SOCAR: Siyasi qərar verildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 18:56 | Şərh sayı: (0) | Baxılıb: 268
SOCAR: Siyasi qərar verildi
Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) reallaşdırılması istiqamətində 1 saniyə belə itirmək olmaz.
APA-nın xəbərinə görə, bu barədə "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz "Anadolu" agentliyinə açıqlamasında deyib.
K.Yavuz bildirib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya rəsmi səfəri çərçivəsində TANAP-ın tikintisinin sürətləndirilməsi barədə siyasi qərar qəbul edilib.
"Anlayırıq ki, layihənin tikintisi maksimum tez qurtarmalıdır. Podratçı şirkətlərlə yenidən söhbətlər aparılacaq, tikinti işləri 24 saatlıq rejimdə aparılacaq. Bir saniyə belə itirə bilmərik", - deyə K.Yavuz bildirib.
Türkmənistan qazının da Avropaya TANAP-la nəql olunmasına işarə edən K.Yavuz bildirib ki, kəmərin illik ötürücülük qabiliyyəti 31 mlrd. kubmetrə qalxa bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər