RSS
 

Login:
Şifrə:
» » Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 22:52 | Şərh sayı: (0) | Baxılıb: 307

Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi


Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi


"Versii.com" saytında hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin "Dağlıq Qarabağ: nizama salınmayan bir münaqişənin qısa tarixi" sərlövhəli məqaləsi verilib.

Müəllif yazır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən hadisələrin mahiyyət və xarakterini, heç olmazsa, ümumi şəkildə açıb göstərmək, bu hadisələrin ümumi xarakteristikasını, həmin qarşıdurmanın hüquqi statusu haqqında ilkin məlumat vermək lazımdır. İlk növbədə vurğulamaq lazımdır ki, ermənilərin və azərbaycanlıların milli identikliyi müxtəlif mühitlərdə inkişaf edib. Ermənilərin mədəni vektoru erməni xalqını etnosa çevirən Erməni Qriqoryan Kilsəsi tərəfindən formalaşdırılıb. Xalqın birliyi üçün bu kilsə çox vaxt qismən dövlətin funksiyalarını yerinə yetirib. IV əsrdən başlayaraq daim diaspor şəklində yaşayan erməniləri assimilyasiya olmaqdan məhz bu mexanizm qoruyub. Onlar yad cəmiyyətlərdə yaşamağa məcbur olublar. Davamlı identikliyin belə psixoloji əsasının olması ermənilərə özünəməxsus etnopsixoloji xüsusiyyətləri qoruyub saxlamaqla, həmin cəmiyyətlərin etnopsixoloji xüsusiyyətlərini yetərincə asan özününküləşdirmək imkanı verib.

Yığcam yaşamaq üçün daim coğrafi imkanı olan azərbaycanlılar isə lap qədim zamanlardan özlərini türk dünyasının ayrılmaz tərkib hissəsi, formalaşmış xalq hiss ediblər. Tarixin müxtəlif dövrlərində müxtəlif dövlətçilik tiplərinə sahib olan azərbaycanlılar öz mədəni bənzərsizliyini başa düşürdülər, lakin onlar heç vaxt öz unikal tarixi taleyini hansısa üstünlük hesab etmirdilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan alim son iki əsrdə Dağlıq Qarabağ muxtariyyətinin yaradılması və inkişafı tarixinə, başqa sözlə desək, Cənubi Qafqazın Rusiyaya birləşdiyi andan zəmanəmizə qədər davam edən bütöv bir dövrə diqqət yetirir.

Qondarma "Qarabağ məsələsi"nin erməni məsələsinin yalnız bir hissəsi olduğunu, erməni məsələsinin isə XIX əsrin sonunda - XX əsrin əvvəlində fəal surətdə gündəlikdə duran Şərq məsələsinin tərkib hissəsi olduğunu bu gün xatırlayan varmı? Bu məsələyə həsr olunan əsərlər, təəssüf ki, hazırda haqsız yerə unudulub.

Qarabağın dağlıq rayonlarının qriqorianlaşdırılmış və xeyli dərəcədə erməniləşdirilmiş əhalisinin qismən etnik assimilyasiyaya uğraması və o vaxtın bir çox digər məlum həqiqətləri barədə məlumatlı və savadlı insanlar hələ XIX əsrdə çox yazırdılar. V.L.Veliçko deyirdi: "Qarabağın səhvən erməni adlandırılan... və yalnız 3-4 əsr əvvəl erməniləşdirilmiş sakinləri istisna təşkil edirdi". Erməni müəllifi B.İşxanyan 1916-cı ildə Petroqradda çap olunmuş "Qafqaz xalqları" kitabında yazırdı: "Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan aborigenlər..., digər hissəsi Türkiyə və İrandan olan qaçqınlardır. Azərbaycan torpağı onları təqiblərdən və zülmdən qoruyan sığınacağa çevrilib". Akademik İ.A.Orbeli, S.T.Yeremyan və digər alimlər də bu məsələdən - məqsədli şəkildə qismən erməniləşdirmədən yazıblar.

Rusiya İmperiyasının Cənubi Qafqazda möhkəmlənməsinə kömək edən və onun himayəsindən faydalanan Ermənistan isə əzəli Azərbaycan torpaqlarını ələ keçirmək və bu torpaqlarda "Böyük Ermənistan" yaratmaq istəyirdi. Hələ 1721-ci ildə Qafqaz yürüşü və Azərbaycanın, o cümlədən Bakının Xəzəryanı ərazilərinin fəthi zamanı I Pyotr yerli əhalinin sərt müqaviməti ilə qarşılaşmış və "erməni kartını" işə salmışdı, yəni bu bədnam millətin nümayəndələrini Bakıda və Dərbənddə yerləşdirmək göstərişi vermişdi. Bu siyasətin davamı olaraq 1768-ci ildə II Yekaterina ermənilərin imperiyanın himayəsinə götürülməsi barədə fərman imzalamış, 1803-ci ildə imperator I Aleksandr Qafqaz canişini A.Sisiyanova konkret təlimat vermişdi: "Azərbaycan xanlıqlarını ələ keçirmək üçün nəyin bahasına olursa-olsun ermənilərdən istifadə etmək lazımdır".

Məqalədə 1804-1813-cü illər və 1826-1828-ci illər Rus-İran müharibələri gedişində və sonra İrandan və Cənubi Azərbaycandan ermənilərin kütləvi şəkildə köçürülməsi və onların Cənubi Qafqazda, o cümlədən Qarabağda yerləşdirilməsi haqqında geniş informasiya təqdim olunub. Təkcə 1826-1828-ci illər Rus-İran müharibəsi zamanı İrandan Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra I Nikolay 1828-ci il 21 mart tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində erməni vilayəti yaratdı. 7331 azərbaycanlının və cəmi 2369 erməninin yaşadığı İrəvan şəhəri onun tərkibinə daxil oldu. Eyni zamanda İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin kütləvi köçürülməsi başlandı, nəticədə yerli əhali həmin torpaqlardan didərgin salındı. İrəvan və Gəncə quberniyalarında 200, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi darmadağın edildi.

Müəllif yazır ki, Qarabağ xanlığının Rusiyaya birləşdirildiyi vaxtda - 1805-ci il mayın 14-də ermənilər region əhalisinin yalnız beşdə bir hissəsini təşkil edirdilər.

...Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixə XX əsrin ən qanlı-qadalı münaqişələrindən biri kimi daxil olub. 1987-ci ildə başlayan bu münaqişə milyonlarla insanın taleyində əks olunub. Qarşıdurma bu günədək davam edir, çünki Ermənistan tərəfi heç bir kompromisə getmir, dünya ictimaiyyətinin fikrinə həyasızcasına məhəl qoymur. Münaqişənin özü onun açıq şəkildə təzahür etməsindən xeyli əvvəl başlayıb. Kökləri hələ Sovet İttifaqının mövcud olduğu illərə gedib çıxan bu münaqişə erməni ictimaiyyətinin müəyyən hissəsinin çoxillik fəaliyyəti ilə bağlıdır. Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmək məqsədi güdən Ermənistan bu münaqişəli durumu illərlə yetişdirib. Ermənilərin uzun illər davam edən gizli təcavüzkar siyasəti 1987-ci ilin payızında, Yerevanda mitinqlərdə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbləri açıq şəkildə səsləndiriləndə üzə çıxdı. Elə həmin ilin noyabrında Ermənistan ərazisində yaşayan azərbaycanlıların köçürülməsi başlandı. Yanvarın sonuna doğru Ermənistanın Qafan rayonunda bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Başqa rayonlarda yaşayan azərbaycanlılarının aqibəti də eynən bu cür idi. 1988-1990-cı illərdə azərbaycanlı əhalinin Ermənistan ərazilərindən qovulub çıxarıldı. Münaqişənin müharibədən əvvəlki mərhələsinin gedişatı belə idi.

Sonra, 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Soveti bir sıra tədbirlər gördü: Dağlıq Qarabağ Muxtar Vilayətindən Ermənistan SSR-in Ali Sovetinə deputatlar seçildi, 1990-cı ilin parlament seçkilərində erməni ümummilli hərəkatı qələbə qazandı və nəticədə separatçıların hakimiyyətə gəlməsi ermənilərin "birləşmə" və "millətin təyini-müqəddərat hüququ" şüarları ilə təcavüzkar hərəkətlərinə yol açdı. Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar erməni və Azərbaycan xalqları arasında qarşıdurmanı qızışdırdı. Əslində, bu, münaqişə zonasını genişləndirmək və onu dərinləşdirmək demək idi. Bakıda məlum Yanvar hadisələrindən sonra Kreml və bilavasitə prezident Mixail Qorbaçov nüfuzdan düşdü. Elə həmin vaxt, yanvarın 21-də Moskvada Heydər Əliyevin Kreml hakimiyyətini qanlı faciə törətməkdə ittiham edən nitqi səsləndi. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyinin qeyri-adekvat siyasəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti ağırlaşdırırdı. Azərbaycanın o vaxtkı rəhbərləri yeni dövlət quruculuğu siyasətinə keçməkdə gecikir, çoxsaylı səhvlərə yol verirdilər. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 7 rayonu, o cümlədən Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli işğal edildi. Təqribən bir milyon adam qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Yalnız 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Dağlıq Qarabağ münaqişəsində yeni səhifə açıldı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyi yaratdı. O vaxtdan Dağlıq Qarabağ probleminə real münasibət yarandı: Azərbaycan öz bütövlüyünü qoruyub saxlamalıdır və bu mövqeyindən bir addım da geri çəkilməyəcək. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir başqa qərar ola bilməz və olmamalıdır.

Müəllif vurğulayır ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı 4 qətnamə (822, 853, 874 və 884) qəbul etdi. Son illər müxtəlif beynəlxalq təşkilatlarda məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan diplomatiyası Ermənistanın Azərbaycana münasibətdə təcavüzkar siyasətini ifşa edən bir sıra sənədlərin qəbul edilməsinə müvəffəq olub. Belə ki, Avropa Şurasının Parlament Assambleyası 2005-ci il yanvarın 25-də "ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa) məşğul olduğu Dağlıq Qarabağ bölgəsində münaqişə" adlı 1416 nömrəli qətnamə qəbul edib.

Beləliklə, Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq, Azərbaycan diplomatiyası Avropa Şurasının Parlament Assambleyasında bu mühüm sənədin qəbul edilməsinə müvəffəq olub. Sənəddə Ermənistan Avropa Birliyi tərəfindən faktiki olaraq təcavüzkar ölkə kimi tanınıb.

Məqalədə deyilir: "Dövlət və onun tərkib hissələri arasında münaqişələrin həllində Konstitusiya ədalət mühakiməsinin orqanları bir tərəfdən subyektin Konstitusiya ilə müəyyən edilmiş hüquqi statusuna verilən zəmanətə əməl olunmasını, digər tərəfdən dövlətin bütövlüyünün və birliyinin müdafiəsini təmin etməlidir. Başqa sözlə desək, Konstitusiya Məhkəməsi dövlət və onun tərkib hissələri arasında əsas qanunla müəyyən olunan balansı dəstəkləyən rol oynayır. Zənnimizcə, belə məsələlərin həlli zamanı Konstitusiya icraatında muxtariyyət nümayəndələrinin iştirakı təmin olunmalıdır ki, təmsil etdikləri muxtariyyətlərin hüquqlarını və qanuni maraqlarını müdafiə edə bilsinlər. Milli azlıqlar məsələsinin həlli mədəni muxtariyyətdən tutmuş ümumi dövlətin federativ, yaxud da konfederativ quruluşunadək çox geniş diapazona malikdir.

Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və gələcəyi barədə fikirlərini yekunlaşdıran müəllif bu münaqişəni yalnız bir mənəvi meyarla qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini sitat gətirib: "Bütün bu diplomatik uğurlar, əlbəttə ki, bizi sevindirir və mövqeyimizi gücləndirir. Ancaq bir halda ki, torpaqlarımız hələ də işğal altındadır, bütün bu nəticələrin böyük əhəmiyyəti yoxdur. Əhəmiyyət o olacaq ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar". İlham Əliyev Azərbaycanın sülh danışıqlarına sadiq olmasını ən böyük kompromis hesab edir. Azərbaycan ümid bəsləyir ki, bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə, tarixi ədaləti bərpa etməyə və işğal edilmiş əraziləri geri qaytarmağa müvəffəq olacaq.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor