Azərbaycan MN: Beynəlxalq hərbi tribunalın yaradılmasında daha çox maraqlıyıq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-04-2016, 20:39 | Şərh sayı: (0) | Baxılıb: 209
Azərbaycan MN: Beynəlxalq hərbi tribunalın yaradılmasında daha çox maraqlıyıq
zərbaycan ümumilikdə münaqişə ilə bağlı, eləcə də son hadisələrlə əlaqədar beynəlxalq hərbi tribunalın yaradılmasında erməni tərəfindən daha çox maraqlıdır.
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlikdən deyiblər ki, məhz o zaman Ermənistanın hazırkı kriminal hərbi-siyasi hakimiyyətinin mahiyyəti, onun azərbaycanlılara qarşı saysız-hesabsız qanlı cinayət əməlləri törətməsi aydın sübuta yetiriləcək: "Təkcə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən genosid siyasəti kifayət edir ki, Ermənistan rəhbərliyi və erməni səhra komandirləri beynəlxalq cinayət məhkəməsinə verilərək layiqli cəzalarını alsınlar".
Qeyd edək ki, Ermənistan müdafiə nazirinin müşaviri Alik Avetisyan 2-5 apreldə baş verənlərlə bağlı beynəlxalq tribunalın yaradılması üçün BMT-yə müraciət edə biləcəklərini söyləyib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər