RSS
 

Login:
Şifrə:
» » AŞ PA-ya yeni prezident seçildi

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

AŞ PA-ya yeni prezident seçildi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 22:43 | Şərh sayı: (0) | Baxılıb: 706

AŞ PA-ya yeni prezident seçildi


AŞ PA-ya yeni prezident seçildiQurumun Azərbaycan üzrə keçmiş həmməruzəçisi beynəlxalq təşkilatın rəhbərliyinə gətirildi
Yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası qurumun baş katibinin əvəzlənməsi ilə öz işinə başlayıb. Sessiya iştirakçıları AŞ PA pezidenti Ann Brosserin yerinə Pedro Aqramuntu seçiblər.
Bu barədə “Yeni Müsavat”a sessiyada iştirak edən Müsavat Partiyasının Məclis üzvü, vicdan məhbusu Tofiq Yaqublunun qızı Nigar Yaqublu məlumat verib. Onun sözlərinə görə, yeni prezident seçkilərdən sonrakı çıxışında Avropadakı ixtilaflardan, Fransa və Türkiyədəki terror hadisələrindən danışıb.

Qeyd edək ki, ispaniyalı deputat, Avropa Xalq Partiyası qrupunun üzvü Pedro Aqramunt ötən ilə qədər AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olmuşdu və 5 il bu statusda çalışmışdı. Bu mənada AŞ PA-nın yeni prezidenti üçün Azərbaycan tanış ölkələrdən olacaq. Assambleya sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür.

Siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair “centlmen sövdələşməsi”nə əsasən bu dəfə növbə Pedro Aqramuntun rəhbərlik etdiyi Avropa Xalq Partiyası Qrupunun idi. Onun bu vəzifəyə namizədliyi ötən il öz qrupu tərəfindən irəli sürülüb. (apa)

İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞ PA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb, bir çox hesabatlar hazırlayıb və eyni zamanda uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. P.Aqramunt AŞ PA-da fəal parlamentarlardan hesab olunur. P. Aqramunt bu vəzifədə mandatı 2017-ci ildə bir dəfə yenilənməklə, 2018-ci ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.

“Avropanı təkəbbürlü olmamağa və qərbsayağı demokratiyanı zorla ölkələrə diktə etməməyə çağırıram”- AŞ PA-nın yeni prezidenti Pedro Aqramunt bəyan edib. Daha sonra o bildirib: “Biz belə hallardan çəkinməliyik. Hər ölkənin öz tarixi və inkişaf yolu olduğundan, qərbsayağı demokratiya modelini hansısa ölkəyə zorla tətbiq etdirməməliyik. Bu, təkəbbürlüyün göstəricisidir və çox təhlükəlidir. Çünki biz bu cür siyasətimizlə bir çox ölkələri özümüzdən uzaqlaşdıra bilərik”.



AŞ PA-nın qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri P.Aqramunt bu vəzifədə görəcəyi işlərdən, assambleyanın prioritetlərindən, Avropada və dünyada baş verən əsas hadisələrdən, mövcud problemlərin həllindən danışıb. APA-nın Avropa bürosunun xəbərinə görə, AŞ PA sədri Avropa Şurasına üzv ölkələrdə həll edilməmiş münaqişələrin vəziyyətinə də toxunub: “Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. ”Dondurulmuş" adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir".

APA-nın Avropa müxbirinin məlumatına görə, Aqramunt demokratikləşmə ilə bağlı da mesajlar verib.

Yeri gəlmişkən, Azərbaycan parlamentinin nümayəndə heyətinin qatıldığı sessiyada ölkəmizin hüquq müdafiəçilərindən heç kim təmsil olunmur. N.Yaqublu bildirdi ki, hələlik qış sessiyasının gündəliyində Azərbaycandakı məhbuslar, demokratiya və s. məsələlərin salınıb-salınmayacağı tam dəqiq deyil.

26 yanvarda isə Azərbaycanın milli maraqlarına xidmət edən iki hesabat müzakirə ediləcək. Belə ki, Robert Uolterin (Britaniya) “Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik”, Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” hesabatları müzakirəyə çıxarılacaq. Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması barədə sənədin də müzakirə olunacağı gözlənilir. Məlumata görə, AŞ PA-da Avropada mühacir problemi, Suriya və İraqdakı əcnəbi silahlılar, Avropa Şurasına üzv ölkələrdə insan haqlarının müdafiəsinin möhkəmlənməsi məsələləri də müzakirə mövzusu olacaq. Həmçinin Avropa İnsan Haqları Məhkəməsinin hakimləri də seçiləcək.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Strasburq müzakirələri barədə “Yeni Müsavat”a danışarkən bidlirdi ki, Azərbaycanla bağlı 26 yanvar müzakirələrinə böyük önəm verir. Söhbət Azərbaycan ərazilərinin işğalı və Sərsəng su anbarının erməni işğalçılarının nəzarəti altında olması ilə bağlı qətnamə layihələrindən gedir.

S.Novruzov sessiyada Azərbaycandakı insan hüquqları, siyasi məhbuslar və digər məsələlərlə bağlı müzakirələrin olub-olmayacağı barədə suala cavabında belə dedi: “Güman etmirəm ki, bununla bağlı hansısa sənəd qəbul olunsun. Biz dəfələrlə bu məsələlərlə bağlı bildirmişik ki, burada hər hansı siyasi məhbusdan söhbət gedə bilməz. Azərbaycanda ancaq bu və ya digər vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma və digər məsələlərlə bağlı məsuliyyətə cəlb olunanlar var. Bunu da istənilən orqan araşdıra bilər. Ancaq məhkəmə qərarı olmadan kiminsə dərhal azadlığa buraxılmasını tələb etmək qanuna hörmətsizlikdir. Ancaq erməni lobbisi çox ciddi canfəşanlıq edir. Çünki AŞ PA-da ardıcıl şəkildə bir neçə sənəd qəbul olundu, Azərbaycandakı seçkilərin nəticələri və işğal olunmuş ərazilərimizlə bağlı. Yenə də iki sənədin qəbulu gözlənilir. Ona görə də ermənilər onlara yaxın olan deputatlar vasitəsilə bu kartdan istifadə etməyə çalışırlar”.

AŞ PA-nın yeni prezidentinə münasibətə və gözləntilərə gəldikdə, S.Novruzov bildirdi ki, qurumdakı müxtəlif siyasi qrupların fəaliyyətindən çox şey asılıdır: “Müxtəlif qruplar var ki, erməni lobbisinin təsiri altındadır. Onlar ədalətə yox, erməni lobbisinin ayırdığı vəsaitə xidmət edirlər. İndi yeni prezident işləyər, baxarıq”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor