RSS
 

Login:
Şifrə:
» » Rusiyanın Qarabağ planlarında Azərbaycanın önəmi artıb

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Rusiyanın Qarabağ planlarında Azərbaycanın önəmi artıb

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:32 | Şərh sayı: (0) | Baxılıb: 764

Rusiyanın Qarabağ planlarında Azərbaycanın önəmi artıb


Rusiyanın Qarabağ planlarında Azərbaycanın önəmi artıb Kreml işğalçıdan daha çox ölkəmizi nəzarət altında saxlamağa çalışır; konflikt yalnız bir halda Moskva üçün siyasi bazarlıq mövzusu ola bilər; ukraynalı analitik: “Ermənistan konfliktin girovluğunda qaldıqca inkişaf edə bilməyəcək...”
Qarabağa dar sülh danışıqlarında guya neytral vasitəçi olan Rusiyanın məsələdə nə dərəcədə qeyri-obyektiv və qərəzli mövqe tutduğunu onun aparıcı KİV-lərində vaxtaşırı şəkildə ölkəmiz əleyhinə gedən materiallardan aydın görmək olar. Doğrudur, bunun bir səbəbi də həmin KİV-lərdə kök salmış ermənilərdir.

Ancaq o da faktdır ki, rəsmi Moskva indiyədək bir dəfə də olsun Ermənistanı işğalçı adlandırmayıb, işğalı pisləməyib. Tək səbəbə - çünki işğalın arxasında elə onun özü dayanır. Bu, əlbəttə ki, Azərbaycana münasibətin göstəricisidir - özü də bariz göstəricisi. Son olaraq Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olan “Lifenews” telekanalının Azərbaycan əleyhinə yayımladığı süjet buna növbəti sübutdur.

Xəbər verildiyi kimi, rəhbəri erməni olan həmin telekanal Azərbaycanın işğal altındakı ərazilərindən geniş videoreportaj yayıb. “Mühasirədə yubiley: Dağlıq Qarabağ və müstəqillik uğrunda 25 illik mübarizə” adlı reportajda telekanalın əməkdaşı Ermənistanın işğalçı qüvvələrinin təmas xətti boyu yerləşən mövqelərində olub, erməni əsgərlərini, xüsusi təyinatlılarını vəsf edib, onların “öz vətənlərini necə qoruduqları” haqda danışıb. Reportajda Şuşadan, Xankəndindən çəkilmiş kadrlar və qondarma “DQR”in iqtisadi həyatı barədə süjetlər də yer alıb.



Yada salaq ki, adıçəkilən telekanalın Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına qarşı ilk açıq təxribatı deyil. “Lifenews”un Qarabağa dair ermənilərin mövqelərini əks etdirən verilişləri bundan əvvəl də olub və rəsmi Bakının etirazı ilə qarşılaşıb. Bu dəfə də beli olub. Azərbaycan XİN-i olayla bağlı etiraz bəyanatı yayıb.

Kanal həmçinin, Ukraynanın şərqində rusiyameylli separatçıları da eyni şövqlə təbliğ edib və etməkdədir. Başqa sözlə, öz daxilində hər cür separatçılığı (əslində milli-azadlıq hərəkatını) amansızlıqla önləyən Rusiya həmsərhəd ölkələrdəki separatçılığa həvəslə maddi-texniki, informasiya dəstəyi verib və verməkdədir. Səbəb sadədir: ona görə ki, daxildəki separatçılıq Kremlin maraqlarına zidd, xaricdəki isə (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım, Donbas) isə imperiya maraqlarına uyğundur.

***
Konkret Dağlıq Qarabağdan dolayı Moskvanın güddüyü maraqlara gəlincə, dəfələrlə deyildiyi kimi, bu münaqişə hesabına Rusiya eyni vaxtda Güney Qafqazın iki ölkəsini - Azərbaycan və Ermənistanı, ilk növbədə də ölkəmizi özündən asılı durumda saxlayır, onların nə öz aralarında, nə də qonşularla və Qərbə inteqrasiya eləməsinə imkan vermir.



Yenə məhz Qarabağ separatizmindən istifadə edən Kreml işğalçı Ermənistanı asanca Avrasiya layihələrinə qoşa bilib. Yeri gəlmişkən, yanvarın ilk günlərində Kremlin təkidi ilə və ya hədəsi altında Ermənistanın Avrasiya İqtisadi Birliyə rəsmən qoşulmasının 1 ili tamamlanıb. Ötən bir ildə isə işğalçı ölkənin iqtisadi durumu nəinki yaxşılaşmayıb, əksinə, bir az da pisləşib. Bu üzdən ölkə daxilində Sərkisyan rejiminə qarşı ittiham-tənqidlər də çoxalıb. Rəsmi İrəvan isə öz qərarını hələ də ölkənin təhlükəsizliyi və Dağlıq Qarabağ münaqişəsi zonasında situasiya ilə əlaqələndirməkdədir.

Bu mövzuda erməni saytına danışan ukraynalı tanınmış analitik və publisist Vitali Portnkov da istisna eləmir ki, prezident Putin Serj Sərkisyanı Qarabağ konfliktinin qızışması ilə hədələməklə Ermənistanı Avrasiya Birliyinə qoşulmağa vadar edib. “Ancaq Qarabağ münaqişəsinin həlli yalnız müharibə edən tərəflərin sivil dünya ilə məhsuldar əməkdaşlığı halında mümkündür” - deyib politoloq.



Analitik münaqişəyə kəskinləşən Rusiya-Türkiyə münasibətlərinin mümkün təsirlərindən də danışıb. “Dağlıq Qarabağ ətrafında vəziyyət xüsusən də gərginləşən Ankara-Moskva münasibətləri fonunda bu il necə inkişaf edəcək, Türkiyə və ya Rusiyanın Qarabağ kartından bir-birinə qarşı istifadəsi mümkündürmü” sualına o, belə cavab verib: “Düşünmürəm ki, Moskva və Ankara Qarabağdan bir-birinə qarşı istifadə edəcək. Ancaq mən bir şeyi bilirəm ki, Ermənistan bu konfliktin girovluğunda qaldıqca, onun dövlətçiliyi ziyan çəkəcək, inkişafı isə mümkün olmayacaq. Bundan heç bir nəticə çıxarmamaq olar, ancaq bunu başa düşmək vacibdir”.

***
Zatən, Ermənistan elə Qarabağ münaqişəsi başlayandan iqtisadi inkişafdan qalıb, iqtisadiyyatı rüşeym halından uzağa gedə bilməyib. Onun bu durumu sözsüz ki, Rusiyanın marağındadır. Artıq işğalçı ölkənin iqtisadi-energetik sferası əsasən Rusiya qurumları və şirkətlərinin nəzarətindədir. Yəni Ermənistan siyasi müstəqilliyi ilə yanaşı, iqtisadi müstəqilliyini də itirib və bütünlüklə Rusiyanın maliyyə inyeksiyalarının, bir də erməni əməkçi miqrantların göndərdiyi transfertlərin ümidinə qalıb, ölkə sürətlə boşalmaqdadır.

Belə bir zəif, taqətdən düşmüş, sürətlə boşalan ölkənin işğalçılığına Azərbaycan dövləti qısa müddətdə son qoya bilərdi əgər onun arxasında Rusiya dayanmasaydı. Bunu İrəvanda da yaxşı bilirlər. O zaman məntiq diktə edir ki, Ermənistan sülhə daha tez gəlməlidir. Amma bu, baş vermir. Çünki qeyd olunduğu kimi, onun siyasi və iqtisadi müstəqilliyi yoxdur və bütünlüklə Rusiyadan asılıdır. Siyasi-iqtisadi müstəqilliyini itirmiş ölkə isə xarici siyasətdə də müstəqil ola bilməz.

Deməli, münaqişənin ədalətli şəkildə nizamlanmasından ötrü Ermənistan öz müstəqilliyini bərpa eləməlidir. Yaxud hazırda onun üzərində söz sahibliyi olan Rusiya ədalətli mövqe sərgiləməlidir. İkinci variant ehtimal edilmədiyindən, qalır yenə birinci yol - erməni xalqının öz taleyinə sahib çıxması və rusun əlində maşa olmaqdan imtinası.

Əslində birinci variant da istisna deyil. Ayrı sözlə, Rusiya görsə ki, regiondan çıxmaq zorundadır, o zaman Dağlıq Qarabağ məsələsi rəsmi Moskva üçün Qərblə sonuncu siyasi bazarlıq predmetinə də çevrilə bilər. Yəni iki ən pisdən az pisini seçmək məsələsi. Hələliksə şimal qonşumuzun Güney Qafqaza əsas təsir rıçaqı müstəsna olaraq Ermənistan ərazisində yerləşdirilmiş hərbi qüvvələrdən qaynaqlanır.

***

Əgər Rusiya Azərbaycan və Gürcüstan kimi Ermənistanda da hərbi dayağa, bazaya malik olmasaydı, bölgə çoxdan normal inteqrasiya və demokratik inkişaf yoluna çıxmışdı. Özləri bir yana, ermənilərin bölgə xalqlarına ən böyük xəyanəti zatən, budur. Bu xəyanət hələ bitməyib, davam edir və onun nəticəsidir ki, regionda böyük həcmdə Rusiya silah-sursatı çəmləşdirib, müharibə riski xeyli artıb.



“Qarabağ prosesi tamamilə hərbi qüvvələrin nəzarətinə keçir və bölgədə istənilən an müharibə başlaya bilər”. Bunu axar.az-a açıqlamasında vəziyyəti təhlil edən deputat Zahid Oruc deyib. Onun fikrincə, 2016-cı il Qarabağ prosesi üçün uğurlu sayıla bilməz: “Faktiki olaraq Bern görüşü uğursuz oldu. 2014-cü ildə Kerrinin təşəbbüsü ilə Uelsdə NATO zirvəsi zamanı da iki dövlət rəhbəri görüş üçün dilə tutulmuşdu. Sonrasında belə bir rəy yayıldı ki, Rusiyanın Qarabağ prosesindən kənarlaşdırılması üçün Qərb real planlara malikdir və Fransa Amerika ilə birgə yeni sülh sazişinin imzalanması üçün tərəfləri dialoqa cəlb edəcək. Əslində belə də oldu və oktyabrın 27-də Parisdə görüş keçirildi. Görüş işçi sənədin ortaya çıxması ilə nəticələndi. Həmsədrlərin epizodik səfərlərini nəzərə almasaq, 2015-ci il Qarabağ siyasi danışıqları üçün itirilmiş sayıla bilər”. Deputatın qənaətincə, prezidentlərin Bern danışıqları silahlı savaşın qarşısını kəsməyi qarşısına qoysa da, bu, baş verməyib.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor