ATƏT: Atəşkəsin pozulması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ləngidir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-10-2015, 21:10 | Şərh sayı: (0) | Baxılıb: 336
ATƏT: Atəşkəsin pozulması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ləngidir
Oktyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in monitorinqi zamanı atəşkəs rejiminin pozulması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ləngitməyə yönəlib.
Bu barədə Trend ATƏT-in yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda deyilir ki, bu insident nizamlanması prosesinin pozulmasına yönəlmiş bilərəkdən fəaliyyəti ehtiva edir: "Bu, həmçinin ATƏT üçün atəşkəs rejiminin pozulması faktını araşdırmağı vacib edir".
ATƏT-in nümayəndələri vurğulayıblar ki, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq təhlükə daşıyır: "Minaatanlar və raket qurğuları kimi ağır silahlardan istifadə qəbuledilməzdir və mülki əhali üçün ciddi təhlükə törədir. Biz günahsız mülki əhali arasında qurbanlara görə dərin təəssüf hissi keçiririk və gözləyirik ki, tərəflər zorakılıqdan çəkinmək məqsədilə tədbirlər görəcəklər".
Məlumatda bildirilir ki, ATƏT regiona səfər zamanı təhlükəsizliklə bağlı vəziyyətin sabitləşdirilməsinə və danışıqlar üçün daha konstruktiv mühitin yaradılmasına yönəldilmiş təklifləri xatırladıb: "Biz sülh prosesinin ayrılmaz hissəsi qismində münaqişə nəticəsində zərər görən hər kəs arasında dialoqu təşviq edirik və bu istiqamətdə proqramları dəstəkləyirik".
Məlumatda əlavə edilir ki, təşkilat itkin düşənlər haqqında məlumat mübadiləsinin həyata keçirilməsini dəstəkləyir: "Azərbaycan və Ermənistan prezidentləri münaqişənin nizamlanmasının əsas elementlərini və digər məsələləri müzakirə etmək üçün ilin sonunadək həmsədrlərin himayəsi altında sammit keçirməyə sadiq olduqlarını təsdiq ediblər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər