RSS
 

Login:
Şifrə:
» » Yoxsa bu müharibə bitən deyil

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yoxsa bu müharibə bitən deyil

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 10:28 | Şərh sayı: (0) | Baxılıb: 164

Yoxsa bu müharibə bitən deyil


Yoxsa bu müharibə bitən deyil


Parisdəki 7 terakt və ABŞ-ın San-Bernardino şəhərindəki gülləbaran. Hər iki qanlı hadisənin arxasında İŞİD-in durduğu deyilir. Lakin bu faciələri birləşdirən məqam sadəcə, İŞİD deyil.

Parisdə də, San-Bernardinoda da vəhşi cinayətləri törədənlər mühacirlər yox, onların qəzəbli, cəmiyyətin səfil hesab etdiyi, ümidlərini və özlərini itirmiş övladlarıydı. Terrorçular və qatillər yaşadıqları ölkələrin vətəndaşları, yaxud da sakinləriydi.
Son illər "müsəlmanlar törədib" deyilən bir çox terror aktları haqda da bu sözləri təkrarlaya bilərəm.
Xatırlayın: 2005-ci ildə Londonun ictimai nəqliyyatındakı partlayışlar, 2004-cü ildə Amsterdamda holland kinorejissor Teo van Qoqun qətlə yetirilməsi. Siyahını uzada bilərəm...



Bu qəzəblənmiş, çılğınlaşmış gənc müsləmanlar kimlərdir və onlar faktiki olaraq vətənləri sayıla biləcək ölkələrə niyə nifət edirlər? Nə üçün yaşadığı ölkədən Avropaya, yaxud Amerikaya mühacirət edən, məqsədləri yalnız yaşamaq, yaşatmaq, pul qazanmaq və ailəsini dolandırmaq olan, problemlər yaratmayan və sakit davranan insanların balaları onlara min kilometrlərlə uzaqdan güclü təsir edərək köləyə çevirmiş intihar ideologiyasının qurbanına çevrildilər?
Bunu biz də düşünməliyik, çünki həmin ideologiya, şüur zəhəri yalnız Avropada, Amerikada deyil, burada, yanımızda, yaşadığımız küçədə, gördüyümüz insanların arasında, Bakıda, Gəncədə, Lənkəranda, Sumqayıtdadır.
Onları düşünək ki, gənclərimiz tələyə düşməsinlər, dərrakəni yandıran alovun külündən doğan dəhşəti bizə yaşatmasındar.

Etiraf zamanıdır

Çünki avropalılar və amerikalılar yaxalarını istədikləri qədər kənara çəkə bilərlər, insan haqları və demokratiyadan danışa bilərlər - amma gerçəklik budur ki, Avropa və ABŞ-da siyasi mühit indiyədək misli görünməmiş dərəcədə pisləşib. ABŞ-da prezidentliyə namizəd milyarder, islama və müsəlmanlara nifrət etdiyini gizlətməyən Donald Tramp əvvəlcə internetin yasaqlanmasını istədi, sonra da öz başından yuxarı atılaraq: "Müsəlmanların ABŞ-a girişi ümumiyyətlə yasaqlanmalıdır", - dedi.
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə digər namizəd Ben Karson müsəlmanları açıq-aşkar təhqir edir, bunu vətənpərvərlik kimi qələmə verir.

İyul ayında Məhəmməd Yusuf Əbdüləzizin Çittanuq şəhərində 5 nəfəri güllələməsindən sonra San-Bernardinoda iki müsəlmanın 14 nəfəri öldürməsi islamofobların oduna yağ töküb. İndi Birləşmiş Ştatlardakı sağçı media az qala bütün müsəlmanları potensial terrorçu elan edir.
Halbuki Federal Təhqiqatlar Bürosunun hesabatına görə, ABŞ-dakı terror aktlarının tam əksəriyyətini radikal sağçı, irqçi ağdərili kişilər törədirlər.
Amma ABŞ-da media və siyasətçilər buna fikir vermirlər ki...



Parisdə yanvar və noyabr aylarındakı teraktlar da islamofobiyanı gücləndirdi, sağçılarla irqçilərin nüfuzu ilə həyasızlığını artırdı, Milli Cəbhə Partiyasının regional seçkilərdə uğurunu təmin etdi.
Avropalılar indi müsəlman mühacirlərə və onların övladlarına 7-ci sort adamlar kimi baxırlar.

Problem zahiri yox, daxilidir. Qərbdə müsəlmanların cəmiyyətə inteqrasiysı modeli içdən çürüdüyündən İŞİD kimi terror qruplaşmaları, müsəlmanları sünni və şiə təriqətlərinə bölərək sünniləri şiələrə, şiələri də sünnilərə düşmən etməyə çalışanlar bundan yararlanırlar.
İndi əsas məsələ "Birgə yaşamaq üçün nə etməliyik?" sualına cavab aramaqdır.
Avropa və Amerikadakı müsəlman icmaları çətin problemlərini həll etməyə başlamalıdır. Məsələn, yerli cəmiyyətə inteqrasiya və mədəni özünəməxsusluq arasında balans tapmaq kimi.
Radikal, qəddar, cəllad islamçılıq islam dininin tarixi boyu göstərdiyi çeviklik və müxtəlifliyə ziddir.
Yəni Qərbdəki müsəlmanlar olduqları cəmiyyətdə birgə yaşamın optimal yollarını tapmasalar, Amerika və Avropada sakit, dinc yaşamaq istəyən müsəlmanların əksəriyyəti fasiləsiz güclənən islamofobiya qarşısında duruş gətirə bilməyəcəklər, radikal islamçı azlığın münaqişəsində tərəf tutmalı olacaqlar.
Azlığın gücünə laqeyd baxmayın, küçələrə çıxıb "Allahu-əkbər!" qışqıranları zəif saymayınn. Rusiyadakı bolşeviklər, Şimali İrlandiyadakı millətçilər də bir zamanlar "zəif, gücsüz azlıq" sayılırdı.



Təbii ki, bəhs etdiyim münaqişənin ən qorxulu forması sivilizasiyalar toqquşması ola bilər ki, ağlı başında olan siyasətçilər kütləni bu bəlaya yol verməməyə çağırır, İŞİD və "Əl Qaida" kimi terror təşkilatları isə əksinə, məhşər ssenarisini tezləşdirməyə can atırlar.
Rəqəmsal texnologiyalar sürətilə işləyən İŞİD terroru indi şəbəkələşmiş, qlobal Qərblə toqquşub. 19-cu əsrin sonları-20-ci əsrin əvvəllərində qərbdə Madriddən tutmuş, şərqdə Moskvayadək bütün Avropa paytaxtlarını lərzəyə salan anarxistlər belə, bütün cəmiyyətləri qorxuda saxlamağa imkan verən güc və hakimiyyəti xəyallarına da gətirə bilməzdilər.
"Kafirlərlə son döyüş"ü tezləşdirmək istəyən İŞİD indi məhz belə xof yaradıb.

Paris terrorunun səbəbləri

Parisdəki terrorun səbəbləri çox bəsitdir. Fransada milyonlarla müsəlman yaşayır, onlar ölkə vətəndaşlarıdır. Amma bununla belə, həmin adamlar bir zamanlar Fransa imperiyasının müstəmləkələri olan, sonra müstəqillik qazanmış dövlətləri tərk edərək metropoliyaya yollanmış şəxslərin övladları, nəvələri, nəticələridir. Onlar Fransa vətəndaşlarıdır, amma həmin ölkəni vətən, özlərini də fransız saymırlar.
Çünki o müsəlman fransızların mədəni və iqtisadi inteqrasiyası başa çatmayıb, üstəlik Fransa onları paralel cəmiyyətdə yerləşdirib.
Fransadakı müsəlmanların tam əksəriyyəti yoxsuldur, kasıb məhəllərdə yaşayırlar, işsizdirlər. "Əsl fransızlar" da onları qəbul etmir, tanımaq istəmir - hətta müsəlman üçüncü nəsildə Fransa vətəndaşı olsa da.
Doğulduğun ölkədə özünü yad hiss etmək çox pis hissdir.



Üstəlik, Fransada prezident Fransua Ollanddan tutmuş, siyasətçilər və media müsəlmanlarla bağlı çox yanlış mövqe tutublar. Şəhərlərin yoxsul ucqarlarında yaşayan müsəlmanlar az qala ucdantutma potensial terrorçular sayılırlar və bu, "əsl fransız"larla müsəlman fransalılar arasındakı siyasi-mədəni uçurumu genişləndirir, gənc müsəlmanları radikallaşdırır.
Avropanın özünü məhv etməsi göz qarşısındadır.
Çünki "Əl Qaida" terrorçuları 10-15 il əvvəl Qərbdəki müsəlmanlarla yerli cəmiyyət arasında belə qarşıdurmanın yarana biləcəyini ən xam xəyallarına da gətirə bilməzdilər.

Qərbdəki gənc müsəlmanlar yerli cəmiyyətə uyğunlaşmağa, yeni vətənin bir hissəsinə dönməyə çalışan valideynlərindən fərqli olaraq xüsusi identiklik axtarışındadırlar.
Onların ataları yad ölkədəki yadlardı, əksəriyyəti gəldikləri ölkənin dilini bilmirdilər, yad mədəniyyəti, adəti və ənənələri öyrənmək məcburiyyətində idilər. Onlar sakit, başıaşağı insanlardılar və əsasən siyasətdən kənar dururdular, ayrı-seçkiliyə və təqiblərə dözürdülər, yaşamaq üçün işləyir və işləmək üçün yaşayırdılar. Amma bu adamların övladları yalnız doğulduqları aləmi tanıyırlar və cəmiyyətdə, mədəniyyətdə bitmək bilməyən çətinliklərlə qarşılaşanda, doğulduqları ölkənin tamhüquqlu vətəndaşı olmaq istəkləri sərt anlaşılmazlıqla qarşılaşanda ya üsyan edir, ya da cəmiyyətin kənarına yuvarlanır, paralel həyat yaşamağa başlayırlar.

Belə gənclərin bir qismi valideynlərinin doğulduğu, sonra tərk etdiyi aləmdən pənah, cavab gözləyirdi.
Avropa da Yaxın Şərqə və Şimali Afrikaya coğrafi baxımdan yaxın olduğundan mühacirlərin övladları atalarının dünyaları ilə təmasları yeni mühacirlər vasitəsilə qururdular.
Bu, asandı - axı internet var.



İndi Qərbdə yüz minlərlə gənc müsəlman "azlıq" damğasınıı rədd edir, doğulduqları və yaşadıqları ölkələrə nifrət, kin bəsləyirlər. Nədən ki, onillər əvvəl iş adı ilə istismar edilmiş valideynləri hələ də cəmiyyətin kənarındadır.
Və həmin gənclər potensial radikallardır.

Müsəlman gənclərin problemi işsizlik, pulsuzluq yox - ideyasızlıq, ümidsizlik, dərk edilməmək dərdidir.
Avropa və ABŞ-dakı "əsl qərbliər"in əksəriyyəti hələ də anlamır ki, islam müsəlmanların çoxu üçün həddən ziyadə əhəmiyyətli məsələdir. Buna görə də Qərb islamı əsasən milli olan Avropa ölkələrinin birxassəli dəyərlər toplusuna uyğunlaşdıra bilmir.
Avropa Birliyi öklələrində müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunlar, miqrantlara qarşı sərt yasaqlar "əsl qərblilər"in rəğbətinə səbəb olsa da, müsəlmanların qəzəbini artırır.

Sonda

Bütün bunlarla yanaşı, biz, müsəlmanlar da yəhudilərlə xristianların anlamaq üçün əsrlər xərclədikləri həqiqətləri dərk etməyə başlamalıyıq.
Anlamalıyıq ki, müqəddəslərimizin yaşamı, islamın bütün tarixi təcrübəsini rasional təftişə və təhlilə uğratmaq olar. Əfsuslar olsun ki, həddən ziyadə müsəlman ümumiyyətlə müsəlmanlığa, islama cüzi dəxli olan hər şeyin müdafiəsinə az qala təhtəlşüur səviyyəsində qalxır.
Əfsuslar olsun ki, həddən ziyadə müsəlman möhtəşəm və elm ocaqları ilə zəngin şəhərlərdə yaşamış tarixi əcdadlarımızın belə yasaqları qəbul etmədiklərini bilmirlər belə.

İş o yerdədir ki, müsəlman ölkəsində yaşayan hansısa müsəlman alim müqəddəslərimizin dəqiq və obyektiv həyat yolunun dərcinə cəsarət etmir.
Müsəlmanların çoxu hələ də anlamır ki, islamın və Hz.Məhəmmədin (s.ə.s) bəraətə, bəsit müdafiəyə ehtiyacı yoxdur.



İslamın Şərqdə yayılması və inkişafı Əndəlüsdə, Asiyanın cənubunda və ya Afrikada olduğu təki deyildi. Hər bölgədə, hər ölkədə islam yerli adətlərə, ənənələrə, yerli müsəlmanların yaşam stili və ritminə uyğunlaşırdı. Mərakeşdən tutmuş, Çinədək məscidlərin memarlıq stillərindəki fərqlərə baxın və onda anlayarsınız ki, bütün dünyadakı müsəlman icmalarının yerli, regional xüsusiyyətləri əxz etmək bacarıqları yuksəkdir.
Avropa və Amerikada olduğu kimi, Azərbaycanda da orta əsrlərin yaşam qaydalarına, feodal düzənə qayıtmaq istəyən, "əsl islam"ı arzulayanlar əslində özlərini vətəndaş yox, müvəqqəti sakin sayırlar.

Onlar öz evlərini axtarırlar, halbuki yaşadıqları ölkə elə onların evidir.
Müsəlmanlar daim inkişaf etməli, müqəddəslərin həyatlarını və islamın prinsiplərini anlamağa çalışmalıdır.
Onlar islamın mənəvi ideallarını yaşadıqları ölkənin dəyərlərinə sintez etməyi bacarmalıdırlar.
Əks təqdirdə evdə oturub ev axtaranların özləri ilə müharibəsi bitən deyil.

Elçin Alıoğlu
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor