İran da "TANAP"a qoşula bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 17:53 | Şərh sayı: (0) | Baxılıb: 276
İran da "TANAP"a qoşula bilər
İran hasil etdiyi təbii qazı Avropa bazarlarına çatdırmaq məqsədilə Trans-Anadolu (TANAP) kimi böyük regional layihəyə qatıla bilər.
ANS PRESS-in məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin yerli mətbuata verdiyi açıqlamasında deyib.
Səfir nəzərə çatdırıb ki, Azərbaycan İranın vacib iqtisadi tərəfdaşıdır: “İki dövlət birlikdə tikinti və tranzit layihələrin reallaşmasına investisiya yatıra bilərlər”.
M.Pakayin qeyd edib ki, sanksiyaların aradan qaldırılması rəsmi Bakı ilə Tehranın daha da yaxınlaşmasına səbəb olacaq. Neft və qazla zəngin olan hər iki ölkə birlikdə neft sahəsinə də investisiya qoya bilərlər.
İran uzun illərdir ki, tətbiq edilən beynəlxalq sankisyalardan azad olub. Bunu rəsmi olaraq ABŞ-ın dövlət katibi Con Kerri elan edib. Sanksiyaların ləğvini Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) təsdiq edib. Bununla da rəsmi Tehran nüvə razılaşmasında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.
İran prezidenti Həsən Ruhani sanksiyaların ləğv edilməsi münasibəti ilə xalqını təbrik edib. Ruhanı nüvə sazişini "İranın tarixində qızıl səhifə" adlandırıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər