RSS
 

Login:
Şifrə:
» » Serj Sərkisyan Ara Abramyana qarşı mübarizəni şiddətləndirdi

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Serj Sərkisyan Ara Abramyana qarşı mübarizəni şiddətləndirdi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-11-2015, 11:15 | Şərh sayı: (0) | Baxılıb: 230

Serj Sərkisyan Ara Abramyana qarşı mübarizəni şiddətləndirdi


Serj Sərkisyan Ara Abramyana qarşı mübarizəni şiddətləndirdi


Ermənistanın daxili siyasi həyatına Rusiyanın orijinal təsiri bir daha sübut edir ki, Rusiya Ermənistanı özünün həqiqi müttəfiqi və ya tərəfdaşı hesab etmir. Bu anlayışlar ritorikanın məhsuludur. Rusiya Ermənistanın, onun indiki rəhbərliyinin apardığı siyasətin antirusiya mahiyyətli olduğunu bilir, bunun qarşısını almaq üçün tədbirlər görür. Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan 2017-ci ildə Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqladı.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, bunun üçün o, 100-ə yaxın hüquqşünas və digər ixtisaslı mütəxəssisləri cəlb etməklə Ermənistanda partiya yaratmağın təfərrüatını öyrənir: "Ara Abramyan açıq şəkildə başa saldı ki, o bu işi Vladimir Putinin göstərişi ilə edir: "Putin həmişə haqdır". Söz yox, Ermənistan prezidenti S.Sərkisyan bu variantın qarşısında təslim olmaq niyyətində deyil. A.Abramyan bu fikirləri Rusiya Erməniləri İttifaqının qurultayında səsləndirdi. Həmin qurultay Kremlin dövlət sarayında keçirildi. Qurultaya V.Putinlə yanaşı, S.Sərkisyan da təbrik məktubu göndərmişdi. S.Sərkisyan təbrik məktubunun lap önündə A.Abramyanın uzun müddət Moskvada yaşamasını bildirmişdi. Başqa sözlə, Ermənistan konstitusiyasının tələbinə görə, uzun müddət Ermənistandan kənarda yaşadığına görə A.Abramyan seçkilərdə iştirak edə bilməz. A.Abramyan da S.Sərkisyanı cavabsız qoymadı. O, ildə 18 dəfə özünün doğma Malişka kəndinə gəldiyini bildirdi, Ermənistan vətəndaşı olduğunu yada saldı".

Politoloq qeyd edib ki, S.Sərkisyan ağır artilleriya hesab olunan, vaxtilə Kremldə birbaşa prezidentə tabe olan MDB idarəsinin rəisi işləmiş M.Kolerovu dövrəyə buraxdı: "M.Kolerov bildirdi ki, A.Abramyan Putinə istinadını sübut edə bilməz. Bununla da incə diplomatik hiyləyə əl atdı: RF prezidenti heç vaxt publik şəkildə A.Abramyana "Ermənistanda seçkiyə qatıl" əmrini verdiyini etiraf edə bilməz. Nəticədə, A.Abramyana qoşulmaq istəyən rusiyapərəst oliqarxlar və siyasətçilər tərəddüd içində qaldılar. Əks təqdirdə, həmin adamlar bir anın içərisində S.Sərkisyanın ətrafını tərk edib A.Abramyana qoşula bilərdi. Yada salaq ki, M.Kolerovun Rusiya vətəndaşı, İA rəhbəri və vaxtilə çox yüksək vəzifədə olmasına baxmayaraq, o, Ermənistanın, xüsusilə Serj Sərkisyanın marağını RF-nin dövlət və milli marağından üstün tutur. Ermənistanda rus dilinə qarşı təhqirli kampaniya aparılanda da M.Kolerov bu kampaniyanı aparanlara haqq qazandırdı, günahı Rusiya məmurlarının üstünə qoydu. A.Abramyanla əlaqəli proses yenicə başlayıb: onun qızının ABŞ-da porno aktrisa olduğu barədə məlumatlar dövriyyəyə buraxıldı".

M.Əhmədoğlu hesab edir ki, Rusiya Ermənistanın daxili həyatına təcavüz etməkdə günahlandırılır: "Rusiyanın Ermənistandakı ermənilərə inanmadığı şəksizdir. Baxmayaraq ki, ermənilərin təxminən 60%-i Ermənistanı Rusiyanın tərkibində görürlər. Nəzərə alınmalıdır ki, bu rəqəm də getdikcə azalır. 2013-cü ildə bu rəqəm 81.2% idi. Eləcə də Kreml Rusiyada yaşayan ermənilərə də inanmır. O hazırda Ermənistanı iki oliqarx vasitəsilə idarə etmək kursunu götürüb. Ermənistanın siyasi həyatını A.Abramyan, iqtisadi həyatını isə Moskvada yaşayan bir nömrəli erməni milyarderi, "Taşir" qrupunun başçısı S.Karapetyan idarə edəcək. Ona görə Ermənistanın elektrik şəbəkəsi S.Karapetyana verildi. Razdan İES də veriləcək. Üçüncü oliqarxın da Ermənistanın daxili həyatına qoşulacağı ilə də bağlı fikirlər dolaşır. Vaxtilə, Rusiyada "Sberbank"ı, "Skolkovo" şirkətlərini, "Ameriabank"ı yaradan R.Vardanyanın da Ermənistanın idarəçiliyinə qoşulacağı deyilsə də, R.Vardanyan Kremldən narazıdır. Ermənistanda Qərbin maraqlarının, ingilis dilinin güclənməsinə investisiya qoyur. Onun Qarabağda reallaşdırdığı layihələr Rusiyanın maraqları ilə uzlaşmır. Ona görə biz, R.Vardanyanın Ermənistanın idarəçiliyinə qatılmasını istisna etmirik, amma bunu Kremlin deyil, Qərbin və ya S.Sərkisyanın planı hesab edə bilərik. A.Abramyan və S.Karapetyanın ətrafında Ermənistanın özündə xeyli yüksək çinli siyasətçilər, dövlət məmurları var. Hər ikisinin qardaşları Ermənistanın siyasi olimpindədir".

Mərkəz rəhbəri sonra qeyd edib ki, Ermənistan prezidenti S.Sərkisyan "Çiçəklənən Ermənistan" partiyasının keçmiş sədri Q.Çarukyanı yenidən siyasi həyata qaytarır: "Multimilyoner, deputat, baş nazirin qudası Q.Çarukyan Ermənistanın müxalifət həyatında aktivliyini artırmaqla, partiyaların maliyyə ehtiyacını ödəyə bilər. Bununla Ara Abramyanın "Rusiya puluna" Ermənistandakı partiyalar göz dikməyəcəklər. Q.Çarukyanı prezident S.Sərkisyan bu ilin fevralında təhqirli sözlərlə siyasətdən qovdu, partiyasını əlindən aldı. Müəssisələrinə yoxlama göndərdi. İndi S.Sərkisyan tez-tez Q.Çarukyanla tədbirlərdə olur. Ona orden verdi. Yeyib-içirlər. Təftişləri dayandırdı. Baş nazir O.Abramyan Roza Çarukyanla (Q.Çarukyanı anası, fermer) qucaqlaşıb-öpüşür".

Politoloq sonra əlavə edib ki, S.Sərkisyan Ara Abramyanın RF Dövlət dumasına deputat olması məsələsini gündəliyə gətirdi: "Guya A.Abramyan A.Çilinqarovu əvəzləyəcək. İkibaşlı ideyadır. Ermənistan Rusiyanı dəfələrlə aldadıb. Buna görə də S.Sərkisyanın indiki mübarizədə A.Abramyana qalib gəlməsi inandırıcı deyil".



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor