Canlı yayımda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 23:16 | Şərh sayı: (0) | Baxılıb: 226
Canlı yayımda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışdı
Ixlas.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin geniş tamaşaçı auditoriyasına malik "Dream" kanalında "Birinci buraxılış" adlı proqramın aparıcısı, politoloq Əhməd Muslimani canlı yayımda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində baş vermiş hadisələr haqqında danışıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq davam etdiyini diqqətə çatdırıb. Ermənistanın məsələyə öz prizmasından yanaşdığını, Azərbaycanın mövqeyinin isə beynəlxalq hüququn normalarına söykəndiyini bildirib.
Ə.Muslimanı canlı yayımda Dağlıq Qarabağın və işğal edilmiş ətraf yeddi rayonun Azərbaycanın ərazisi olduğunu xəritə vasitəsilə ictimaiyyətin diqqətinə çatdırıb, həmin ərazilərin iyirmi ildən artıqdır Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunduğunu vurğulayıb.
O, münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü tələbin çox sadə olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarından çıxmasını, bir milyon qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıtmasını tələb edir.
Politoloq Qarabağ sözünün Azərbaycan mənşəli söz olduğunu, "qara bağ" mənasını daşıdığını deyib, Azərbaycanın sərhədləri daxilində olan bu ərazinin qonşu Ermənistan tərəfindən işğal olunduğunu bildirib. O, münaqişənin sülh yolu ilə həll olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxmasının, azərbaycanlı qaçqın və köçkünlərin yenidən öz doğma torpaqlarına qayıtmasının vacibliyini qeyd edib. Misirli politoloq Azərbaycanın münaqişənin dondurulmuş vəziyyətdə qalmasını istəmədiyini, əksinə sülh danışıqları ilə tezliklə həll edilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Ə.Muslimani Misirin 2013-2014-cü illərdə müvəqqəti prezidenti olmuş Ədli Mənsurun dövründə Prezident Administrasiyasının mətbuat katibi vəzifəsində işləyib. Hazırda onun "Əl-Masr-Əl-Yaum" və "Əl-Vatan" qəzetlərində yazıçı və siyasi şərhçi kimi məqalələri dərc olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər