Əhli-Beytin (ə) nəzərində dostluğa layiq insan kimdir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-05-2016, 06:45 | Şərh sayı: (0) | Baxılıb: 296
Əhli-Beytin (ə) nəzərində dostluğa layiq insan kimdir?
Həzrət Məhəmməd (s) buyurub: “Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.”[1]
İmam Əli (ə) buyurub:
“Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.”[2]
“Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün işləməkdə sənə kömək edən şəxs, həmin qayğıkeş dostundur.”[3]
İmam Sadiq (ə) buyurub:
“Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla.”[4]
“O kəslə dostluq et ki, onunla zinət taparsan, səninlə zinətlənənlə dostluq etmə.”
(İlk baxışda, hədisin məqsədi budur ki, elə bir şəxslə yoldaşlıq et ki, yoldaşlığınız hər ikinizin zinətlənmənizə səbəb olsun. Onu zinətləndirdiyin,
ancaq sənin zinətlənməyinə səbəb olmayan şəxslə yoldaşlıq etmə).[5]
[1] Biharul-Ənvar, c.74, səh.185, hədis 2
[2] Ğurərul-Hikəm, hədis 3129
[3] Ğurərul-Hikəm, hədis8775
[4] Əmali-Tusi, səh. 646, hədis 1339
[5] Biharul-Ənvar, c.76, səh.267,hədis 9
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər