Qonaqpərvərlik |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-01-2016, 07:28 | Şərh sayı: (0) | Baxılıb: 364
Qonaqpərvərlik
3771. Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir.»
3772. Allahın Peyğəmbəri (s): «Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar.»
3773. Allahın Peyğəmbəri (s): «Yemək verən şəxsin ruzisi və yeməyi, onunçün bıçağın dəvənin hörgücünə batmasından daha sürətlə gəlib çatar»
3774. Allahın Peyğəmbəri (s): «Qonaq gəlməyən evə mələklər daxil olmaz.»
3775. İmam Əli(ə): «Allah kimə sərvət versə, onunla öz qohumlarına kömək əlini uzatmalı və qonaqpərvərlik etməlidir»
3776. «Biharul-ənvar»: Bir gün İmam Əlini (ə) qəmli halda gördülər. Səbəbini soruşanda Həzrət(ə) buyrdu: «Yeddi gündür ki, evimizə bir qonaq gəlməyib.»
1163. Qonaqlığa layiq olanlar
3777. Allahın Peyğəmbəri (s): «Allaha xatir sevdiyin şəxsi öz yeməyinə qonaq et.»
3778. Allahın Peyğəmbəri (s): «Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur.»
1164. Möminin dəvətini qəbul etməyə həvəsləndirmək
3779. Allahın Peyğəmbəri (s): «Öz ümmətimdən burada olanlara və olmayanlarına tövsiyə edirəm ki, müsəlmanın dəvətini beş mil məsafədən olsa da, qəbul etsinlər. Çünki bu iş dinin bir hissəsidir.»
3780. Allahın Peyğəmbəri (s): «Kişinin, bir qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməməsi və yaxud qəbul edib, amma yemək yeməməsi ədəbsizlikdir.»
3781. Allahın Peyğəmbəri (s): (Əbuzərə nəsihətində): «Fasiq (günahkar) insanların yeməyindən yemə.»
1165. Qonağın xatirinə özünü zəhmətə salmaq
3782. Allahın Peyğəmbəri (s): «Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər.»
3783. Allahın Peyğəmbəri (s): «Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır.»
3784. İmam Sadiq(ə): «Qardaşın sənin evinə çağrılmamış gəlsə, evdə olan yeməyi onun üçün gətir. Elə ki, onu dəvət etdin, onun qulluğunda zəhmət çək.»
3785.İmam Rza(ə):«Bir kişi Əmirəl-möminini(ə) qonaq dəvət etdi. Həzrət(ə) buyurdu: «Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz verəsən.» Ərz etdi: «Nəyi söz verim, ey Əmirəl-möminin (ə) ?» Buyurdu: «Bayırdan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsirgəməyəsən, arvad-uşağına əziyyət verməyəsən.» Ərz etdi: «Bu şərti qəbul edirəm, ey Əmirəl-möminin(ə).» Bununla da, Əli(ə) onun dəvətini qəbul etdi»
1166. Qonaq qəbul etməyin qaydası
3786. Allahın Peyğəmbəri (s): «Kim Allahın və Onun rəsulunun (s) məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə birgə yemək yesin.»
3787. Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz qonaq dəvət olunanda övladını özü ilə aparmasın. Əgər belə etməsə, haram iş görmüşdür və itaətsizliklə dəvət edənin evinə daxil olmuşdur.»
3788. Allahın Peyğəmbəri (s): «Qonağı iki gecə qəbul edərlər. Üçüncü gecədən ailə üzvündən sayılar və evə hər nə ruzi gəlsə, ondan yeyər.»
3789. Allahın Peyğəmbəri (s): «Qonaq qəbul etmək bir gün, iki gün, üç gündür. Ondan sonra ona hər nə versən sədəqə sayılar.»
3790. Allahın Peyğəmbəri (s): «Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur.»
3791. İmam Baqir(ə): «Sizlərdən biriniz qardaşının evinə daxil olan zaman ev sahibinin göstərdiyi yerdə otursun. Çünki ev sahibi öz otağının vəziyyətini qonaqdan yaxşı bilir.»
3792. İbn Əbi Yəfur: «İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər