Ğüfeylə namazının fəziləti və qılınma qaydası |
Müəllif: Hesen_Mucteba | Bölmə: Namaz | Vaxt: 10-09-2016, 23:09 | Şərh sayı: (0) | Baxılıb: 596
Ğüfeylə sözü ərəb dilində ğəflət (qəflət) sözünün kiçik anlamındadır, yəni kiçik qəflət.İmam Sadiq (ə.s) öz ata babası vasitəsilə Peyğəmbərdən (s.a.v.v) bu müstəhəb namaz haqqında belə nəql edir: Qəflət saatında heç olmasa iki rəkət namaz qılın. Bu iki rəkət sizi cənnətə salacaq. (Fəlah əs-sail, Seyyid ibn Tavus,səh 244)
Başqa bir rəvayətdə bu cür buyurur: Qəflət saatında müstəhəb namaz qılın. Baxmayaraq ki, bu iki rəkət namaz asan namaz olsun.Çünki bu iki rəkət sizi cənnətə salacaq. Sual verdilər ki: Ey Allahın Rəsulu (s.a.v.v)! Qəflət saatı nə vaxtdır? Buyurdu: Məğrib və İşa namazları arası. (Fəlah əs-sail,səh 245)
Ğüfeylə namazın qılınma qaydası barədə İmam Sadiq (ə.s) buyurmuşdur:
Məğrib və İşa namazı arasında iki rəkət namaz qılan şəxs birinci rəkətdə Fatihədən sonra bu ayəni desin:
• Oxunuşu: Və zən-nuni iz zəhəbə muğaźibən fə ẓənnə əl-lən nəqdirə ələyhi, fənada fiẓ-ẓulumati əlla ilahə illa əntə, subhanəkə inni kuntu minəẓ-ẓalimin. Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nuncil-mu`minin
• Tərcüməsi: Zün-Nunu (Yunisi) da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma daha sonra qaranlıqlar içində: "Səndən başqa məbud yoxdur. Sən paksan,müqəddəssən! Mən isə həqiqətən,zalımlardan olmuşam" - deyib dua etmişdi.Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!
İkinci rəkətdə Fatihədən sonra bu ayəni desin:
•Oxunuşu: Və `indəhu məfatihul-ğəybi la y`ələmuha illa huvə, və y`ələmu ma fil-bərri vəl-bəhr, və ma təsquṭu min vərəqətin illa y`ələmuha, və la həbbətin fi ẓulumatil-ərźi, və la rəṭbin və la yabisin illa fi kitabin mubin.
•Tərcüməsi: Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. Suda və quruda nə varsa bilir.Yerə düşən elə bir yarpaq yoxdur ki,onu bilməsin.Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!
Qiraəti qurtarandan sonra isə, qunut tutsun və desin:
• Oxunuşu: Əllahummə inni əs`əlukə bi məfatihil-ğəybil-ləti la y`ələmuha illa əntə, ən tusəlliyə `əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi kəza və kəza.
• Tərcüməsi: İlahi Səndən Özündən başqasının bilmədiyi qeybin açarlarına xatir istəyirəm ki, Muhamməd və onun ailəsinə salavat göndərəsən və mənimlə "belə" (kəza və kəza) rəftar edəsən.
Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istəsin. Daha sonra isə belə desin:
• Oxunuşu: Əllahummə, əntə vəliyyu n`iməti, vəl-qadiru `əlaṭəlibəti, t`ələmu hacəti, fə`əsəlukə bi-həqqi Muhəmmədin və ali Muhəmmədin, `ələyhi və `ələyhimus-səlam, ləmma qəźəytəha li.
• Tərcüməsi: İlahi, Sən mənə çatan nemətlərin vəlisisən, mənim istədiklərimə qadirsən, mənim hacətimi bilirsən.Belə isə Muhamməd və Muhammədin ailəsi (ona və onlara salam olsun) haqqına səndən istəyirəm ki, onları mənə verəsən.
Allah onun istəklərin (əgər məsləhət olarsa) əta edər. (Fəlah əs-sail,səh 245)
Mərcəi-təqlidlər bu namazı müstəhəb namazlardan biri saymış.Onun qılınma vaxtını məğrib namazından sonra,qərb tərəfdəki qırmızılığın çəkilməsinə qədər- təyin etmişdirlər. İmam Cəfər Sadiqin (ə.s) nəzərinə uyğun fətva vermişlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər