Mənasız danışmaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-01-2016, 05:37 | Şərh sayı: (0) | Baxılıb: 322
Mənasız danışmaq
Ey əziz qardaş, bacardıqca dodaqlarını sükutla zinətləndir, onları batil, haram, faydasız və boşboğaz sözlərlə çirkləndirmə.("Camiul-Əxbar" səh.247, 52-ci fəsil)
Əlbəttə əziz qardaş, axirət dünyasına səfər müddəti az olduğu üçün vaxtımızı boşuna və faydasız sözlərlə hədər etməməliyik.
Əmirəl-möminin (ə) buyurub:
"Diqqətli ol! Ehtiyac az, yol uzun, səfər uzaq və yer əzəmətlidir!"
"Əgər qəbir əhlinə danışmağa izn verilsəydi, o zaman, ən gözəl tədarükün təqva olduğunu xəbər verərdilər" ("Nəhcul-Bəlağə" Qısa hikmətlər, 77-2, 130-3)
Həmçinin, Əmirəl-möminin (ə)-dan nəql edilən digər rəvayətdə buyurulur:
"Ağıllı insan yalnız dəlilvə ehtiyac olduğu zaman danışar" ("Ğurarul-hikəm" səh.211, 4081-ci hədis, "Əxlaq" Seyid Abdullah Şübbər, səh.157)
Loğman həkim oğluna vəsiyyətdə deyir:
"Danışmaq gümüşdürsə, susmaq qızıldır" ("Usulul-Kafi" c.2, səh.93, 2-ci hədis, "Biharul-Ənvar" c.7, səh. 278, 299)
Davud (ə) oğlu Süleymana buyurub:
"Ey oğul, susmağa çalış! Susmaqdan yaranan bir peşmançılıq, danışmaqdan sonra yaranan peşmançılıqdan yaxşıdır" ("Biharul-Ənvar" c.71, səh.278, 299)
İmam Sadiq (ə) buyurub:
"Bəndəyə susduğu zaman yalnız yaxşı əməllər, danışdıqda isə yaxşı və pis əməllər yazarlar" ("Usulul-Kafi" c.2, səh.95, 21-ci hədis, "Biharul-Ənvar" c.71, səh.307)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər