Bakı-Tiflis-Qars layihəsi yekunlaşmaq üzrədir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 08:14 | Şərh sayı: (0) | Baxılıb: 226
Bakı-Tiflis-Qars layihəsi yekunlaşmaq üzrədir
Azərbaycan, Türkiyə və Gürcüstanın ortaq layihəsi olan Bakı-Tiflis-Qars dəmir yolunda işlərin gedişi Ankarada müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanov qardaş ölkənin nəqliyyat naziri Binali Yıldırım ilə görüşüb. Hər iki ölkənin rəsmisi işlərin indiki vəziyyəti barədə açıqlama veriblər.
“Bakı-Tiflis-Qars dəmir yolu istiqamətində aparılan tikinti işlərinin 80 faizi yekunlaşıb. Hazırda ərazidə yerüstü xətlərin, sinqnalizasiya sisteminin qurulması həyata keçirilir. Buna paralel olaraq ərazidə dayanacaqların, stansiyaların tikintisi gedir. Tikinti işləri başa çatdıqdan sonra Bakı-Tiflis-Qars dəmir yolunun açılışını edəcəyik”, - deyə Binali Yıldırım bildirib.
“Artıq Bakı-Tiflis-Qars dəmir yolu istiqamətində aparılan tikinti işləri yekunlaşamq üzrədir. Bundan sonra görüləcək bir sıra xırda işlərimiz qalıb ki, bunu da tez bir zamanda başa çatdıracağıq. Dəmək olar ki, yol tam hazırdır. Qeyd edim ki, rabitə və elektirik xəttlərinin çəkilişi sahəsində görüləcək bəzi ilşər qalıb. Avqust ayına qədər bu işləri də yekunlaşdırımağı planlaşdırmışıq”, – deyə Cavid Qurbanov qeyd edib./ANSPRESS/
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər