Əxlaq və incəlik |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-06-2015, 01:31 | Şərh sayı: (0) | Baxılıb: 670
Əxlaq və incəlik
Imam Sadiq (ə) buyurur:"Istəyirsinizmi sizin üçün Allahın teyin etdiyi ən ağır və ən vacib məsuliyyətin nədən ibarət olduğunu açıqlayım?
Sonra imam (ə) üzünü səhabələrə tutub buyurur:"Camaatla insafla rəftar etmək, onların hüquqlarını qorumaq".
Nəql olunmuş başqa bir hədisdə deyilir:Imam Baqir (ə) səhabələri onları maraqlandıran bir neçə sualı məktuba yazaraq Əbdul Əla adlı bir şəxs ilə Mədinəyə göndərilir.Bu suallarla yanaşı onun imam Sadiqdən (ə) şifahi olaraq müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi hüquqa malik olması haqda soruşmasını da xahiş edirlər.Əbdul Əla deyir:Məktubu imam Sadiqə (ə) verib ondan müsəlmanların bir-birlərinin üzərində hansı hüquqa malik olmaları haqda soruşdum.
Imam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi.
Sonra buyurdu:"Allahın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:
1)Ədalət və insafa riayyət etmək.Belə ki,hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki,ba.qalarının da onunla eyni tərzdə rəftar etmələrini istəyir;
2)Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir;
3)Hər zaman Allahı xatırlamalı.Lakin bu heç də o demək deyildir ki,daim "Sübhanəllah" və "Əlhəmdulillah" deyərək zikr etməlidir.Xeyr,O haramla qarşılaşdığı zaman Allahın onun gördüyü bütün işlərdən agah olduğunu yəqin edərək ondan uzaq olmağa çalışmalıdır".
Göründüyü kimi, haqq-ədalətə,insafa riayyət etmək insanın üzərinə düşən ən ağır vəzifələrdən biri kimi göstərilir.Bunun üçün ilk növbədə insan öz nəfsi ilə mübarizə aparmalı və lazım gələrsə, başqalarını özündən üstün tutmağı bacarmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər