QURANIN ELMİ MÖCÜZƏLƏRİ |
Müəllif: hizbuallah | Bölmə: Qurani-Kərim, Məqalələr | Vaxt: 25-08-2013, 21:59 | Şərh sayı: (2) | Baxılıb: 1285
QURANIN ELMİ MÖCÜZƏLƏRİ
CAZİBƏ QÜVVƏSİ QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ
CAZİBƏ QÜVVƏSİ QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ
Cazibə qüvvəsi və ya Ümumdünya Cazibə Qanununa görə böyük və kicik cisimlər bir-birinə qarşlıqlı təsir göstərərək cəzb edir. Bəzi elm adamlarının, təfsirçilərin fikrincə, Quranda bir neçə ayədə cazibə qüvvəsinə işarələr vurulmuşdur.
“Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!” (“Rəd-2”)
“Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik.” (“Loğman-10”)
Yuxarıda qeyd olunan ayələr Allahın nişanə və neymətlərini sayır ki, insanlar Allaha, Qiyamət gününə iman gətirsinlər və Allahdan qeyrisinin bu növ nemətlər yarada bilməyəcəyini görsünlər. Ayələr insanlara çatdırıldıqdan sonra təkzib edənlərin sonu heç də yaxşı olmayacaq.
(Əməd) sözü sütun mənasını ifadə edir. (tərəvnəha) cümləsi isə iki cür izah edilir. Birinci izaha görə (tərəvnəha) qramatik baxımdan (əhəd) sözünün “sifət”idir. Yəni “göyləri görünməyən sütunlarla ucaltdıq”. Bu izaha əsasən, göylər gözlə görünməyən sütunlar üzərində dayanmışdır. İkinci izaha görə (bi-ğeyri əmədin) ifadəsi bilavasitə (tərəvnəha) cümləsi ilə əlaqəlidir. Yəni gördüyümüz kimi göylər sütunsuzdur. Əlbəttə, bəziləri (tərəvnəha)cümləsini mötərizə cümləsi hesab etmiş və ikinci nəzəriyyəyə üstünlük vermişlər.
Qısa tarix:
Bəzilərinin fikirncə (Quran ayələri və Əhli-Beytdən (ə) gələn hədislərdən sonra) ilkdəfə olaraq cazibə qüvvəsini Əbu Reyhan Biruni (h.q. 440) önə çəkmişdir. Almanın ağacdan yerə düşməsi və düşməsi və Nyutonun fikrinin cazibə qüvvəsinə yönəlməsi məşhur hadisədir.
Bu məqalə"Hikmət Xəzinəsi" kitabına əsasən hazrlanmışdır. Məqalə İxlas.biz Saytına məxsusdur. İstifadə edildikdə istinad etmeyiniz xahiş olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər