Rükunu unudub qiraətdən sonra səcdə üçün əyilən və bu zaman rüku etmədiyini xatırlayan adam nə etməlidir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 8-08-2016, 14:00 | Şərh sayı: (0) | Baxılıb: 502
Rükunu unudub qiraətdən sonra səcdə üçün əyilən və bu zaman rüku etmədiyini xatırlayan adam nə etməlidir?
Sual: amaz qılan adam rükunu unudur və qiraətdən sonra səcdə üçün əyilir, bu zaman yadına düşür ki, rüku etməyib. Bu zaman nə etməlidir?
Cavab: Rüku namazın rüknlərindən sayılır. Yəni rüku namazın elə bir əməlidir ki, onu istər qəsdən, istərsə də bilməyərəkdən yerinə yetirməmək və ya hər rükətdə bir dəfədən artıq yerinə yetirmək namazı batil edər. Ona görə də, rükuya qarşı xüsusi diqqətli olmaq lazımdır. Əgər insan rükunu unutsa və səcdə üçün əyilən zaman bunu xatırlasa, ayağa qalxıb düz durmalı, rükuya getməli, sonra səcdə etməlidir. Bu zaman rükudan qabaq qiyam halında olmaq (yəni ayaq üstə dik durmaq) vacibdir, çünki bu da namazın rüknlərindəndir. Alnı ikinci səcdə üçün yerə qoymazdan qabaq rüku etmədiyini xatırlasa, bu qaydaya əməl etməlidir. Amma alnı ikinci səcdə üçün yerə qoyduqdan sonra rüku etmədiyi yadına düşsə, namazı pozulmuş olacaq; çünki rükn əməlin vaxtı keçmişdir. Bu halda namazı başdan təkrar qılmaq lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər