ATƏT-in imicinə zərbə vuruldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-11-2015, 17:19 | Şərh sayı: (0) | Baxılıb: 301
ATƏT-in imicinə zərbə vuruldu
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) seçkiləri müşahidədən imtina etməsi, parlament seçkilərinin nəticələrini öncədən şübhə altına alması gələcəkdə beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün planlaşdırılaraq atılmış addımdır. Çox təəssüf! Amma digər beynəlxalq qurumların seçkiləri müşahidə etməsi və onların bəyanatları DTHİB-nin haqsız olduğunu bir daha sübut etdi".
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, son parlament seçkilərində isə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən yenidən deputat seçilən bitərəf namizəd, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə ATƏT-in DTHİB-nin Azərbaycandakı parlament seçkilərini qərəzli şəkildə müşahidədən imtina etməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
QHT rəhbərinin sözlərinə görə, ATƏT DTHİB-nin Azərbaycandakı seçkiləri müşahidə etməkdən imtinası praktikada çox az təsadüf olunan hallardan biridir: "Biz ATƏT-lə kifayət qədər normal əməkdaşlıq edirik. Azərbaycan ATƏT-in üzvüdür və Azərbaycan parlamentinin nümayəndə heyətləri ildə 4 dəfə bu qurumun tədbirlərində iştirak edirlər. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında onların fəaliyyətsizliyinə, eləcə də birtərəfli mövqelərinə dözürük. Onlara şans veririk ki, bəlkə, nə vaxtsa yatmış vicdanları oyanacaq və bu məsələdə obyektiv mövqe tutacaqlar və işğalçı ölkəyə qarşı hansısa addımlar atacaqlar, ancaq biz bunu görmürük. Özlərinin kifayət qədər ədalətsiz mövqeyi ola-ola seçki öncəsi 10 milyona yaxın əhalisi olan Azərbaycana 50-70 milyon əhalisi olan ölkəyə göndərilən missiya qədər nümayəndə heyətini göndərmək istəyi göstərir ki, onlar qərəzlidirlər və buraya sadəcə müşahidə üçün yox, burada problem axtarmağa gəlirlər. Təbii ki, həmin müşahidəçilərin qarşılanması, yerləşdirilməsi, gəzdirilməsi və s. ölkəmiz üçün xərc və əlavə problemdir. Onlar bilərəkdən razılaşdırılmış prinsipdən kənara çıxdılar. Bilirdilər ki, Azərbaycan buna etiraz edəcək, onlar da bunu bəhanə edərək Azərbaycandakı parlament seçkilərini müşahidə etməyəcəklər".
Millət vəkilinin fikrincə, DTHİB-nin bu addımı ATƏT-in nüfuzuna ciddi xələl gətirdi: "Avropa Şurasından və digər beynəlxalq qurumlardan nümayəndə heyətləri Azərbaycana gəldi, çoxsaylı beynəlxalq müşahidəçilər ölkədə seçkilərin gedişini müşahidə etdilər, hətta sonda seçkilərin obyektiv, ədalətli keçməsi haqqında mövqelərini ortaya qoydular. Şəxsən mən ATƏT-in bu mövqeyini pisləyirəm. Hesab edirəm ki, bu, son illər, xüsusən son aylar aparılan antiazərbaycan kampaniyasının tərkib hissəsi idi. Təəssüf! Bu, ATƏT-ə, onun demoratik imicinə zərbə vuran bir hal idi. Ona görə də bu addım elə ATƏT-in üzv dövlətləri və digər institutları tərəfindən pislənməyə başladı".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər