AŞPA-ya yeni prezident seçildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 22:23 | Şərh sayı: (0) | Baxılıb: 232
AŞPA-ya yeni prezident seçildi
Azərbaycan üzrə keçmiş həmməruzəçi quruma rəhbər seçildi
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası qurumun baş katibinin əvəzlənməsi ilə öz işinə başlayıb. Sessiya iştirakçıları AŞPA pezidenti Ann Brosserin yerinə Pedro Aqramuntu seçiblər.
Bu barədə musavat.com-a sessiyada iştirak edən Müsavat Partiyasının Məclis üzvü, vicdan məhbusu Tofiq Yaqublunun qızı Nigar Yaqublu məlumat verib. Nigar xanımın sözlərinə görə, yeni prezident seçkilərdən sonrakı çıxışında Avropadakı ixtilaflardan, Fransa və Türkiyədəki terror hadisələrindən danışıb.
Qeyd edək ki, ispaniyalı deputat, Avropa Xalq Partiyası qrupunun üzvü Pedro Aqramunt ötən ilə qədər AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi idi və 5 il bu statusda çalışmışdı. Bu mənada AŞPA-nın yeni prezidenti üçün Azərbaycan tanış ölkələrdən olacaq.
Azərbaycan parlamentinin nümayəndə də heyətinin qatıldığı sessiyada ölkəmizin hüquq müdafiəçilərindən heç kim təmsil olunmur. N.Yaqublu bildirdi ki, hələlik qış sessiyasının gündəliyində Azərbaycandakı məhbuslar, demokratiya və s. məsələlərin salınıb-salınmayacağı tam dəqiq deyil.
Qeyd edək ki, 26 yanvarda Azərbaycanın milli maraqlarına xidmət edən iki hesabat müzakirə ediləcək. Belə ki, Robert Uolterin (Britaniya) “Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik”, Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” başlıqlı hesabatları müzakirəyə çıxarılacaq.
Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması barədə sənədin də müzakirə olunacağı gözlənilir. Məlumata görə, AŞPA-da Avropada mühacir problemi, Suriya və İraqdakı əcnəbi silahlılar, Avropa Şurasına üzv ölkələrdə insan haqlarının müdafiəsinin möhkəmlənməsi məsələləri də müzakirə mövzusu olacaq. Həmçinin Avropa İnsan Haqları Məhkəməsinin hakimləri də seçiləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər