RSS
 

Login:
Şifrə:
» » Qarabağda müharibə ANONSU: Aprel döyüşləri təkrarlanacaq

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qarabağda müharibə ANONSU: Aprel döyüşləri təkrarlanacaq

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-04-2016, 18:04 | Şərh sayı: (0) | Baxılıb: 760

Qarabağda müharibə ANONSU: Aprel döyüşləri təkrarlanacaq


Qarabağda müharibə ANONSU: Aprel döyüşləri təkrarlanacaq Cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. Böyük toqquşmalar olmasa da, atəşkəs pozulur, snayperlərin atəş səsləri azalmır. Ümumiyyətlə, 2-6 aprel tarixlərində baş verən döyüşlərdən sonra atəşkəsə riayət olunacağını vurğulamaq problematikdir. Əgər yaxın iki ay ərzində danışıqlar başlamasa və bu danışıqlarda real nəticə olmasa, yay aylarında müharibənin yenidən başlaması ehtimalı yüksəkdir.
Ixlas.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. Politoloq deyib ki, buna misal olaraq 4 hadisəni göstərmək olar:
Birinci - Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov ötən həftə ərzində bir neçə sensasiyalı açıqlama verdi. Sergey Markov birinci açıqlamasında dedi ki, Ermənistan yaxın müddətdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaldacaq. Markovun ikinci açıqlaması isə bundan ibarət idi ki, ilin sonuna qədər azərbaycanlı qaçqınlar həmin 5 rayona geri qayıdacaqlar.

Sergey Markov Kremlə yaxın siyasi ekspertlərdən sayılır. Ona görə də Azərbaycanın siyasi və ekspert dairələrində onun Qarabağla bağlı fikirləri pozitiv qarşılandı. Markovun Kremlin istəklərini söylədiyini vurğulamaq çətindir. Məsələ burasındadır ki, Markovdan başqa Rusiyada heç bir rəsmi, diplomat və ya siyasi ekspert torpaqların boşaldılmasıyla bağlı bu qədər optimist deyil. Ancaq əgər Markov torpaqların boşaldılacağını deyirsə, onun bu açıqlamasının arxasında Rusiyada hansısa güclər dayana bilər. Həmin güclər Markov vasitəsilə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətlərinə və cəmiyyətlərinə mesaj göndərirlər. Mesajın mənası budur ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını sürətləndirə bilər. Ancaq bunun əvəzində Kremlin Azərbaycandan nə istəcəyək - sualına Markov hələ ki, cavab vermir. Görünür, yaxın müddətdə Kreml Markov vasitəsilə bu istəyini də səsləndirəcək.

İkinci - Azərbaycanın siyasətçiləri və siyasi ekspertləri Laçın dəhlizinin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətinə verilməsinin əvəzində Azərbaycanla onun bir hissəsi olan Naxçıvanı birləşdirən Mehri dəhlizinin də açılması vacibliyini müzakirə edirlər. Ermənistan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla daimi əlaqənin olmasını tələb edir. Bu sülh danışıqlarının da əsas mövzularından biridir. Eyni zamanda rəsmi Bakının da sülh danışıqlarında Laçın dəhlizinin əvəzində Mehri dəhlizinin açılması tələbini irəli sürməsi hüququ var.

Üçüncü - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 19 aprel sessiyasında Dağlıq Qarabağla bağlı vəziyyət müzakirə olundu. Müzakirələr azərbaycanlı və erməni deputatların qarşılıqlı ittihamları ilə yadda qaldı. Bu müzakirələrin ciddi bir nəticəsi olmadı. Çünki yekunda AŞPA rəhbərliyi yenə də vurğuladı ki, münaqişənin həlli ilə ATƏT məşğul olur. Buna baxmayaraq, AŞPA həm Azərbaycana, həm də Ermənistana müraciət edərək, hər iki tərəfi atəşkəsə riayət etməyə çağırdı. Bu çağırışın Azərbaycan üçün əhəmiyyəti yoxdur. Çünki, AŞPA Dağlıq Qarabağla bağlı qəbul etdiyi 2 qətnaməni Ermənistanın yerinə yetirilməsinə nail ola bilmir. AŞPA Azərbaycan üçün sadəcə, mövqeyini çatdırmaq üçün bir siyasi meydandır.

Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-dakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Türkiyənin baş naziri ərazi bütövlüyünün təmin olunması məsələsində Ankaranın Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcəyini dedi. Əhməd Davudoğlu çıxışında bir cümlə ilə Naxçıvanı da xatırlatdı. O, Ermənistan ordusunun Naxçıvana atəş aşmasını təhlükəli adlandırdı. Davudoğlunu Naxçıvanı xatırlatmaqla həm Ermənistana, həm də beynəlxalq aləmə mesaj göndərdi. Mesajın mənası odur ki, Ermənistan Naxçıvana atəş alltında tutmağa davam edərsə Türkiyə 1921-ci il Qars müqaviləsidən çıxış edərək prosesə qarışmalı - Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görməli olacaq. Bəlkə də bunun nəticəsidir ki, Ermənistan ordusu son günlərə artıq Naxçıvan ərazisinə atəş açmır.

Dördüncü - Ermənistan prezidenti Serj Sərkisyan aprelin 19-da Dağlıq Qarabağın paytaxtı Xankəndinə gəldi. Ermənistan prezidentinin Xankəndinə gəlməsində iki məqsədi var idi. Onun birinci məqsədi Dağlıq Qarabağ əhalisinə dəstək vermək idi. Yəni Sərkisyan Xankəndində olmaqla sanki Dağlıq Qarabağın erməni əhalisinə demək istəyirdi ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb. Əslində bu o deməkdir ki, Sərkisyan da anlayır ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun.

Sərkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkmək idi. Yəni Sərkisyan ona ümid edirdi ki, o Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşəcək və o bunula beynəlxalq aləmə deyəcəkdi ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozub. Ancaq Azərbaycan ordusu Sərkisyanın Xankəndində olduğu müddətdə atəşkəsi pozmadı və bununla Sərkisyan ikinci məqsədinə də nail olmadı.

Serj Sərkisyan Xankəndində separatçıların rəhbərliyi ilə qapalı müşavirə keçirib helikopterlə Ermənistana qayıtdı. Onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq,
generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verməklə Sərkisyan heç bir problemi həll edə bilməyəcək. Bunu Ermənistan cəmiyyəti də anlamağa başlayıb.

Ermənistanın ordu komandanlığı başqa təxribatlara əl atır. Artıq neçənci dəfədir ki, İrəvandan belə bir açıqlama verilir ki, Ermənistan ordusu Mingəçevir su elektrik stansiyasına raket zərbəsi endirə bilər. Mingəçevir su elektrik stansiyası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Stansiyaya raket zərbəsinin vurulması həm bölgədə ekoloji fəlakət yaradacaq, həm də Azərbaycanın böyük hissəsini elektriksiz qoyacaq. Əgər Ermənistanın ordu komandanlığı Mingəçevirə raket zərbəsi endirərərsə, bu halda nə baş verəcək?

Birincisi, Azərbaycan ordusu da eyni ilə Ermənistandakı stansiyaları uzaq mənzilli raketlərlə vuracaq. Hətta Ermənistanın "Metsamor" atom elektrik stansiyası da hədəf götürülə bilər.

İkincisi, Mingəçevir su elektrik stansiyasına raket zərbəsindın sonra Azərbaycan ordusu Dağlıq Qarabağ iqtiqamətində hücuma başlayacaq və bu müharibəni dayandırmaq mümkün olmayacaq.

Üçüncüsü, Azərbaycan müharibəni Ermənistan ərazisinə keçirəcək və bu halda Azərbaycan üçün Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyü əhəmiyyət kəsb etməyəcək.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor