Məsumların (ə) meyvələr barədə buyurduqları bir neçə hədis |
Müəllif: Admin | Bölmə: Hədislər | Vaxt: 31-12-2015, 01:30 | Şərh sayı: (0) | Baxılıb: 1595
Məsumların (ə) meyvələr barədə buyurduqları bir neçə hədis
Nar:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini bele tərk etməyə (yeməməyə) razı deyiləm.”
İmam Əli (ə) buyurmuşdur: “Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin.” Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qara ciyərə və sarılıq xəstəliyinə faydalıdır.
Əncir:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əncir behişt meyvələrindəndir və (insanı) incəqəlbli və rehmli edir.”
Üzüm:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşı meyvəniz üzümdür və onun heç bir zərəri yoxdur.”
Gavalı:
İmam Sadiq (ə) buyurmuşdur: “Acqarına gavalı yemək başgicəllenməyə, ürəkbulanmaya və öd kisəsinə xeyirlidir, lakin bədəndəki şişləri oyadır.”
Üzərlik:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şefa vardır və yetmiş növ xəstəliyə dərmandır.”
Heyva:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heyva üzün rəngini ağ və övladı göyçəkləşdirir. Mədə divarının aşılanmasına ve ürəyin möhkəmlənməsinə səbəb olur.”
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heyvanın üç xasiyyəti vardır: 1-Ürəyə aramlıq və şadlıq verir. 2-Paxılın əliaçıq olmasına sebeb olur. 3-Qorxağı şücaətli edir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs acqarına heyva yesə, nütfəsi pak ve övladı göyçək olar.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər