RSS
 

Login:
Şifrə:
» » "Avropa 50 ildən sonra müsəlman olacaq"

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Avropa 50 ildən sonra müsəlman olacaq"

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-11-2015, 01:23 | Şərh sayı: (0) | Baxılıb: 391

"Avropa 50 ildən sonra müsəlman olacaq"


"Avropa 50 ildən sonra müsəlman olacaq"


Dünyanın müsəlman əhalisinin sayı 1973-cü ildə 500 milyon idisə, hazırda bu rəqəm 1,5 milyarda çatır. Qərbli tədqiqatçılar miqrasiya proseslərinin təsiri altında çoxlu sayda avropalının İslamı qəbul etməsi nəticəsində, 50 ildən sonra bu bölgənin İslam dini üçün başlıca mərkəz olacağını proqnozlaşdırırlar. "Aktual" jurnalının müsahibə aldığı fransalı tədqiqatçı Oliver Royun fikrincə isə, "avropalaşmaq" İslamı liberallaşdıracaqdırпїЅ

Fransadakı "Dünyəvilik əldən gedir" kimi çıxışlara səbəb olmuş hicabla bağlı böhran; Aralıq dənizi sahilində yerləşmiş Avropa ölkələrinə Şimali Afrikadan güclü mühacir axını; Almaniya və İngiltərədəki müsəlman icmaları - bütün bunlar avropalıların İslam barəsində "pis-yaxşı", müəyyən qədər tanışlıq əldə etmələri üçün vasitəyə çevrildi. Bəziləri uzun illər uzaqdan-uzağa müşahidə etdikləri "müsəlmanlar"ı birdən-birə yanlarında gördükde özlərini əməlli-başlı itirdilər: "soyuq müharibə" zamanı torpaqlatında bir kabus kimi dolaşan "kommunizm bəlası"ndan yenicə xilas olduqları bir vaxtda, bu yeni "kabus" görəsən haradan peyda olmuşdu? Üstəlik, bu "kabus", yaşadıqları şəhərin düz mərkəzində namaz qılır, küçələrdə imperializm əleyhinə şüarlar çağırır, bayraqlar yellədir, hətta bir qədər də irəli gedərək silah gəzdirir, bomba partladırdı.

Avropalı bu "kabus"u əvvəlcə "dişinə vurdu". Sonra həmişəki ənənəsinə yğun olaraq onu başa düşməyə və öyənməyə çalışdı; mütəxəssisləri səfərbər etdi. Bu axını bəziləri "Yaradannın qəzəbi", digərləri "Mədəniyyətlərin toqquşması" adlandırdı. Bir başqası isə, mütləq orta bir yol axtarmağın, humanistləşən dünyada birlikdə, yanaşı yaşayış şərtləri yaratmağın zəruriliyini müdəfiə etməyə başladı.

Bunula belə, avropalının: "Axı onlar kimdir? Burada nə axtarırlar?"- kimi sualları qurtarmadı. Hazırda həmin sualların yenidən və daha uca səslə verildiyinin şahidi oluruq. Çünki demoqrafik hesablamar Avropada müsəlman əhalinin sürətlə artdiğini, dünya miqyasında isə ilk dəfə olaraq müsəlmnların sayca xristianlardan çox olduğunu göstərir. Farnsanın "Le-Fiqaro Maqazin" jurnalı özünün yanvar sayında bu mövzuya toxunduqdan sonra, indi də "Marian" jurnalı 100-cü sayında "İslamın yüksəlişi"ni təhlil etdi. Jurnaldakı həmin yazı "öz ölkəsini xristianlığın qalası hesab edən Fil Dişi Sahili Respublikasının sabiq prezidentinin bir gün ayılıb burada İslamın birinci din olduğunu görməsindən xəcalət çəkdiyini" bildirməklə başlayır.

MÜSƏLMANLARIN SAYI SON 25 İLDƏ 3 DƏFƏ ARTDI...

Fil Dişi Sahili Respublikası prezidentinin inşa etdirdiyi nəhəng kafedral kilsənin görkəmi də İslamın sürətli artımının qarşısını ala bilmədi. Paytaxt şəhəri Abicanda tikilən məscidin inşası hələ başa çatmamış, ora namaz qılmağa gələn müsəlmanların sayı kilsəyə ibadətə gələnlərin sayını ötüb keçdi. Həm də Fil Dişi Sahili Respublikası bu sahədə istisna təşkil etmir. Hətta Seneqal, Mali, Niger kimi ənənəvi olaraq qədim müsəlman məmləkətləri hesab edilən ölkələr nəzərə alınmazsa belə, Qərbi Afrikanın bütün başqa ölkələrində Quranın nüfuzu gün-gündən artır. Hətta 65 milyon nəfər əhalisi olan Nigeriyada şəriət üsul-idarəsinə keçməyin yolları araşdırılır. Afrikada radikal İslamın qalası hesab olunan Sudan barəsində isə danışmaq yersizdir.

Qərbi Afrika müsəlmanların sayı nöqteyi-nəzərindən demək olar ki, artıq "hazırdır". İndi növbədə başqa ölkələr durur. Yerli ənənəvi (təbii) dinlərə inananlar gündən-günə azalaraq yox olur; xristianlar isə baş verənləri analaya bilməyərək çaşqınlıq içində qalmışlar. Öz növbəsində, Səudiyyə ərəbistanı neft satışından əldə etdiyi dollarlar və ezam etdiyi din mübəlliğləri vasitəsilə Aşağı Səhra bölgəsini tədricən bütünlüklə öz nəzarəti altına almaqdadır. Xristian dünyasının fikrincə, Afrika qitəsindəki artım zəncirvari prosesin yalnız bir halqasını təşkil edir.

İslam Yer kürəsinin dörd tərəfində ağlasığmaz bir sürətlə yayılmaqdadır. Afrikadan ayrlıb nəzələri qitələrə yönəltsək də, ciddi fərqə səbəb olacaq heç bir şey görmərik.

Son 25 ildə müsəlmanların sayı düz 3 dəfə artaraq, tarixdə ilk dəfə xristianları sayca geridə qoydu. 1973-cü ildə müsəlmanların sayı 500 milyon idisə, bu gün bu rəqəm 1,5 milyarda yaxınlaşmaqdadır. Başqa sözlə, Yer kürəsinin hər dörd nəfər sakinindən biri müsəlmandır. Bu elə başgicəlləndirici bir inkşafdır ki, təkcə onun sürəti tərəddüddlü şəxsləri öz təsiri altına alaraq, onların İslamı qəbul etməsinə səbəb olur.



İSLAM ÜMUMDÜNYA İDEOLOGİYASINA ÇEVRİLİR

Müsəlmanların sayının durmadan artmasına baxmayaraq, hələ əsil mənada yekdil, bütöv bir ümmətdən danışmaq mümkün deyildir. Bir tərəfdə radikal İslamın hakim olduğu əfqanıstan, əlcəzair kimi ölkələr, digər tərəfdə Afrikanın yoxsul ölkələri ilə neft milyarderi olan monarxiyalar arasındakı dərin iqtisadi uçurum, öz daxilində güclü bir geosiyasi potensial gizlətmiş İran, İraq, ərəbistan kimi ölkələr, feodal tayfalar krossvorduna çevrilmiş Pakistan, milliyyətçi ittihamların ağır təzyiqi altında qalan Fələstin, Bosniya və nəhayət, bu günlərdə üstünə NATO bombaları yağdırılan KosovoпїЅ

Amma nəticə eynidir: öz daxilində ziddiyyətlər olsa da, birləşsə də, parçalansa da, yenə daxili imkanlarını səfərbər edərək vahid qüvvəyə çevrilən İslam, tarixin təkərini hərəkətə gətirərək bütün dünyanı bürüyən bir ideologiyaya çevrilməkdədir.

İslamın sürətlə yayıldığı ölkələrə, yaxud bölgələrə nəzər saldıqda çox aydın sezilən ictimai bənzərliklər müşahidə etmək olar.

Quranın çağırışına qulaq asmağın başlıca səbələri ya yoxsulluq, ya da təklikdirпїЅ Kimisi Afrikanın ucsuz-bucaqsız səhralarından durub Abicana gəlmiş, kimisi Anadolunun ucqar kəndindən köçüb daşı-torpağı qızıl İstanbulda məskunlaşmış, yurdundan, valideynlərindən ayrılmşdır. Hətta bəziləri - Almaniyadakı misirlilər, əlcəzairlilər kimi - öz ölkəsini, yaşadığı qitəni tərk etmişlər. Qısaca desək, "modernləşmiş" ("müasir") bir insan olmuşlar, ənənələri, dilləri, tarixi-coğrafi bağlılıqları dağıdan modernizmin bərabər üzvünə çevrilmişlər. Belə bir şəraitdə İslam bütün bu insanları əhatə edərək onlara mənəvi dayaq, əmin-amanlıq, sığınacaq vəd edən, hətta bir gün intiqam alacaqlarına zəmanət verən bir inanc sistemi kimi səhnədə görünməkdədir. Bu mənada, ömrünün 20 ilini Afrikadakı köçəri qəbilələr arasında keçirmiş coğrafiyaşünas Paul Pelisserin proqnozları diqqətə layiqdir: "Bu müdhiş müracçət xaosunda İslam öox mühüm rol oynayır. Müsəlmansınızsa, demək tənha deyilsiniz, getməyə yeriniz var. Hər hansı bir müridin aclıqdan ölməsi mümkün deyildir. Çünki cəmiyyət onu qoruyur, qayğısına qalır. İslam dininin Afrikadakı böyük müvəffəqiyyətinin sirri, köçəri tayfaların nəhəng bir ümmətə mənsub olması ıdeyasını onlara aşılamasındadır".

Bu artımı şərtləndirən başqa bir amil doğum faizidir. Sosioloq Jan Pol Çarneyin apardığı demokrafik tədqiqatlar bunu düşünməyə əsas verir ki, təkcə ərəb ölkələrində müsəlman əhalinin sayı 2025-ci ilə kimi 2 dəfə artacaqdır.

Anti-imperialist çıxışlardan Qərb əleyhinə çıxışlara keçid, İslamın müvəffəqiyyət qazandığı ölkələrdə diqqəti cəlb edən bir xüsusiyyət kimi bir-birinə zidd iki qütbü eyni mərkəz ətrafında birləşdirə bilər. Bir tərəfdən ümmət anlayışı çərçivəsində hər cür millətçiliyi inkar edən ideyaların ardınca gedilir, digər tərəfdən isə bəzi ölkələrdə Quran əldə rəhbər tutularaq tamam əks tərzdə ayrı-seçkiliklərə yol açılır. Başqa sahələrdə də ziddiyyətlər özünü büruzə verməkdədir: Həm dünyanın dörd tərəfindəki bütün möminlər bir-birinin qardaşı elan edilir, həm də qonşuluqdakı bəzi mədəni dəyərlər, tarixi hadisələr qadağan olunaraq lənətlənir. Lakin siyasi planda İslamın ən əhəmiyyətli zəfəri-keçmişdəki anti-imperialist çıxışları bir növ anti-Qərb ruhlu çıxışlara çevrməsidir.

Bu siyasət həm Afrikadakı zənci müsəlman uşaqları arasında eyni dərəcədə uğurla yayılmaqdadır. Bununla da, həmin insanların daxilindəki etiraz duyğularını bir növ sadə qiyamçılığa çevirmək mkanı əldə edilmiş olurпїЅ

AVROPA İSLAMIN QƏRARGAHINA ÇEVRİLƏCƏK

İtaliyanın Paduya Universitetində işləyən Stefano Alyevi 15 nəfərlik müsəlman mühacir axınına, dinini dəyişmiş yüz minlərlə avropalının mövcudluğuna diqqəti cəlb edərək "Müsəlmanların əlində Avropanın mühüm geosiyasi karta çevriləcəyi" proqnozunu verir. "İslamı qəbul edənlər: "Avropada İslam" adlı kitabını yenicə bitirmiş tədqiqatçı, Avropanın müsəlmanlar tərəfindən uzun müddət boyunca bir əyalət hesab edildiyini, lakin daxili inkişaflar üzndən həmin bölgənin mühüm İslam mərkəzlərindən birinə çevrildiyini vurğulayır. Onun fikrincə, avropalılar bu inkişafdan hələ lazımınca xəbərdar deyillər.

Avropadakı İslam mərkəzlərindən birinin başçısı tərəfindən yarızarafat-yarıgerçək tərzdə deyilmiş aşğıdakı sözlər Avropa xristianlarını dəhşətə salır: "50 il ərzində Avropa ya islamlaşacaq, ya da çox geniş miqyasda İslamın təsiri altına düşəcək. Həm də bu artım III dünya ölkələrindən gələn mühacirlərin sayəsində deyil, kommunizmin iflası və kapitalizmin daxili tənəzzülü müqabilində İslamın alternativ bir dünyagörüşü kimi qəbul edilməsi yoluyla həyata kecəcəkdir".



İSLAM TƏDQİQATÇISI OLİVER ROY
"AKTUAL"IN SUALLARINA CAVAB VERİR:
"AVROPA İSLAMI YARANACAQ"

Artıq İsalm dünyada ən çox ardıcılı olan dinə çevrilmişdir. Bu inkişafı nə ilə izah edirsiniz?

Bu cür dini inkişafı təmin edən iki amil mövcuddur: əhali artımı və yeni dinə keçmə. İslam dünyasında çox sürətli əhali artımı başlayacağı ehtimalı doğrudur, lakin bu artım tədricən öz-özünə səngiyəcək. Öz dinini dəyişmə məsələsinə gəldikdə, bu sahədə ən əhəmiyyətli inkişaf təkcə Afrika qitəsində baş verdi. İslamın sürətli inkişafına Qərb mətbuatının "İslam təhlükəsi yaxınlaşmaqdadır" kimi ənənəvi tezislərindən uzaq halda baxmaq lazımdır. Çünki bu say artımı müsəlman kütlələrin özəyində gedən inkişafla əlaqəli deyildir.

Bu prosesin mahiyyətcə inkişafdan daha çox, bir say artımı olduğunu söyləmək istəyirsiniz?

Bəli, tam yəqinliklə. Eyni zamanda, İslamın daha çox müsəlman ölkələrində nəzərə çarpacaq hal aldığını da bura əlavə etmək lazımdır.

Müsəlmanların sayca çoxalması, radikal İslamın təsirinin getdikcə gücləndiyi dövrlə üst-üstə düşürпїЅ

İslamın bu vəziyyətə düşməsinin əsas səbəbi, şübhəsiz ki, radikal İslamdır. Lakin məncə, radikal İslamın təsirinin getdikcə zəiflədiyi mərhələyə yaxınlaşırıq - ən azı yayılmasının qəti surətdə qarşısı alınacaq bir mərhələyə.

Bu cür passivləşmənin səbəbi nədir?

əsas səbəblərdən biri, siyasi İslamın öz layihələrini həyata keçirməkdə müvəffəqiyyətsizliyə uğramasıdır. Buna İran İslam İnqilabını misal göstərə bilərik. Bir başqa səbəb isə Böyük İslam hərəkatlarının ("Rifah Partiyası" timsalında göründüyü kimi) öz strategiyasını dəyişərək, parlamentar və leqal platformalarda fəaliyyət göstərməsidir. Bu inkişaf islami hərəkatların müstəqilliyini, qiyamçılığını "rəndələyərək" onları "normal"lar cərgəsinə çıxarır.

Radikal İslamın zəifləməsinin bir səbəbi də İslam daxilindəki mövcud ziddiyyətlər ola bilərmi?

Aydındır ki, bu gün böyük müsəlman ölkələrindəki İslam hərəkatları əsasən milliyyətçi hərəkatlardır, məsələn, Kosovo və Bosniyada olduğu kimi. Hamı Bosniyada radikal İslamın güclənəcəyindən qorxurdu; ortaya Bosniya millətçiliyi çıxdı. Həmin şeyi Fələstin barəsində də söyləmək olar. Təbii ki, Türkiyə və İran da bu ölkələr cərgəsinə aid edilə bilər. Bir daha təkrar etmək istəyirəm: İslam ölkələrində mövcud olan bu hərəkatlar nə dini, nə də siyasi mənada İslam hərəkatı deyildir; bunlar milliyyətçi hərəkatlardır.

Avropadakı müsəlman əhalisi ilə onu əhatə etmiş cəmiyyətin qarşılıqlı təsir göstərmə prosesində bir növ Avropa İslamının yaranacağı ehtimalı haqqında nə fikirləşirsiniz?

əlbəttə, belə bir hadisə baş verəcək. Bu istiqamətdə meyllər mövcuddur. Avropada yaşayan müsəlmanlar bir növ liberal Avropa İslamına doğru irəliləyirlər. Bu, daxili istəkdir. əlbəttə, burada söhbət müsəlmanlardan gedir. Digər tərəfdən, hər hansı kiçik qrupun bir növ neo-fundamentalizm yaradacığını, İslam qaydalarına ciddi icra edən, özünü yalnız İslam atributları ilə tanıdan bir hərəkatın əmələ gələcəyini də istisna etmirəm. Çünki Avropa müsəlmanlarının, Avropa ölkələri vətəndaşlığını yenicə qəbul etdikləri zaman, müsəlman ölkələrində olduğu kimi milliyyətçi hərəkat yaradacaqlarını düşünmək gülünc olardı. Yəni "Rifah" kimi milliyyətçi, yəni sanballı bir partiyaya bənzər partiyanın Avropada ictimaiyyətin fəal ünsürü kimi çıxış edə biləcəyi mümkün deyil.

Haqqında danışdığımız Avropa tipli Liberal İslam özündən bir islahatçı hərəkat da doğura bilərmi?

Bəlkə də. Çünki həmin sahəyə diqqət yetirən, tədqiq edənlərin sayı gündən-günə artmaqdadır. Məsələn, Strasburq Protestant fakultəsində ilahiyyat şöbəsi yaradılır; başqa bir layihəyə görə Parisdə Şərq Dilləri İnstıtutu bazasında bir İslamşünaslıq şöbəsi yaradılması nəzərdə tutulur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor