RSS
 

Login:
Şifrə:
» » Beş yaşlı uşaq imam və rəhbər ola bilərmi?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Beş yaşlı uşaq imam və rəhbər ola bilərmi?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-11-2015, 11:12 | Şərh sayı: (0) | Baxılıb: 946

Beş yaşlı uşaq imam və rəhbər ola bilərmi?


Beş yaşlı uşaq imam və rəhbər ola bilərmi?


Şiə əqidəsinə görə, kiçik yaşlarda imamətə yetişmək qeyri-adi bir məsələ deyil, əksinə dini təlimlərdə öz əksini tapan aşkar bir mövzudur. Belə ki İmam Cavad (ə) və İmam Hadi (ə) səkkiz yaşında, İmam Mehdi (ə.f) isə beş yaşında ikən imamətə yetişdi.
Şeyx Müfid “Fusulul-Muxtarə” kitabında İmam Mehdinin (ə.f) kiçik yaşlarında imamətə yetişməsini qeyd etdikdən sonra belə yazır: “Şiə alimləri inanırlar ki, İmam Mehinin (ə.f) atası dünyadan köçməmiş Allah İmamın (ə.f) əqlini kamilləşdirərək, ona hikmət və “fəslul-xitabı” öyrətdi. Onu bu xüsusiyyətlərlə digər insanlardan fərqləndirərək üstün etdi. Ona görə ki, o, övliyaların canişini və Allah höccətlərinin (ilahi bələdçilərin) sonuncusudur. Şiə alimləri bu nəzəriyyəni əqli dəlillərə əsaslanaraq isbat etmişlər. Ona görə ki, bu iş əqli nöqteyi-nəzərdən heç də qeyri-mümkün bir iş deyil. Həmçinin Allah-Taalanın Qurani-Kərimdə Həzrət İsa (ə) [1] və Həzrət Yəhya (ə) [2] barədə buyurduğu kəlamlara da istinad edirlər.“ [3]
Şeyx Müfid bu yazısı ilə kiçik yaşlardan ilahi rəhbərliyə yetişmənin əqli və nəqli tərəfdən mümkünlüyünü qeyd edərək, Quranda kiçik yaşlarından peyğəmbərliyə seçilmiş Həzrət İsa (ə) və Həzrət Yəhyanı (ə) da misal çəkir.
Bütün bunlara baxmayaraq, bəzi müsəlman qələm əhli öz yazılarında bu işin qeyri-mümkünlüyünü vurğulayaraq, kiçik yaşda imamətə yetişmək məsələsini inkar edirlər. Bu baxışla məhdəviyyət məsələsinə ilk irad tutan şəxslərdən biri də İbn Həcər Heysəmidir (vəfatı: h.q 973). O, “Səvaiqul-muhriqə” kitabında bu barədə belə yazır: “Müqəddəs İslam dinində uşaqdan rəhbərin olmaması öz təsdiqini tapmış bir məsələdir. Peyğəmbərin onun barədə heç bir söz demədiyi halda, şiələr beş yaşlı uşağın imam olmasınımı güman edirlər?! Bu dinlə müxalifətçilik və cəfəngiyyatla dolu bir sözdür.“ [4]
Ondan sonra Əhməd Əmin Misri (1886-1954) bu şübhəni qabartmışdır. O, məhdəviyyətin əsli və İslam dünyasında necə yaranmasına irad bildirərək yazır: “Alimlər iki şeydən təəccüblənirlər: Birincisi, imamətin müsəlmanların vəziyyətindən agah və bu məsuliyyəti daşıyacaq kamil yetkinliyə çatmış bir böyük şəxsin vəzifəsi olmasına baxmayaraq, 4-5 yaşlı uşağın imamətə yetişməsidir. Digəri isə bu 4-5 yaşlı uşağın qeybə çəkilərək xüsusi bir vaxtda zühur etməsidir. Şiə imamlarına müxtəlif məntəqələrdən sərvətlər göndərilirdi. Kiçik yaşlı uşağın imamətə yetişməsi məsələsi də əvvəlki imamların vəkilləri tərəfindən məhz bu sərvətləri ələ keçirmək məqsədi ilə irəli sürülmüşdür.” [5]
Eyni fikri Əhməd Katib də “uşaqlıq böhranı” ibarəsi ilə qeyd edir: “Əql şəri mükəlləfiyyət yaşına çatmamış və öz malını belə xərcləmək səlahiyyətinə malik olmayan kiçik bir uşağın müsəlmanlara rəhbər təyin edilməsini qəbul edə bilməz.“[6]
Şeyx Müfid özünün qısa kəlamı vasitəsi ilə belə bir şubhələrin cavabını vermişdir: “Əvvəla, belə bir işin baş tutmasından ötrü gərək onun mümkünlüyü isbat olunsun. Sonra isə xarici aləmdə baş verməsinə dair sübutlar ortaya qoyulsun.”
Şeyx Müfid açıqlayır ki, əql bu işi qeyri-mümkin hesab etmir. Quranın verdiyi xəbərə əsasən, belə bir hadisə (uşaq yaşlarında ikən ilahi rəhbərliyə seçilmək) əvvəlki ümmətlərdə də baş vermişdir. Allah-Taala İsa (ə) və Yəhyanı (ə) kiçik yaşlarında ikən peyğəmbərlik və ilahi rəhbərlik məqamına yetişdirdi. Qeyd edək ki, bütün müsəlmanlar buna inanırlar. Hətta bu məsələyə irad etmiş bu 3 nəfər belə, müsəlman və Qurana iman gətirmiş bir şəxs kimi Həzrət İsa (ə) və Həzrət Yəhya (ə) barədə deyilənlərə inanırlar.
Deməli, bu işin mümkünlüyü və onun baş verməsi barədə dini nöqteyi-nəzərdən heç bir şəkk və irad yoxdur. Bu baxımdan bu məsələnin isbatından ötrü tutarlı arqumentlər ortaya qoyulmalıdır. Bu arqumentlər isə məhdəviyyət nəzəriyyəsinin isbatlanması və İmam Məhdinin (ə.f) doğulması barədə nəql olunan hədislərin araşdırılması zamanı ortaya qoyulmuşdur. Bütün İslam firqələri məhdəviyyət məsələsini qəbul etmiş və Peyğəmbərdən (s) Mehdi (ə.f) barədə kifayət qədər hədislər nəql etmişlər. İmam Mehdinin də (ə.f) dünyaya gəlməsi mötəbər mənbələr və dəlillərə əsasən, öz təsdiqini tapmış mövzulardandır. Şiələr İmamın (ə.f) dünyaya gəlməsi məsələsində həmrəydirlər. Əhli-sünnədən də bəziləri bunu təsdiqləyərək qəbul etmişlər.
İdrak və iradə imamətin rüknlərindəndir. Buna əsasən, kiçik yaşlı imamları qəbul edib onlara istinadən söz deyən şəxslər onların cismi cəhətdən deyil, iradə və idrak cəhətindən kamala yetişdiklərinə inanırlar. Belə ki Şeyx Mufidin də dediyi kimi, Allah-Taala atası həyatda ikən Mehdinin (ə.f) əqlini kamilləşdirərək ona hikmət, “fəslul-xitabı” əta etmiş və bu xüsusiyyətlə başqalarından seçilmişdir. Deməli, söhbət öz malını xərcləmək iradəsindən məhrum olmuş xırda uşağın imamətindən yox, ilahi qüdrət vasitəsilə əqli təkamülə yetişmiş bir şəxsin imamətindən gedir. Belə ki Allah bunun eynisini Həzrət İsa (ə) və Həzrət Yəhyaya (ə) da bəxş etmişdir.
Bunu da əlavə edək ki, uşaqlar təbiət və xüsusiyyət etibarı ilə bir-birlərindən fərqlənirlər. Bəzi uşaqlar xüsusi fitri istedada malikdirlər. Belə uşaqlar digərlərindən daha tez inkişaf edir və istedadlarını praktiki şəkildə büruzə verirlər. Bir qayda olaraq Allahın mənəvi məqamların fəth edilməsindəki lütfü də belə uşaqlara şamil olur.

Bəhruz Camal
imamzaman.az

[1]Al-İmran/46
[2]Məryəm/12
[3]Daneşnameyi İmam Mehdi (ə.f), c/2, səh/208, hədis/333
[4]Səvaiqul-muhriqə, səh/168
[5]Zəhyul-İslam, c/3, səh/524.
[6]Əl-İmamul Məhdi, səh/32.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor