"Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələsində geri çəkilmək niyyəti yoxdur" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 00:47 | Şərh sayı: (0) | Baxılıb: 234
"Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələsində geri çəkilmək niyyəti yoxdur"
Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə geri çəkilmək niyyəti yoxdur. O, qəti bir şəkildə Azərbaycan torpaqlarının işğaldan azad olunması niyyətindədir.
Bunu Trend-ə Milli Məclisin deputatı deputatı Fəzail Ağamalı deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında keçirilən son iclasında bir çox mühüm məsələlərə toxunduğunu deyən deputat bildirib ki, Prezident həmin iclasda həm də Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyinə söykənmiş fikirlərini ortaya qoydu: "Bəlli olan budur ki, Ermənistan yenə də ən mühüm yollarla status-kvonu saxlamağa çalışır. Ölkə prezidentinin də dediyi kimi, buna görə də Ermənistan müxtəlif yollarla təxribatlara əl atmağa çalışır. Bütün bunlar sübut edir ki, Ermənistan işğalçılıq mövqeyindən əl çəkən deyil. Ona görə də ölkə Prezidentinin dünənki mövqeyinin məntiqində dayanan vacib bir məqam var. O da bundan ibarətdir ki, Azərbaycan heç bir halda bir qarış torpağını belə Ermənistana güzəştə gedən deyil. Prezident Azərbaycanın heç bir ölkənin torpağında gözü olmadığını önə çəkməklə bərabər Azərbaycan torpaqlarının da geri qaytarılmasında dövlətimizin qətiyyətli mövqeyinin olduğunu deyib. Azərbaycan bununla Ermənistan və onu himayə edən dövlətlərə özünün prinsipial mövqeyini bir daha açıqladı".
Deputatın sözlərinə görə, aprelin əvvəlində təmas xəttində keçirilən hərbi əməliyyatlar Azərbaycanın hərbi gücünü, eyni zamanda Azərbaycan cəmiyyətinin müharibəyə hazır olduğunu göstərdi: "Bəlli oldu ki, bu gün Azərbaycan xalqı Azərbaycan Prezidenti ilə birgədir. Bu, həm də sübut etdi ki, Azərbaycan cəmiyyəti çətin anlarda özünü səfərbər edə bilən bir cəmiyyətdir. Bundan Ermənistan və onu himayə edənlər özləri üçün dərs götürüblər. Amma görünür ki, Ermənistan aprelin əvvəllərində təmas xəttində keçirilən son hərbi əməliyyatlardan almış olduğu zərbədən konkret nəticə çıxarmayıb. Çünki o, ən müxtəlif yollarla yenə də atəşkəsi pozur, cəbhəboyu bütün istiqamətlərdə təxribatlara yol verir və beləliklə, əldə olunmuş razılığa əldə etmir"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər