər" ("Fatir" surəsi, ayə, 8)
Nəql edilən rəvayətdə Rəsulullah (s) buyurub:
"Möminlərin yaxşılıqları müqabilində ücb etməsi həlakdan savayı bir şey deyildir" ("Biharul-Ənvar" Əllamə Məclisi, c.72, səh.321)
İmam Əmirəl-möminin (ə) buyurub:
"Özün-özünə təəccüblənmə və xoşun gəldiyin bir şeyə çox bağlanma. Çünki bu, Şeytanın əlinə keçən ən gözəl fürsətdir ki, yaxşılıq edəni öz-özünə heyrətləndirsin".
"Ücb fəlakətlə nəticələnir"
"Ücbun meyvəsi kin-küdurətdir"
"Razı olma ağlın fəsada uğrasın"
"Ücb edənin ağlı olmaz"
"Ücb axmaqlığın ünvanıdır" ("Ğurarul-hikəm" səh.308)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər