Çexiyalı nazir: "İranın TANAP-a qoşulması çox müsbət nəticələr verə bilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 07:48 | Şərh sayı: (0) | Baxılıb: 207
Çexiyalı nazir: "İranın TANAP-a qoşulması çox müsbət nəticələr verə bilər"
İranın Trans-Anadolu təbii qaz boru kəmərinə (TANAP) qoşulması çox müsbət nəticələr verə bilər.
"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Çexiyanın sənaye və ticarət naziri Yan Mladek (Jan Mladek) deyib.
Onun sözlərinə görə, İran rəsmiləri Polşa ərazisindəki limanlardan birinin yaxınlığında maye qaz üçün böyük zavod tikməyi daha üstün tuturlar: "Hansı ki, həmin zavodun olması da bizim üçün çox əhəmiyyətlidir".
Qeyd edək ki, Çexiyaya lazım olan qazın 75%-i Rusiyadan idxal edilir və ölkə rəhbərliyi Rusiyadan qaz asılılığını artırmaq üçün "Cənub Qaz Dəhlizi"nin reallaşmasına böyük ümid bəslədiklərini açıqlayıblar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər