RSS
 

Login:
Şifrə:
» » İMAMƏT AYƏLƏRİ – “VİLAYƏT” AYƏSİ (1)

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İMAMƏT AYƏLƏRİ – “VİLAYƏT” AYƏSİ (1)

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 16-02-2016, 23:08 | Şərh sayı: (0) | Baxılıb: 2268

İMAMƏT AYƏLƏRİ – “VİLAYƏT” AYƏSİ (1)


İMAMƏT AYƏLƏRİ – “VİLAYƏT” AYƏSİ (1)Qurani-Kərimdə imam Əlinin (ə) imamət və rəhbərliyindən söz açan, fəzilətlərini sübut edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət olduğunu göstərən ayələrdən biri “Vilayət” ayəsi adını daşıyan “Maidə” surəsinin 55-ci ayəsidir. Bu ayədə buyurulur:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Həqiqətən, sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, iman gətirib namaz qılır və rüku halında zəkat verirlər.”

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Təfsir və hədis alimlərinin əksəriyyəti bu ayənin imam Əli (ə) haqda nazil olduğunu nəql etmişlər. Məşhur təfsirçi Carullah Zəməxşəri “Kəşşaf” təfsirində yazır: “Bu ayə həzrət Əli (ə) haqqında nazil olmuşdur. Bir gün həzrət Əli (ə) məsciddə namaz qılırdı. Rüku halında bir yoxsul gəlib, ondan kömək istədi. Həzrət Əli (ə) üzüyünü çıxarıb ona verdi.” (“Kəşşaf” təfsiri, c.1, səh.649.)

Fəxri-Razi öz təfsirində Əbuzərdən belə nəql edir: “Bir gün Peyğəmbərlə (s) birgə günorta namazını qılırdım. Bu zaman bir yoxsul məscidə girib kömək istədi və heç kəs ona kömək etmədi. Yoxsul əlini göyə qaldırıb dedi: “İlahi, şahid ol! Mən Peyğəmbərin (s) məscidində kömək istədim, lakin heç kim mənə kömək etmədi.” Həzrət Əli (ə) namaz halında ikən o yoxsula sağ əli ilə kiçik barmağındakı üzüyü götürməsini işarə etdi. O, Peyğəmbərin (s) gözü önündə gedib, həzrət Əlinin (ə) barmağından üzüyü çıxartdı. Peyğəmbər (s) dedi: “İlahi! Qardaşım Musa Səndən sinəsinin genişlənməsini, qardaşı Harunun onun peyğəmbərliyinə şərik olmasını istəyəndə..., ona buyurdun: “Mən tezliklə səni qardaşın vasitəsilə gücləndirəcək, sizə qüvvət və qələbə bəxş edəcəyəm.” İlahi! Mən Mühəmməd, Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işləri mənə asanlaşdır, mənim üçün Əhli-beytimdən bir vəzir təyin et, məni onun vasitəsilə güclü və qüvvətli et!”

Əbuzər deyir: “Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrail nazil olub dedi: “Ey Mühəmməd! Oxu: “Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir...” (“Kəbir” təfsiri, Fəxri-Razi, c.12, səh.26.)

Məşhur əhli-sünnə alimi Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbas və Səlmət ibn Küheyldən belə nəql edir: “Həzrət Əli (ə) namazda rüku halında olarkən, bir yoxsul ondan kömək istəyir. Həzrət Əli (ə) də öz üzüyünü çıxarıb ona verir. Peyğəmbər (s) həmin yoxsuldan “Bu üzüyü sənə kim sədəqə verdi?” – deyə soruşduqda, o, həzrət Əliyə (ə) işarə edib deyir: “Rüku halında olan o kişi!” Bu zaman “Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir...” – ayəsi nazil olur.” (“Əd-durrul-mənsur”, c.2, səh.293.)

Təbəri də öz təfsirində bu ayənin təfsiri və nazilolma səbəbi haqda müxtəlif rəvayətlər nəql edir ki, o rəvayətlərin çoxu bu ayənin Əli (ə) haqda nazil olduğunu açıqlayır. (“Təfsiri-Təbəri”, c.6, səh.186.)

Mərhum Əllamə Əmini bu rəvayəti və həmin ayənin imam Əli (ə) haqda nazil olduğunu əhli-sünnənin təqribən iyirmi kitabından (sənəd və mənbələri ilə birgə) nəql etmişdir. (“Əl-qədir”, c.2, səh.52-53.)

Peyğəmbərin (s) dövründə yaşayan məşhur şair Həssan ibn Sabit bunu şübhə doğurmayan bir məsələ kimi öz şeirlərində nəzmə çəkmişdir. O, məşhur bir şerində imam Əliyə (ə) xitab edərək deyir:

Və əntəlləzi ətəytu iz kuntə rakiən,

Zəkatən fədətkən-nəfsu, ya xəyrə rakiin!

Fə-ənzələ fikəllahu xəyrə vəlayətin,

Və bəyyənəha fi muhkəmatiş-şəraye!

“Rükusunda zəkat verən sən idin. Can sənə qurban olsun, ey rüku edənlərin ən yaxşısı! Bundan sonra Allah-Taala sənin üçün ən gözəl vilayəti nazil edərək, onu Quranında bəyan etdi.” (“Kifayətut-talib”, Şafei Gənci, səh.123.)

Bir sözlə, “Vilayət” ayəsinin imam Əli (ə) haqda nazil olmasına heç bir şübhə yoxdur və burada əsas məsələ bu ayənin Peyğəmbərin (s) xilafət və vilayət məsələsi ilə bağlılığıdır.

“VİLAYƏT” AYƏSİNİN İMAM ƏLİNİN (Ə) XİLAFƏT VƏ RƏHBƏRLİYİNƏ DƏLALƏTİ

Bu ayədə gələn “vəli” sözü imam Əlinin (ə) müsəlmanların vəlisi və rəhbəri olmasını açıqlayır. “Vəli” sözünün müxtəlif mənaları vardır ki, bəzən dost, bəzən hakim və rəhbər mənasında işlədilir. Rağib İsfahaninin qeydlərinə görə, bu sözün ilkin mənası aralarında heç bir fasilə olmayan iki şeyin sıx rabitəsini bildirir. Sonra əlavə edərək yazır: “Vilayət” dostluq və kömək, “vəlayət” isə rəhbər və ixtiyar sahibi mənasını ifadə edir.” (“Müfrədati-Rağib”, “vəli” sözü; “Əl-qədir”, c.1, səh.362.)

Ayədə mövcud olan dəlillər göstərir ki, burada “vəli” rəhbər və ixtiyar sahibi mənasındadır. Çünki burada “vəli” dost və yardımçı mənası kimi işlənsə, onda bütün möminlərə aid olacaq. Necə ki, “Tövbə” surəsinin 71-ci ayəsində belə buyurulur:

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

“Mömin kişilər və qadınlar bir-birinin dostlarıdır...”

Lakin bəhs etdiyimiz ayədəki vilayət sözü xüsusi hala, rüku halında sədəqə verən şəxsə aid edilmiş və inhisar bildirən “innəma” (yalnız və yalnız) sözü ilə birgə qeyd olunmuşdur. Bu ifadə isə vilayət sözünün dostluq və yardım kimi (eləcə də, buna oxşar digər) mənalar daşımasına imkan verir. Beləliklə, yeganə yol odur ki, “vəli” sözünün ixtiyar sahibi və rəhbər mənasını, Allahın və Peyğəmbərin (s) vilayət və rəhbərliyi ilə yanaşı tutulan cəhətini qəbul edək.

Sonrakı ayə (ayənin davamı):

وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ

“Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli seçsə, (qələbə çalar). Şübhəsiz ki, Allahın dəstəsi məhz qələbə çalanlardır!”

Həqiqətdə, bu ayə qabaqkı ayənin məzmununu tam dolğun ifadə edir. Bizi ondakı vilayət sözünün ixtiyar sahibi və rəhbər mənasında olmasını göstərən daha bir dəlillə qarşılaşdırır. Belə ki, “hizbullah” (Allahın dəstəsi) və “düşmənlərə qələbə” ifadələri sadə və adi dostluqla deyil, İslam hökumətinin təşkili ilə əlaqədardır. Bu da göstərir ki, əvvəlki ayədə qeyd olunan “vəli” sözü müsəlmanların rəhbəri mənası ilə uyğundur. Hətta “hizb” (dəstə) sözünün müştərək hədəfləri təmin edən ictimai quruluşa aid olması vilayət və rəhbərliklə daha münasibdir.

İRADLAR-CAVABLAR

Göründüyü kimi, bu ayə çox aydın surətdə imamət, xilafət və müsəlmanlara rəhbərliyi nəzərdə tutur. Əgər bu ayə başqaları barədə nazil olsaydı, bəlkə də onun haqqında kiçik mübahisəyə belə yol verilməzdi! Lakin o, imam Əli (ə) haqda nazil olduğundan və digər firqələrin əqidələri ilə uyğun gəlmədiyindən çoxları israrla hər cür irad və bəhanə fikrinə düşmüşlər.

Bu iradları iki qismə bölmək olar. Bir qism zahirən elmi yönə malik olduğundan cavabı elmi olmalı, digər bir qism isə bəhanəyönlü olduğundan qısaca cavablandırılmalıdır:

1. Birinci qismə aid ilk irad budur ki, ayədəki “iman gətirənlər”, “namaz qılanlar”, “zəkat verənlər” və “rüku halında olanlar” ifadələri cəm formada işlədilmiş və buyurulmuşdur ki, bu xüsusiyyətlərə malik olanlar sizin rəhbərlərinizdir. Belə isə imam Əli (ə) bir nəfər olduğu halda, cəm formada işlənmiş ifadələr ona necə aid ola bilər?

Cavab: Həm şiə, həm də sünnilərin kitablarında (“müstəfiz”, hətta “mütəvatir” şəkildə) nəql olunan rəvayətlərdə ayənin nazilolma səbəbinə diqqət yetirdikdə, onun bir fərdə aid olduğuna heç bir şübhə qalmır. Başqa sözlə, hədislər və İslam tarixi şahiddir ki, rüku halında yoxsula üzüyünü sədəqə verən bir qrup yox, yalnız imam Əli (ə) olmuşdur. Buna əsasən, deyə bilərik ki, ayədəki ifadələrin cəm formada işlənməsində məqsəd ehtiram və həmin şəxsin məqamını yüksəltməkdir. Çünki ərəb ədəbiyyatında cəm formada işlədilən sözdən bir nəfər nəzərdə tutulduğuna çox rast gəlinir. Məsələn, “mübahilə” ayəsində “nisaəna” (qadınlar) sözü cəm formada işlənsə də, onun nazilolma səbəbini nəql edən rəvayətlərə əsasən, məqsəd, təkcə Fatimeyi-Zəhradır (s.ə.). Eləcə də, həmin ayədə qeyd olunan “ənfusəna” (özlərimiz) sözünün cəm formasında işləndiyi halda, bütün alimlər qəbul edirlər ki, mübahilədə İslam Peyğəmbərindən (s) başqa imam Əli (ə) də iştirak etmişdir. “Həmraul-əsəd” müharibəsi ilə bağlı nazil olan ayədə də belə buyurulur:

الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً

“...O kəslər ki, camaat onlara dedilər: “(Düşmən ordusundan) bir qrup sizə hücum etmək üçün əlbir olmuşlar. Onlardan qorxun. Lakin onlar (nəinki qorxmadılar, hətta) imanları daha da artdı.” (“Ali-İmran”/173.)

Bu ayədə xəbər verən kəsin cəm formada “nas” (camaat, insanlar) sözü ilə qeyd olunmasına baxmayaraq, tarixdə göstərildiyi kimi, o, yalnız Nəim ibn Məsud olmuşdur.

“Maidə” surəsinin 52-ci ayəsində buyurulur:

فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ

“Ürəklərində xəstəlik (nifaq) olanları, onlarla (yəhudi və məsihilərlə) dostluq etməkdə bir-birini ötənləri və “Bizə bir fəlakət üz verməsindən (və onların köməyinə möhtac olacağımızdan) qorxuruq” deyənləri görərsən.”

Bu ayə də təkcə Abdullah ibn Übeyy haqqında nazil olsa da, onun ifadələri cəm formasında işlədilmişdir. Həmçinin “Mümtəhinə” surəsinin 1-ci ayəsindəki xitab ümumi olsa da, Hatib ibn Übeyy Bəltəə haqqında nazil olmuş, “Münafiqun” surəsinin 8-ci ayəsinin şəxs əvəzliyi cəm formasında işlənsə də, məqsəd Abdullah ibn Übeyydir. Bir çox hədislərə əsasən, “Bəqərə” surəsinin 274-cü ayəsi imam Əlinin (ə) haqqında nazil olmuş, onun bütün şəxs əvəzlikləri isə cəm formasında gəlmişdir. “Bəqərə” surəsinin “(Ya Mühəmməd!) Səndən Allah yolunda nə verəcəkləri haqqında soruşanlara söylə...” (“Bəqərə”/215.) ayəsindəki əvəzlik cəm formasında olsa da, soruşan şəxs yalnız Əmr ibn Cümuh olmuşdur.

Görəsən, bu ayələrdə məqsəd bir nəfər olduğu halda, onun əvəzlikləri nə üçün cəm formada işlənmişdir? Ola bilsin ki, səbəb nəzərdə tutulan şəxsə hörmət, bəzən də başqalarının həmin şəxslə bir fikirdə olmasıdır. Ayələrə diqqət yetirdikdə, bunu (ehtiram və ya eyni fikirdə olma) bir-birindən ayırd etmək olar. Bundan əlavə, Qurani-Kərimin əksər ayələrində Allah-Taala Özü haqda söz açdıqda, əvəzlikləri cəm formasında işlədir. Halbuki Onun müqəddəs zatı tək və misilsiz, hər cəhətdən “əhəd” və “vahid”dir. Bunun cavabında deyə bilərik ki, böyük bir şəxsin idarəçiliyi və işlərini yerinə yetirməkdə ona tabe olan məmurları var. Bu da səbəb olur ki, o, fərd olduğu halda, əvəzlikləri cəm formasında işlətsin. Başqa sözlə, ayələrdəki bu cəm ifadələr Onun uca məqamını və böyüklüyünü göstərir.

2. Şübhəsiz, həzrət Əli (ə) İslam Peyğəmbərinin (s) dövründə müsəlmanların vilayət və rəhbərliyi məqamına malik deyildi. Belə isə, bu ayəni ona aid etmək olarmı?

Bu iradın da cavabı aydındır. Gündəlik danışıq və ifadələrdə dəfələrlə müşahidə edirik ki, müəyyən bir şəxs vəzifə və məqama seçilsə, yaxud namizəd olsa da, hələ rəsmi olaraq həmin vəzifəni idarə etmir. Məsələn, bir kəs bir nəfəri öz yerinə canişin seçir və özü hələ yaşasa da, “fılankəs onun vəsisi və canişinidir” deyilir.

Peyğəmbərin (s) həyatında imam Əliyə (ə) xəlifə və canişin adını vermək elə də anlaşılmaz deyil. Həzrət həyatda ikən imam Əlini (ə) Allahın əmrilə öz yerinə təyin etmişdir. İmam Əlinin (ə) xəlifəliyi Peyğəmbərin (s) vəfatından sonra qüvvəyə minmişdir.

Biz buna oxşar halı “Məryəm” surəsinin 5-ci ayəsində də müşahidə edirik. Belə ki, həzrət Zəkəriyya (ə) Allahdan belə bir hacət istəyir:

فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا

“İlahi! Mənə bir vəli və canişin bağışla (seç)!” Allah-Taala da onun duasını qəbul edərək, Yəhyanı ona əta edir. Şübhəsiz, Yəhya, Zəkəriyyanın həyatında canişin, vəli və varis olsa da, onun vəfatından sonra bu məqamı əlinə almışdır.

Bunun oxşarı “Yovmul-inzar” əhvalatında da (Peyğəmbər (s) öz yaxınlarını bir yerə yığaraq, ilk dəfə onları İslama dəvət etdiyi gün) baş vermişdir. Həm şiə, həm də əhli-sünnə tarixçilərinin və hədis alimlərinin yazdıqlarına görə, Peyğəmbər (s) həmin gün imam Əliyə (ə) işarə edərək buyurdu:

اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:

“Bu, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Onun sözünü eşidin və əmrinə itaət edin!” (“Kamilut-tarix”, İbn Əsir, c.2.)

Peyğəmbərin (s) həyatda belə buyruqları heç bir iradla üzləşmədiyi halda, Qurani-Kərimin də ayələri belə iradlardan uzaqdır.

İkinci qism iradlar (bəhanələr) çox olduğundan, birini qeyd etməklə kifayətlənirik:

İrad: Fikrin yoxsula doğru yayılması ilə namazda qəlbin hazırlığının və ilahi münacata qərq olmağın nə qədər reallığı var? Halbuki şiələr deyirlər: “Namaz halında imam Əlinin (ə) ayağından oxu çıxartsalar da, o həzrət əsla bunu hiss etməmişdir! Belə isə namaz halında yoxsul bir şəxsin fikrində olmasını necə izah etmək olar?

Cavab: Bu iradın sahibi bilməlidir ki, yoxsulun səsini eşitmək, kiməsə yardım etmək Allahdan qeyrisinin, özünün və dünya malının fikrində olmaq deyil, əksinə bu özü də bir növ ibadət və Allaha boyun əyməkdir.

Yoxsulların istək və səsləri qarşısında imam Əli (ə) kimi böyük şəxsiyyətin pak qəlbi həmişə həssas idi və həmişə onların səsinə cavab verirdi. O, bu işlə ibadəti ibadətə qoşur, namaz halında zəkat verməklə yalnız Allahın əmrlərini yerinə yetirirdi.

Doğrusu, bu irad Qurani-Kərimə irad sayılır. Çünki Allah-Taala bu ayədə rükuda zəkat verməyi tərifləyir, onu böyük adla yad edir. Əgər bu əməl qəflət və Allahdan yayınmaq sayılsaydı, onda yüksək və bəyənilmiş bir sifət kimi yad edilməzdi? Biz isə tamamilə bunun əksini görürük. Belə bir irad tutan təəssübkeşlər imam Əlinin (ə) fəzilətlərini inkar etmək istəsələr də, həqiqətdə Allaha irad tutmuşlar.

Əgər bu iş namazın qaydaları və qəlbin hazırlığı ilə uyğun gəlməsəydi, bəs, nə üçün Allah-Taala bu işi tərifləmiş, möminlərin vilayətini belə bir kəsə layiq bilmişdir? Şübhəsiz, namaz halında yoxsulun səsini eşidib, istəyini yerinə yetirmək ani baş verən əlavə ibadətdir. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh. 150-160.)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor