RSS
 

Login:
Şifrə:
» » İslam yeniliyə qarşıdırmı?

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

İslam yeniliyə qarşıdırmı?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 3-12-2015, 02:24 | Şərh sayı: (0) | Baxılıb: 883

İslam yeniliyə qarşıdırmı?


İslam yeniliyə qarşıdırmı?


Bildiyimiz kimi, xristian Qərb elm və texnologiya sahəsində sürətlə irəliləməyə başlayandan bəri İslam dini bu mövzuda hücuma məruz qalmış və "İslam dini yeniliyə qarşıdır", "İslam dini yeniliklərə cavab vermir" kimi ittihamlarla üzləşmişdir. Bu absurd ittihamın bir qorxulu tərəfi də onun bəzi müsəlman dairələrində də tez-tez səslənməsi və bu zaman ''bidət'' kəliməsindən də sui-istifadə olunmasıdır. Bəziləri ''bidət'' sözünün həqiqi mənasını ya anlamayaraq, ya da anlamaq istəməyərək İslamda hər yeniliyin, bəşəriyyətin inkişafına xidmət edən hər ixtiranın "bidət" adlandırıldığını irəli sürmüşlər. Elə isə gəlin əvvəlcə "yenilik" deyərkən nəyin başa düşüldüyünə qısaca toxunaq. İslami baxımdan insanlığın xeyri, rahatlığı, səadəti üçün təqdim olunan, insanları sıxıntıdan qurtarmaq, onları xoşbəxt etmək üçün icad olunan hər şey yenilikdir, gözəldir. İnsanları üzən, onların xeyrinə olmayan, üstəlik əxlaq və tərbiyəsini pozan şeylər yeni də olsa pisdir, iyrəncdir. İslam yeniliyin bu formasına qarşıdır və hər halda sırf yeni olduğu üçün bu cür şeyləri bağrına basmaq məcburiyyətində də deyil. Qısaca desək, İslama görə bir şey köhnə də olsa gözəl və faydalıdırsa məqbul, yeni də olsa faydasız və pisdirsə qeyri-məqbuldur.

O ki qaldı ittihamlara, nəzərdən qaçırmamalıyıq ki, bu ittihamların yaranmasında böyük, mən deyərdim, bəlkə də ən böyük rolu bizim İslamdan xəbərsiz "müsəlmanlarımız" oynayıb. O müsəlmanlar ki, peyğəmbərimiz "Elmi kitaba keçirdin" dediyi halda uzun müddət mətbəələrə qarşı çıxmışlar. O müsəlmanlar ki, Osmanlı sultanı III Səlim ordunu soyuqdan qorumaq üçün "kaput" adlı isti paltarla təchiz edərkən, kafir ixtirası deyə buna qarşı çıxmışlar. O müsəlmanlar ki uzun müddət, heç kimin aya çıxmadığını, bunun mümkün olmadığını iddia etmiş, həm də bu iddialarını öz natamam dini baxışları ilə əsaslandırmağa çalışmışlar.

Qurani-Kərim bütün bəşəriyyətə sonsuz səadəti verəcək təməl əsasları müəyyənləşdirmişdir. Quranın bir çox yerində "düşünmürsünüzmü?", "ağlınızı işlətmirsinizmi?", "ağıl sahibləri üçün ibrətlər vardır" kimi ifadələrlə ağlımızı işlətməyimizi istəməsi də bu əsaslardandır. Bundan başqa, bizləri çalışmağa, araşdırmağa, kainatın sirlərini açmağa dəvət edən ayələr də az deyildir. Lakin bu ayələr bizə ünvanlandığı halda biz müsəlmanlar tənbəlliklə günümüzü keçirir, başqa dinin sahibləri isə sanki onlara ünvanlanmış kimi ayələrin məzmunu çərçivəsində dayanmadan işləyib rahat və xoşbəxt yaşamaq üçün əllərindən gələni edirlər. Halbuki, elmə ən çox dəvət edən din İslamdır. Bu dinin elmlə əlaqələri o qədər sıxdır ki, hər bir müsəlman, elm adamı olmasa belə, öz ibadətlərini şüurlu şəkildə yerinə yetirə bilməsi üçün artıq bir çox şeyləri bilməlidir. Namaz qılarkən Kəbənin səmtini, namazların vaxtını; oruc tutarkən ayın vəziyyətini; həccə gedərkən coğrafi məkanları öyrənmək məcburiyyətində qalan müsəlmanlar bu şəkildə bilavasitə elmə təşviq edilmişlərdir.

Gördüyümüz kimi, bir müsəlmanın şüurlu bir şəkildə ibadət etməsi ancaq elmlə mümkün olmuşdur. Elmlə bu qədər iç-içə olan bir dinin mənsublarının bu sahədə başqalarına möhtac bir vəziyyətə düşməsi həqiqətən də çox təəccüblüdür. Həqiqət odur ki, bizlər Quranın nurundan uzaqlaşan gündən rahatlıq və səadət görmürük. Üzümüzü çevirib Quran nuru ilə nurlanan şərəfli dövrlərə nəzər yetirsək, barmağımızı dişləyər, yəqin ki, o dövrdəki müsəlmanların elm və mədəniyyətin zirvəsində olmasının sirrini anlamış olarıq. Mən burada bəşəriyyətə öz dəyərli töhfələrini vermiş böyük İslam alimlərinin mühüm kəşflərini, bugünkü Avropanın elm və mədəniyyət baxımından müsəlmanlardan alaraq mənimsədikləri şeylər haqqında olan minlərlə faktı yenidən qeyd etmək istəmirəm. Amma bu günlərdə eşitdiyim və məni çox düşündürən bir şeyi qeyd etmək istəyirəm. Almaniyanın dünyaca məşhur dəmir-polad sənayesi mərkəzi olan Solingen şəhərinin adı orta əsrlərdə müsəlmanların arasında olaraq onlardan möhkəm polad düzəltməyin formulasını öyrənmiş və sonra da öz ölkəsinə qayıdaraq öyrəndiklərini orada tətbiq etmiş bir şəxsin adından götürülmüşdür. Yüzlərlə faktın içindən bu anda yadıma düşən bu faktın özü də göstərir ki, vaxtilə dünyaya meydan oxuyan bir İslam mədəniyyəti, bir İslam sivilizasiyası olmuşdur və bugünkü Avropa dayanmadan bu mədəniyyətdən bəhrələnmişdir. Müsəlmanlar dindən uzaqlaşdığı və tənbəlləşərək yuxuya getdiyi məqamda dayanmadan çalışan Avropa onları elmdən uzaqlaşdıran dinlərini də bir kənara qoyaraq bu dəfə dünyaya meydan oxuyan sivilizasiya yarada bildi. Elə isə bu gün növbə bizimdir. Bu gün artıq yuxudan oyanmalı, bu statusu geri qaytarmaq üçün birbaşa sivil yolla mübarizə aparmalı və elmi onlardan öyrənərək, daha da inkişaf etdirməliyik. Çünki peyğəmbərimiz "Elm müsəlmanın itmiş mirasıdır, harada görsə götürsün" demişdir. Yəni bizim bu gün özümüz ixtira etmədiyimiz şeylərə "kafir malı" deyərək qarşı gəlməyə haqqımız yoxdur. Necə ki, peyğəmbərimiz də o dövrdə bir səhabənin qeyri-müsəlman bir ölkədən çıraq gətirərək məscidə asmasına etiraz etməmiş, əksinə "Sən bizim məscidimizi nurlandırdın, Allah da axirət günündə səni nurlandırdın" deyə dua etmişdir. Və yaxud başqa bir faktı qeyd edək. Hz. Peyğəmbər Bədr müharibəsində Qureyşli kafirlərdən götürdükləri əsirlərin hər birinə on müsəlmana oxuma-yazma öyrətmə müqabilində azadlıq təklif etmiş, "kafirdən elm öyrənməzlər" deməmişdir.

Bu gün bir çox ölkələr enerci mənbəyi kimi Günəşdən istifadə yollarının üzərində baş sındırırlar. Halbuki, "O, gecəni və gündüzü, Günəşi və Ayı sizə (sizin mənafeyinizə) tabe etdi…" (Nahl 12) ayələrinin ilkin olaraq bizə ünvanlandığını nəzərə alsaq, bu işi ilk olaraq biz başlamalıydıq, bu ayələrdən xəbərsiz insanlar yox. Elə isə boş durmamalıyıq. Elm Çində də olsa dalınca getməli, onu itmiş mirasımız kimi əldə etməli və beşikdən qəbrə qədər elmdən uzaq durmamalıyıq. Lakin onu unutmamalıyıq ki, elm ancaq Allah rizası üçün öyrənilməlidir. Bilməliyik ki, əgər məramımız başqa olsa uğursuzluq elə yolun əvvəlindən bizi gözləyir və belə bir elm yalnız və yalnız bədbəxtlik gətirər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor