Sarkisyanın "danışıqlardan imtina edirik" açıqlamasına rəsmi Bakıdan CAVAB |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-04-2016, 12:36 | Şərh sayı: (0) | Baxılıb: 335
Sarkisyanın "danışıqlardan imtina edirik" açıqlamasına rəsmi Bakıdan CAVAB
"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı".
Ixlas.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir.
PA rəsmisi deyib ki, Azərbaycan münaqişənin yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir.
O bildirib ki, 20 ildən artıq müddətdə Azərbaycan bu yola sədaqətini göstərib: "Ancaq münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda Ermənistan bir təxribat həyata keçirir. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub. Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağını görüb, təxribata əl atdı. Ermənistan təxribatının cavabını da aldı".
N.Məmmədov deyib ki, Ermənistan prezidenti Serj Srəkisyan "Blomberq"ə müsahibəsində artıq danışıqlara getməyəcəklərini deyib: "Serj Sərkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir. Biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Beynəlxalq birliyin köməyi ilə buna nail olacağıq. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünsün".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər