RSS
 

Login:
Şifrə:
» » TANAP BTC-ni əvəz edə bilərmi?

Xəbər lenti

Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)
Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)...
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

TANAP BTC-ni əvəz edə bilərmi?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:07 | Şərh sayı: (0) | Baxılıb: 795

TANAP BTC-ni əvəz edə bilərmi?


TANAP BTC-ni əvəz edə bilərmi? Layihənin tikintisi üzrə proseslər sürətləndirilib
Dünya bazarında neftin ucuzlaşması və Azərbaycan üçün neft dövrünün tədricən başa çatması, digər bir enerji vahidi olan qazın xarici bazarlara çıxarılması prosesinin sürətləndirilməsini şərtləndirib. Məhz bu səbəbdən hökumət TANAP layihəsinin vaxtında tikilib istifadəyə verilməsində maraqlıdır.

Təsadüfi deyil ki, TANAP layihəsinin tikintisi üzrə proseslər sürətləndirilməsi üçün yanvarın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olub. Səfər çərçivəsində R.Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. Görüşdə TANAP-ın inşası işlərinin, eyni zamanda, Petkim yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminlik ifadə olunub.

Qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

SOCAR-ın prezidenti Türkiyəyə səfəri çərçivəsində "Transanadolu" qaz boru kəməri-TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib. İclasda 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib. Eləcə də layihənin operatoru olaraq SOCAR-ın fəaliyyəti yüksək qiymətləndirilib.

Görünən odur ki, TANAP-ın gündəmdə olması başqa bir iri layihə olan Bakı - Tiflis - Ceyhan layihəsini gündəmdən salıb. Nə ölkə başçısının, nə də hökumət rəsmilərinin son çıxışlarında bu boru kəmərinin adı çəkilmir. Bütün bunlar diqqətlərin TANAP üzərində cəmləşməsindən xəbər verir.

Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, TANAP layihəsinin bu gün gündəmdə olmasının əsas səbəbi layihənin tikinti mərhələsində olması ilə bağlıdır: “Xatırlayırsınızsa, Bakı-Tiflis-Ceyhan layihəsi bu mərhələdə olan zaman vaxtaşırı müzakirələr gedirdi. TANAP artıq son tikinti mərhələsinə qədəm qoyur. Yanvarın 25-də TANAP layihəsinin son hissəsini tikəcək şirkət elan edildi. Türkiyə-Hindistan birgə müəssisəsi layihənin sonuncu- Əskişəhərdən Upsalayacan, Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsini tikəcəklər.

Bununla da faktiki olaraq TANAP-ın tikinti məsələləri bitmiş oldu. Ötən il kəmərin 200 kilometrlik hissəsi qaynaq edilmişdi, bu il isə 1000 kilometr olacaq. Ümumilikdə, 2017-ci ilin sonunacan 1350 kilometr hissə tam qaynaq edilib basdırılmalı, test olunmalıdır ki, 2018-ci ildə buradan qaz verilə bilsin. Faktiki olaraq, boru kəmərinin tikinti işləri 2017-ci ilin sonuna bitəcək”.

Bakı-Tiflis-Ceyhan layihəsinin hazırkı fəaliyyətinə gəlincə isə ekspert bildirdi ki, bu kəmər hələ də Azərbaycanın ən faydalı və ən çox gəlir gətirən irimiqyaslı layihəsi olaraq qalır: “Bakı - Tbilisi - Ceyhan hazırda işlək bir boru kəməridir. 5 aydan sonra bu kəmərin istifadəyə verilməsinin 10 ili tamam olacaq. Ötən 10 il ərzində bu layihə tikildiyi dövrdə verilən proqnozlardan fərqli olaraq Azərbaycan iqtisadiyyatına çox tövfə verdi.

O zaman bildirirdilər ki, iqtisadi baxımdan sərfəli deyil. Dünyanın ən böyük neft şirkəti olan EXXSON (Ekson) şirkəti tikinti ərəfəsini keçdikdən sonra bu layihəyə yatırım etməkdən boyun qaçırdı, neft daşımalarını dəmir yolu vasitəsilə həyata keçirməyə üstünlük verdiyini bildirdi. Lakin sonradan bu layihəyə qoşulmaq üçün müraciət etdikdə qəbul olunmadı. Lakin bu 10 il göstərdi ki, Bakı-Tiflis-Ceyhan çox uğurlu bir kommersiya layihəsi oldu. Layihəyə investisiya qoyan şirkətlər götürdükləri kreditləri tam qaytara bildilər. Bu boru kəmərinin buraxıcılıq gücü ildə 50 milyon ton idi. 2010 -cu ilin martından sonra 60 milyonacan artırılmışdı. Lakin heç zaman layihədə nəzərdə tutulan həcmə çatmadı. Bununla belə, o boru kəməri iştirakçılar üçün çox yaxşı dividentlər gətirdi".

İlham Şabanın sözlərinə görə, Dövlət Neft Fondunun indiyədək qazanc götürdüyü ən yaxşı layihə də məhz Bakı-Tiflis-Ceyhan olub: “O dövrdə xarici maliyyə qurumları bunun əleyhinə çıxırdı ki, neft pulu neft layihəsinə yatırıla bilməz. Bu layihənin tikintisinə 289 milyon yatırım edildi və bu günə qədər 500 milyon dollardan çox mənfəət götürülüb. Bilirsiniz ki, 2011 -ci ildən sonra dövlət gəlirləri Dövlət Neft Fonduna deyil, ARDNŞ-ə gedir. Hər il ARDNŞ bu layihədən 100 milyon vəsait qazanır. Bu, Azərbaycan üçün önəmli layihədir. Hazırda Bakı-Tiflis-Ceyhan kəməri ilə Azərbaycanın özünün 31-32 milyon ton nefti daşınır. Bundan əlavə də, təxminən 40 milyon tona yaxın Qazaxıstan və Türkmənistan nefti daşınır. Qarşıdakı dövrlərdə Azərbaycan nefti azalsa da, Qazaxıstan nefti hesabına daşınan neftin həcmi artacaq. Bakı-Tiflis-Ceyhan kəmərində yaxın 20 ildə daşınan illik neftin həcmi 35 milyon tona bərabər olacaq. Türkmənistanda da neft hasilatının artacağını nəzərə alsaq, boru kəmərinin əhəmiyyəti azalmayacaq”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor