Hədislərdə dostluq |
Müəllif: olum-meleyi | Bölmə: Hədislər | Vaxt: 2-07-2013, 00:16 | Şərh sayı: (1) | Baxılıb: 4054
İmam Əli (ə): «Dost, yaxınların ən yaxınıdır.»
İmam Əli (ə): «Dostu olmayan kəsin ehtiyat azuqəsi olmaz.»
İmam Əli (ə): «Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar.»
Allahın Peyğəmbəri (s): «Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.»
İmam Əli (ə): «Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.»
İmam Əli(ə): «Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün işləməkdə sənə kömək edən şəxs, həmin qayğıkeş dostundur.»
İmam Sadiq(ə): «Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla.»
İmam Sadiq(ə): «O kəslə dostluq et ki, onunla zinət taparsan, səninlə zinətlənənlə dostluq etmə.»
Allahın Peyğəmbəri(s): «Özünə nəzərdə tutduğu və bəyəndiyi şeyi səninçün bəyənməyən bir şəxslə yoldaşlıqda sənə heç bir fayda yoxdur.»
İmam Əli(ə): «Bircə bilsəydin, nəfsinlə mübarizədə sənə kömək etməyən şəxslə yoldaşlığın sənə necə də ağır bir yükdür.»
İmam Əli(ə): «Fasiq, əxlaqsız, günahkar şəxslərlə yoldaşlıq etməkdən çəkin.»
İmam Əli(ə): «Nadan adamın dostu əziyyət və çətinlikdədir.»
İmam Əli(ə): «Fasiqlərlə (günahkarla) yoldaşlıq etməkdən çəkin. Çünki pislik pisliyə bağlanar.»
İmam Əli(ə) (əziz oğlu Həsənə (ə) tövsiyəsindən): «Oğlum! Axmaqla dostuq etməkdən çəkin. Çünki o sənə xeyir vermək istəyər, amma ziyan vurar.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər