SOCAR Rusiya limanından neft ixracını artırdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 11:41 | Şərh sayı: (0) | Baxılıb: 336
SOCAR Rusiya limanından neft ixracını artırdı
2015-ci il ərzində Novorossiysk limanından 1 milyon 270 min 108 ton neft ixrac edilib. Bu da ötən illə müqayisədə 36% çoxdur.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) oxu.az-a bildirilib.
Qeyd edək ki, şirkət 2015-ci ilin oktyabr, iyun ayında Novorossiysk limanından neft yola salmayıb.
"SOCAR 2015-ci ilin dekabr ayında Supsa limanından 253 min 506 ton, Ceyhan limanından 1 milyon 852 min 763 ton xam neft ixrac edib. Ümumilikdə yanvar-dekabr ayları ərzində Supsa limanından 2 milyon 794 min 905 ton, Ceyhan limanından isə 17 milyon 931 min 458 ton xam neft ixrac edilib", - deyə şirkətdən qeyd edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər