RSS
 

Login:
Şifrə:
» » "Qarabağ klanı"nın məzhəkəsi: "böyük səhv" və duet

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Qarabağ klanı"nın məzhəkəsi: "böyük səhv" və duet

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-10-2015, 18:09 | Şərh sayı: (0) | Baxılıb: 241

"Qarabağ klanı"nın məzhəkəsi: "böyük səhv" və duet


"Qarabağ klanı"nın məzhəkəsi: "böyük səhv" və duet


Ermənistanda siyasi hakimiyyəti əlində saxlayan Qarabağ klanı, o cümlədən prezident Serj Sarkisyan əhalinin narazılığına baxmayaraq, seçkilərdə rəqiblərinin sıxışdırılması, ölmüş və xarici ölkələrə köçmüş vətəndaşların səslərinin sayılması, müxalifətin təqib olunması kimi yollarla əhali arasında faktiki olaraq legitimliyini itirmiş hakimiyyətini qoruyub saxlamağa çalışır. Sarkisyanın həyata keçirməyə çalışdığı konstitusiya islahatları isə ölkənin idarəçiliyini öz əlində cəmləmək məqsədilə düşünülmüş bir plandır.

Bunu anlayan Ermənistan ictimaiyyətində konstitusiya islahatlarına qarşı ciddi etiraz mövcuddur. Referendumun tarixinin yaxınlaşdığı bir dövrdə Ermənistanda konstitusiya dəyişikliyinə qarşı növbəti etiraz dalğası yüksəlib. Paytaxtda keçirilən aksiyaların iştirakçıları monopolist siyasi sistemin formalaşdırılmasına xidmət edən dəyişikliklərə qarşı olduqlarını bildiriblər.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan avqust ayında parlamentə konstitusiyada islahatların keçirilməsi barədə layihə göndərib. Layihə bu günlərdə parlamentdə səs çoxluğu ilə dəstəklənib. Maraqlıdır ki, konstitusiya dəyişikliyinə qarşı çıxan müxalifət partiyalarının üzvlərinin bir qismi iclasa qatılmayıb, digərlərinin çoxu isə səsvermədə ya bitərəf qalıb, ya da lehinə səs verib. Güman ki, bu mövqe dəyişikliyi konstitusiya islahatlarının gerçəkləşdirilməsinin qaçılmaz olduğunu anlayan qüvvələrin iqtidarla münasibətlərini daha da pisləşdirmək istəməməsindən, yaxud gələcəkdə yeni hökumətdə təmsilçiliklə bağlı vədlər almalarından irəli gəlir. Layihənin parlamentdə dəstəklənməsi səbəbindən təxminən 3 aydan sonra konstitusiyaya dəyişikliklərin qəbulu ilə bağlı referendum keçiriləcək.

Konstitusiya dəyişikliyinin mahiyyəti

Yeni konstitusiya layihəsinə əsasən, hökuməti formalaşdırmaq üçün parlamentdə üstün səs çoxluğuna malik siyasi partiya olmalıdır. Əgər seçkilər nəticəsində heç bir siyasi qüvvə mütləq üstünlüyə nail olmazsa, o zaman parlament seçkilərinin ikinci turu keçirilir, bu dəfə səslərin ən çoxunu yığmış iki partiya və ya partiya bloku iştirak edir. Parlamenti formalaşdıran partiyalar ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürməyə və hökumətin gələcək proqramının əsas bəndlərini təqdim etmək hüququna malikdir. Prezident bir dəfə 7 illik müddətə seçilir. Hazırkı sistemdə isə prezident 5 illik müddətə iki dəfə seçilə bilər.

Qüvvədə olan sistemdən fərqli olaraq, yeni konstitusiya layihəsində prezident seçkiləri keçirilmir, dövlət başçısını parlamentin deputatları seçir. Prezidentliyə namizəd irəli sümək üçün ümumi deputat seçicilərinin minimum beşdəbir hissəsinin səsi lazımdır. Yeni layihədə prezidentə ancaq səfirlərin təyinatı, diplomatik statusların, silahlı qüvvələrdə çalışanlara hərbi rütbələrin verilməsi və baş nazirin təyinatı ilə bağlı səlahiyyət verilir. Amma konstitusiyanın indiki redaksiyasında prezident yuxarıda göstərilənlər və başqa təyinatlar üzrə müstəqil qərar qəbul edir. Yeni layihədə hərbi vəziyyətlər zamanı baş nazir ali baş komandan olur. İndiki halda silahlı qüvvələrin ali baş komandanı prezidentdir.

Hakimiyyətin horizontallaşdırılması məqsədinin güdüldüyü iddia olunan yeni sistemdə ölkə başçısı prezident hesab olunacaq, lakin onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış olacaq və baş nazirin nüfuzu və imkanları artacaq.

Sözügedən dəyişiklik ölkənin parlamentli respublikaya çevrilməsini, baş nazirin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Ermənistan ictimaiyyətində geniş yayılmış fikrə görə, Sarkisyan baş nazir kimi, yeni postunda ölkənin idarəçiliyini əlində saxlamaq, bununla da ailə üzvlərinin və özünə yaxın adamların biznesini qorumaq istəyir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu yaxınlardakı müsahibəsində bildirmişdi ki, konstitusiyada radikal islahata ehtiyac yoxdur. Onun sözlərinə görə, burada məsələ heç də yarımprezident və parlament idarə üsulları arasında seçim etməkdən ibarət deyil. Konstitusiya layihəsi, faktiki olaraq, ölkəni birpartiyalı sistemə, yəni siyasi monopoliyaya və durğunluğa sürükləmək təhlükəsi daşıyır. Koçaryan keçmiş SSRİ konstitusiyasını nümunə gətirərək deyib ki, həmin konstitusiya da gözəl sözlərlə dolu idi, lakin onun kommunist partiyasının rəhbər və yönləndirici rolu barədə bir maddəsi ilə kommunistlərin siyasi monopoliyası qanuniləşdirilmişdi. Təqdim olunan konstitusiya layihəsində də insan hüquqları və dövlətin sosial məqsədləri barədə müddəalar, sadəcə olaraq, parlament idarəçiliyinin mahiyyətinə zidd olan bir Milli Məclisin yaradılmasını ört-basdır etmək niyyəti daşıyır. Konstitusiya layihəsinin 89-cu maddəsi parlamentdə bir partiyanın dominantlığına rəvac verir. Ermənistan reallığında isə bu, ictimai nüfuzundan asılı olmayaraq, inzibati və maliyyə resurslarına malik olan partiyanın üstünlük qazanması deməkdir. Üstəlik, partiyadaxili demokratiyadan əsər-əlamətin olmadığı Ermənistanda dominant partiya amili həm də bir nəfərin hökmranlığı deməkdir. Keçmiş prezident yeni konstitusiya layihəsini "böyük səhv" adlandırıb və Ermənistanın gələcəyi üçün təhlükəli nəticələrinin olacağını bildirib (bax: Роберт Кочарян: Совершается большая ошибка / "Lragir.am", 6 oktyabr 2015).

Ermənistan siyasi ictimaiyyətində çaşqınlıq hökm sürür

Koçaryanın konstitusiya islahatlarını tənqid edən sonuncu müsahibəsindən qısa müddət sonra onun ofisinin rəhbəri Viktor Soqomonyan keçmiş prezidentin adını açıqlamadığı bir partiyaya rəhbərlik edərək, 2017-ci ildə yeni siyasi strukturda həmin partiyanın parlament seçkilərində qalib gəlməsindən sonra ölkə başçısı ola biləcəyini deyib. Ölkə başçısı dedikdə, prezident vəzifəsinin nəzərdə tutulması istisna edilmir. Ekspertlər, həmçinin bu mövqe dəyişikliyini Sarkisyanın vəzifə təklifini Koçaryanın qəbul etməsi ilə əlaqələndirirlər. Belə görünür ki, Koçaryan ölkəsinin gələcəyini təhlükə altını qoyan "böyük səhv"in icrasında iştirak etmək qərarına gəlib və islahatlardan sonra formalaşacaq yeni quruluşda Ermənistanı Koçaryan-Sarkisyan cütlüyünün "Qarabağ dueti" gözləyir (bax: Президентский треугольник и "два карабахца"/ "Lragir.am", 6 oktyabr 2015).

Qarabağ klanının nümayəndələrinin əsas vəzifələrə yiyələnməsinin Ermənistandan olan siyasi elitanın narazılığına səbəb olacağı və hakimiyyət uğrunda mübarizəni sərtləşdirəcəyi istisna deyil.

Bu arada, Serj Sarkisyanın son çıxışında səsləndirdiyi fikirlər ekspertləri və Ermənistan ictimaiyyətini yenidən düşünməyə vadar edib. ABŞ-dakı Karnegi mərkəzindəki çıxışı zamanı Sarkisyan bildirib ki, Ermənistanın gələcək liderinin kim olacağını indidən proqnozlaşdıra bilər, lakin ad çəksə, bu həmin adama əlavə çətinliklər yarada bilər, digər tərəfdən, həmin adamın özü proqnozu yanlış anlaya bilər.

Ermənistan prezidentinin bu sözləri ölkə ictimaiyyətində müəyyən çaşqınlıq yaradıb. Bu, ilk növbədə onunla əlaqədardır ki, konstitusiya islahatlarında hökumətdə "lider" vəzifəsinin yaradılması nəzərdə tutulmayıb. Ölkə başçısı isə məhdud səlahiyyətləri olan prezident hesab olunacaq. Bu səbəbdən, yerli ictimaiyyətin bir qismi "lider" dedikdə, Sarkisyanın yeni prezidenti nəzərdə tutduğunu düşünür. Başqalarına görə isə Sarkisyan bildirməyə çalışıb ki, islahatların baş tutmayacağı təqdirdə, o özünün "B" planını işə salacaq və onun "varisi" ölkənin lideri olacaq (bax: Сюрприз от Сержа Саркисяна / "Lragir.am", 7 oktyabr 2015).

İstənilən halda, Sarkisyanın addımları və çıxışları Ermənistan ictimaiyyətində ölkənin siyasi gələcəyi ilə bağlı narahatlığı və çaşqınlığı artırır. Yaranmış qarışıqlığın kökündə dayanan amil Ermənistanda siyasi proseslərin və transformasiyanın demokratik prinsiplərə, qayda-qanunlara deyil, Sarkisyanın məhdud maraqlara xidmət edən ssenarisinə uyğun getməsindən irəli gəlir.

Newtimes.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor