“Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr olunub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 21:51 | Şərh sayı: (0) | Baxılıb: 285
“Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr olunub
Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki "İrfon" nəşriyyatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix" monoqrafiyası tacik dilində çap olunub.
Əsəri tacik dilinə Olim Xocamurod və Bahriddin Cuyo tərcümə ediblər. Kitabın redaktoru Tacikistanın xalq şairi Gulnazar Geldidir.
Monoqrafiyada Dağlıq Qarabağın tarixi, ermənilərin Dağlıq Qarabağa köçürülməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri haqqında məlumat verilir, Dağlıq Qarabağın Azərbaycana mənsub olması tutarlı faktlarla sübut edilir. Həmçinin Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının yalan və uydurma üzərində qurulduğu diqqətə çatdırılır.
Tacikistanın elmi ictimaiyyəti və oxucular belə bir kitabın nəşrini böyük maraqla qarşılayıblar.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər