Ayətullah Xamenei Avropa gənclərinə məktub yazdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-11-2015, 15:45 | Şərh sayı: (0) | Baxılıb: 377
Ayətullah Xamenei Avropa gənclərinə məktub yazdı
İranın ali lideri ayətullah Xameneinin Avropa gənclərinə noyabrın 29-da ünvanladığı məktubu islamofobiyanın genişlənməsinin qarşısını almaq məqsədi daşıyır. Bunu Trend-ə İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvi İsmail Kövsəri deyib.
İ.Kövsəri deyib ki, Fransada baş verən terror hadisəsindən sonra Qərb ölkələrində çalışdılar ki, bu terrorun islam düşüncəsinin məhsulu olduğunu gənclərin beyinlərinə yeritsinlər və islamofobiyanı daha da genişləndirsinlər: "Ayətullah Xameneinin Amerika və xüsusi ilə Avropa gənclərinə ünvanladığı bu məktubunda Fransa və Avropa rəsmilərinin yalan danışdıqları və islamın sülhsevər bir din olduğu qeyd olunur".
İ.Kövsərinin sözlərinə görə, ayətullah Xamenei məktubunda islam dünyası və müsəlmanların özünün terrordan əziyət çəkdiyini və islamın heç zaman terroru dəstəkləmədiyini bildirib: "İslam heç bir zaman terroru dəstəkləməyib. Avropalı gənclər araşdırma aparmaqla həqiqətin nə olduğunun şahidi olacaqlar".
Qeyd edək ki, noyabrın 29-da ayətullah Xamenei Fransada baş vermiş terror hadisələrinin ardınca Qərb gənclərinə məktub ünvanlayıb. Məktubunda ayətullah Xamenei Avropa gənclərinə bildirib ki, bu gün terrorizm bizim və sizin ortaq dərdimizdir. Ayətullah Xamenei İŞİD terror qruplaşmasının müstəmləkəçilik və ekstremizmin cütləşməsindən yarandığını bildirib və avropalı gəncləri həqiqətləri öyrənmək üçün araşdırmalar aparmağa çağırıb.
Bundan öncə, ayətullah Xamenei cari ilin yanvar ayında Avropa və Şimali Amerika gənclərinə çağırış etmişdi.
Xatırladaq ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə bir neçə terror hadisəsi baş verib. Paris prokurorluğunun məlumatlarına əsasən, baş vermiş terror aktları nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər