Eyibləri aşkara çıxarmaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-11-2015, 23:43 | Şərh sayı: (0) | Baxılıb: 356
[b] Eyibləri aşkara çıxarmaq [/b]
[b]Xəbis nəfsin əlamətlərindən biri insanların eyblərini aşkara çıxarmaq və xətalarını hesablamaqdır. Yalnız eyb və nöqsan sahibi olan şəxs insanların eyb və nöqsanlarını aşkara çıxarmağa çalışar.
Rəsulullah (s)-dan nəql edilən rəvayətdə buyurulur:
"Kim başqasının nöqsanını üzə çıxarsa, özü o nöqsana düçar olar və kim möminin eybini aşkar etsə, özü o eybə sahib olar" ("Usulul-kafi" c.2, səh.265, 2-ci hədis)
Əmirəm möminin (ə) buyurub:
"Eybləri aşkara çıxarmağın qəbahətli eyib və pisliklərin ən pisidir" ("Ğularul-hikəm" səh.541, 10272-cü hədis)
"Kim başqasının sirrini araşdırsa, Allah onun sirrini aşkara çıxarar".
"Başqasının alçalmasına sevinmə! Çünki bilmirsən gələcəkdə başına nə gələcək! ("Ğurarul-hikəm")
Allah insanların eyblərini axtaran, bu işə vaxtını və dilini sərf edən, buna baxmayaraq özünün eybləri və günahları minlərlə olanı başından topuğa qədər qaraldar, gözlərini kor edər. Belə insanlar ən axmaq insanlardır.
Əmirəl-möminin (ə)-dan nəql edilən rəvayətdə buyurur:
"Şər insanlar başqalarının pisliklərini axtarar və yaxşılıqlarını tərk edər. Belə insanlar sanki zibillikdə dolaşan ağcaqanadlara bənzər" ("Şərhi Nəhcul-bəlağa" İbn Hədid, 20-ci cild, 113-cü hikmət, "Nəhcul-Bəlağə" 345-ci hikmət")[b]
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər