RSS
 

Login:
Şifrə:
» » İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR – İMAMIN ELMİ

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR – İMAMIN ELMİ

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 6-02-2016, 16:02 | Şərh sayı: (0) | Baxılıb: 2338

İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR – İMAMIN ELMİ


İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR – İMAMIN ELMİQurani-Kərimin bir çox ayələrində bu məsələ diqqət mərkəzində durur, o cümlədən, “Nisa” surəsinin 83-cü ayəsində buyurulur:

وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً

“Onlara qələbə və ya məğlubiyyət xəbəri gəldikdə, dərhal (təhqiq etmədən) onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən (kifayət qədər elm və qüdrətə malik) olan əmr sahiblərinə desəydilər, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütf və mərhəməti üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız!”

“Nəhl” surəsinin 43-cü və “Ənbiya” surəsinin 7-ci ayələrində belə buyurulur:

فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

“Əgər bilmirsinizsə, elm əhlindən soruşun!”

Birinci ayədə göstərilir ki, bəzən müsəlmanlar münafiqlər və İslam düşmənləri tərəfindən yayılan şayiələrlə üzləşirdilər. Onlar hərdən qələbə və məğlubiyyətə, hərdən də digər məsələlərə aid şayiə və xəbərlər yayırdılar. Bu da bəzən onların arasında iğtişaş törədir və ruhdan düşmələrinə səbəb olurdu. Belə hallarda Qurani-Kərim onlara belə məsləhət görür: “Müsəlmanların xəbərsiz olduğu mühüm ictimai məsələlərdə Peyğəmbərə və ya əmr sahiblərinə müraciət olunsun!”

“Ulil-əmr” “əmr və fərman sahibləri” deməkdir. Şübhəsiz, burada bu söz ordu sərkərdələri mənasını bildirmir. Çünki ayənin davamında buyurulur: “Əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslərə desəydilər, onlar bilərdilər.” Deməli, xəbərsiz olanlar bilənlərə müraciət etməlidirlər. Bu da başçı və ordu sərkərdələrinə yox, alimlərə aiddir. Beləliklə, müsəlmanlara xəbərdarlıq edilir ki, həssas və mühüm hadisələrdən agah olan “əmr sahibləri”nə müraciət etsinlər.

Ayədə qeyd edilən “ulil-əmr”in (əmr sahiblərinin) kimlər olduğu barədə təfsirçilər arasında fikirayrılığı var: bəziləri onu (xüsusilə Peyğəmbərin (s) iştirak etmədiyi müharibələrdəki) ordu sərkərdələrinə, bəziləri fəqih və alimlərə, bəziləri ilk dörd xəlifəyə, bəziləri vəzifə sahiblərinə, bəziləri də məsum imamlara aid etmişlər.

Bu beş təfsir arasında sonuncusu daha münasibdir. Çünki ayənin davamında “əmr sahibləri” üçün qeyd edilən iki xüsusiyyətə görə, onu məsumlardan başqasına aid etmək olmaz.

Birinci xüsusiyyət belə vəsf edilir: “Xəbərin mahiyyətinə varan əmr sahiblərinə müraciət etsələr, onlara yol göstərərlər!” Uyğun xüsusiyyətin zahiri mənası budur ki, əmr sahiblərinin elmi əsla nöqsan, şəkk-şübhə və xətaya uğramaz. Bu isə məsumlardan qeyrisinə aid deyil.

İkinci xüsusiyyətdə əmr sahiblərinin varlığı bir növ ilahi lütf və mərhəmət hesab edilir. İnsanlar onlara itaət etməklə şeytana uymaqdan yayınırlar.

Məlum olduğu kimi, məsum imamlara itaət, şübhəsiz, azğınlıq və şeytana uymağın qarşısını alır. Çünki məsum olmayanların özləri də xəta və günaha, şeytanın tələsinə düşə bilərlər!

Əhli-beyt (ə) və əhli-sünnə mənbələrindən bizə gəlib çatan bir çox rəvayətlərdə “əmr sahibləri” məsum imamlar kimi təfsir edilmişdir. Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında imam Baqirdən (ə) nəql edir ki, onlar məsum imamlardır. (“Məcməül-bəyan”, c.3, səh.82.)

“Təfsiri-Əyyaşi”də imam Rzadan (ə) nəql olunan bir hədisdə belə buyurulur:

يَعْنِى آلَ مُحَمَّدٍ، وَهُمُ الّذِينَ يَسْتَنْبِطُونَ مِنَ الْقُرآنِ وَيَعْرِفُونَ الْحَلالَ وَالْحَرامَ وَهُمْ حُجَّةُ اللهِ عَلى خَلْقِهِ:

“Məqsəd Mühəmmədin (s) övladlarıdır. Onlar Quranı izah edənlər, halal və haramı tanıyanlar və insanlar üzərində ilahi höccətlərdir!”

Şeyx Səduq “Kəmalud-din” kitabında imam Baqirdən (ə) belə nəql edir: “Allahın vilayət (rəhbərlik) və ilahi elminə yiyələnənləri Peyğəmbərin Əhli-beytindən başqasına aid edən kəs Allahın əmrinə qarşı çıxmışdır.” (“Kənzud-dəqaiq” təfsiri, c.3, səh.486.)

İkinci ayədə (Qurani-Kərimin “Nəhl” və “Ənbiya” surələrindəki “Fəs`əlu əhləz-zikr, in kuntum la tələmun” ayəsində) isə bütün insanlara göstəriş verilir ki, bilmədiklərini elm və bilik əhlindən soruşsunlar.

Şübhəsiz, ayədə qeyd olunan “zikr” sözü “elm, bilik və məlumat” mənasını bildirir. Ümumiyyətlə, “əhləz-zikr” sözü bütün elmli, bilikli və məlumatlı şəxslərə aid edilə bilər. Buna görə də, təqlid məsələsində bir şəxsin alimə müraciətinin zəruriliyini sübut etmək üçün bu ayəyə istinad olunur. Lakin onun tam mənada həqiqi timsalı elmini Allah və Peyğəmbərdən (s) irs alanlardır. Onların elmi xəta və səhvdən uzaq, ismət məqamı ilə birgədir. Məhz bu səbəbdən, həmin ayə Əhli-beyt və məsum imamlara təfsir edilmişdir. Belə ki, imam Rzadan (ə) nəql olunan bir hədisdə bu ayə ilə əlaqədar sualın cavabını belə vermişdir: “Elm və bilik əhli bizik və (hər şeyi) bizdən soruşmaq lazımdır!” (“Burhan” təfsiri, c.2, səh.369.)

Əhli-sünnənin məşhur təfsir kitablarında İbn Abbasdan nəql olunur ki, “Elm əhlindən soruşun” ayəsində məqsəd Mühəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyndir (ə). Onlar elm, bilik və əql sahibləri, Peyğəmbərin Əhli-beytidir! (Bax: “Ehqaqul-həqq”, c.3, səh.482.)

Bir sözlə, ayənin məfhumu geniş olsa da, onun kamil nümunəsi elmi xəta və səhvdən uzaq məsum imamlardır. Ayə keçmiş peyğəmbərlərin nişanələri, Tövrat, İncil, yəhudi və məsihi alimlərindən sualla əlaqədar nazil olsa da, onun mənası deyilənlərlə heç bir ziddiyyət təşkil etmir.

Bildiriş: Aydındır ki, peyğəmbərlər insanların bütün maddi və mənəvi yönlərdə hidayəti, onların dünya və axirət səadəti ilə bağlı vəzifələri layiqincə yerinə yetirmək üçün mütləq qeyri-adi elm və biliyə malik olmalıdırlar. Peyğəmbərin canişinləri olan imamlar da belədir. Onların öhdələrinə düşən ağır məsuliyyətə görə qeyri-adi elm və biliyə yiyələnmələri zəruridir. Çünki insanlar onlara etimad etməli, dində rəhbərliyi onlara tapşırmalıdırlar.

Bu elm və bilik xəta, səhv və nöqsandan uzaq olmalıdır. Əks-təqdirdə, insanların etimadını qazana bilməzlər, onlar öz fikir və nəzərlərini peyğəmbər və imamın nəzərindən üstün tutarlar. Peyğəmbər və imamın xəta və səhvi qeyd-şərtsiz təslimçiliyə yol vermir. Mütləq etimad qazanmaq üçün onların ismət məqamında olması zəruri görünür. Qurani-Kərimdə Bəni-İsrailin rəhbəri seçilən Talut haqda belə buyurulur:

إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ

“Allah-Taala sizdən ötrü onu seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük verilmişdir!” (“Bəqərə” surəsi, ayə 247.)

Allah-Taala Bəni-İsrailin “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər.” (“Bəqərə” surəsi, ayə 246.) sözləri müqabilində buyurdu ki, ilahi rəhbərlik elm və qüvvə ilədir və ona kifayət qədər elm, qüvvə bəxş etmişik.

Həzrət Yusif (ə) Misirin hökumət işində “beytül-mal”a (ümumi əmlak) müdiriyyətə layiq görüldükdə elm, bilik və əmanətdarlığına istinad edərək buyurdu:

اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ

“Məni Misirin xəzinələrinə məmur təyin et, çünki mən qoruyan və bilənəm!” (“Yusif” surəsi, ayə 55.)

Peyğəmbərlərin elmi barəsində qeyd etdik ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirmək üçün mütləq qeyb aləmindən xəbərdar olmalıdırlar. Bu elmə imamlar da malikdir. Onların vəzifələri cahanşümul olduğundan dünyanın bir çox sirlərindən, o cümlədən, keçmiş və gələcəkdən də xəbərdar olmaları zəruridir. Ola bilərmi ki, keçmiş və gələcəkdən xəbərdar olmadıqları halda, vəzifələrini layiqincə yerinə yetirsinlər?! Onların işi zahir və batin, daxil və xariclə birbaşa əlaqədardır. Belə mühüm işləri qeyb aləmindən xəbərsiz yerinə yetirmək qeyri-mümkündür. Bunu imam Sadiqin (ə) diqqəti cəlb edən buyruğunda görmək olar:

مَنْ زَعَمَ اَنَّ اللهَ يَحْتجُّ بِعَبْدٍ فِى بِلادِهِ ثُمَّ يَسْتُرُهُ عَنْهُ جَميعَ ما يَحْتاجُ اِلَيهِ فَقَدِ افْتَرى عَلَى اللهِ:

“Hər kəs yer üzündə bir bəndənin Allahın höccəti olduğunu, sonra isə Allahın bu bəndənin ehtiyac duyduğunu ondan gizlətdiyini güman edərsə, Allaha iftira yaxmışdır!” (“Biharul-ənvar”, c.26, səh.137.)

Bəli, keçmiş, bu gün və gələcəklə əlaqəli hadisələrin sirlərindən agah olmaq ilahi höccətin xüsusiyyəti, eləcə də, insanların hidayəti ilə bağlı əsas vəzifələrin yerinə yetirilməsi üçün bir vasitədir. Bir sözlə, imamət məqamının ilk şərti qeyri-adi elmə yiyələnmək, bütün dini maarifdən, cəmiyyətin ehtiyaclarından, onların təlim-tərbiyəsi, hidayət və idarəsi ilə əlaqədar məsələlərdən tam xəbərdar olmaqdır. Qeyri-adi elm və biliksiz belə ağır məsuliyyət – imamət məqamı kimsəyə tapşırılmaz. (“Peyami-Quran”, 7-ci cild, “Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh.86-90.)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor