Təlaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-01-2016, 05:20 | Şərh sayı: (0) | Baxılıb: 564
Təlaq
Təlağın pislənilməsi
3803. Allahın Peyğəmbəri (s): «Allah-taala, təlaq qədər nifrət etdiyi heç bir şeyi halal etməmişdir.»
3804. Allahın Peyğəmbəri (s): «Allah-taala daim öz zövqünü dəyişən kişi və qadınları düşmən bilər, ya Öz rəhmətindən uzaqlaşdırar.»
3805. İmam Baqir (ə): «Allah-taala qadına çox təlaq verən və hər zaman da bir qadını sınaqdan çıxaran kişilərə nifrət edər.»
3806. İmam Sadiq (ə): «Allahın halal buyurduğu şeylərdən Onun yanında təlaq kimi nifrət olunmuş qeyri bir şey yoxdur. Allah-taala çox qadına təlaq verən və hər zaman da bir qadını sınaqdan çıxaran kişini düşmən bilir.»
3807. İmam Sadiq(ə): «Allah-taala, içində toy olan evi sevər və içində təlaq olan evi düşmən bilər. Allah yanında təlaqdan mənfur qeyri bir şey yoxdur.»
1172. Üç dəfə təlaqdakı hikmət
Qur‘an:
«Əgər (əri üçünçü dəfə) ona təlaq versə, başqa kişi ilə evlənməyincə ona halal olmaz. Əgər (ikinci əri) ona təlaq versə, (əvvəlki ər və arvad) Allahın hüdudlarını yerinə yetirə biləcəklərini başa düşdükləri təqdirdə (yeni bir kəbinlə) Bir-birinin yanına qayıtmalarında heç bir günah yoxdur. Bunlar anlayan bir camaat üçün Allahın açıqladığı hökmlərdir.»
Hədis:
3808. İmam Rza (ə): («Nəyə görə «iddi» təlağı ilə (yəni üç dəfə təlaq verilmiş) qadın başqa kişi ilə evlənməyincə öz ərinə halal olmaz?» sualına cavabı): «Allah-taala iki dəfəyə qədər təlağa icazə vermiş və buyurmuşdur: «Təlaq iki dəfədir. Ləyaqətlə saxlamaq, ya yaxşılıqla boşamaq.» Yəni, üçüncü təlaqda. Kişi üçüncü təlaqla Allahın xoşuna gəlməyən bir iş gördüyünə görə Allah-taala həmin qadını ona haram etmişdir. Başqa kişi ilə evlənməyincə qadını ona halal bilməmişdir ki, insanlar təlağa yüngül yanaşmasınlar və qadınlara ziyan dəyməsin.»
3809. İmam Rza (ə) («üç dəfə təlağın səbəbi barədə Məhəmməd ibn Sənana yazdığı məktubunda): «Üç dəfə təlağın müəyyən olunmasının səbəbi budur ki, birinci təlaqdan üçüncü təlaqa qədər ailə həyatını yenidən başlamağa meyl, rəğbət yaranması, ya əgər arada əsəbilik və qəzəb olmuşsa onun aradan getməsi, həmçinin qadınların görub ibrət götürməklə ərlərinə itaətsizlik etməkdən çəkinmələri üçün bir fürsət vardır. Çünki qadın ərinə itaətsizlik kimi nalayiq əməlinə görə ayrılmağa və təlağa layiq olmuşdur. Doqquz dəfə təlaqdan sonra qadının kişiyə əbədi haram olmasının səbəbi isə budur ki, kişi təlağı bir oyuncağa çevirməsin, qadına əziyyət verməsin, öz işlərində gözüaçıq, ibrətgötürən olsun və bilsin ki, doqquz dəfə təlaqdan sonra onunla birgə yaşamaq ona əbədi haram olacaq.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər