Topağa səcdə etmək haqqında |
Müəllif: Hesen_Mucteba | Bölmə: Namaz | Vaxt: 29-08-2016, 23:42 | Şərh sayı: (0) | Baxılıb: 367
İmam Sadiq (ə) buyurur: Torpağa səcdə etmək daha fəzilətlidir,çünki bu Allah dərgahında bəndəçilik və xüzunu daha yaxşı yetirir.(İləluş şərayə,cild 2,səh 341)
Torpağa səcdə etmək barəsində məşhur Peyğəmbər (s.a.v.v) hədisi: Sünnü və şiə raviləri bu hədisi Peyğəmbəri-Əkrəm (s.a.v.v)-dən nəql etmişlər: Yer mənim üçün səcdəgah və təharət (təyəmmüm) səbəbi qərar verilmişdir. (Səhihi Buxari,cild 1, səh.93; Sünəni Beyhəqi,cild 2,səh.433. (Bu hədis mutəvatirdir, digər bir çox mənbələrdə də qeyd olunmuşdur)
Əhli təsənnün mənbələrində Peyğəmbərin (s.a.v.v)-in səcdəsi: O Həzrətin sirəsi (adət-ənənəsi) çoxlu rəvayətlərdən aydın olur ki, Rəsuli-Əkrəm (s.a.v.v) də yalnız torpağa səcdə etmiş, palaz, xalça, paltar və s. kimi şeylərə səcdə etməmişdir.Əbu Hüreyrənin nəql etdiyi hədisdə deyilir: Peyğəmbəri yağışlı bir gündə gördüm; O, torpağa səcdə edir və (palçığın) əsərləri onun alnında və burnunda görünürdü. (Məcməuz-zəvaid, cild 2, səh.126)
Ayişə deyir: Mən heç vaxt görmədim ki, Peyğəmbər (səcdə vaxtı) alnını bir şeylə bürümüş və ya örtmüş olsun. (Müsənnəf, İbni Əbi Şeybə,cild 1, səh.397)
İbni Həcər bu hədisin şərhində yazır: Bu hədis göstərir ki, səcdədə ilk şərt alnın torpağa dəyməsidir.
(Fəthül-Bari,cild 1, səh 404)
Digər bir rəvayətdə Peyğəmbərin qadınlarından biri olan Məymunədən belə nəql olunur: Peyğəmbəri-Əkrəm (s.a.v.v) həsir üzərində namaz qılır və elə ora da səcdə edirdi. (Müsnədi Əhməd, 6-cı cild, səh.331)
Cabir ibni Əbdüllah Ənsari deyir: Mən zöhr namazını Rəsulullah (səlləllahu əleyhi və alih) ilə birlikdə qılırdım. Bir qədər kiçik daş qırıntılarını götürüb o əlimdən bu əlimə verirdim ki, soyusun və ona səcdə edim. Bu iş havanın şiddətli isti olmasına görə idi.
(Müsnədi Əhməd,3-cü cild, səh.327; Sünəni Beyhəqi,1-ci cild, səh 439). Bu hədis göstərir ki, Peyğəmbərin səhabələri torpağ və ya daş üzərinə səcdə etməyə iltizamlı idilər. Hətta havanın qızmar olduğu şəraitlərdə belə,özləri üçün bir çarə yolu fikirləşirdilər. Əgər torpağa səcdə etmək vacib olmasaydı, bu əzab-əziyyətli işə heç bir lüzum olmazdı.
Ənəs ibni Malik deyir: Biz qızmar bir havada Peyğəmbərin hüzurunda idik. Xırda daş parçalarını əlimizə alıb, soyudur, sonra onu yerə qoyaraq üzərinə səcdə edirdik. (Əs-sünənul-kubra,Beyhəqi, 2-ci cild, səh 106). Bu təbir göstərir ki, bu məsələ səhabələrin arasında adi bir iş olmuşdur.
Əbu Übeydə belə nəql edir: Əbdüllah ibni Məsud torpaq tapmayınca namaz qılmır yaxud səcdə etmirdi. (Müsənnəf,ibni Əbi Şeybə,1-ci cild, səh.397)
Əgər «yer» dedikdə məqsəd palaz, xalça olsaydı onu deməyə heç bir lüzum olmazdı. Deməli, yer dedikdə məqsəd elə torpaq, daş, çınqıldır.
Məsruq ibn Əcdənin (İbni Məsudun şagirdlərindəndir) tərcümeyi-halında yazılır: O, torpaqdan qeyri bir şeyin üzərinə səcdə etməyə icazə vermirdi. Hətta gəmiyə minən zaman, özü ilə bir (daş, torpaq və s.) şeyi aparır və onun üzərinə səcdə edirdi. (Təbəqatul-Kubra, İbni Səd, 6-cı cild, səh.53)
Əli ibni Əbdüllah ibni Abbas, Rəzinə belə yazdı: Mənim üçün Mərvə dağının daşlarından düz (hamar) bir daş göndər, onun üzərinə səcdə edim. (Əxbaru Məkkə, Əzrəqi, 2-ci cild, səh.151)
Fəthül-Bari kitabında (Səhihi-Buxarinin şərhidir) nəql olunan digər bir rəvayətdə belə deyilir: Ömər ibn Əbdül-Əziz həsirin üzərinə səcdə etməklə qənaətlənmirdi; o, həsirin üzərinə bir qədər torpaq qoyaraq torpağın üzərinə səcdə edirdi. (Fəthül-Bari, 1-ci cild, səh.410)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər