RSS
 

Login:
Şifrə:
» » Əlinin (ə) imaməti

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əlinin (ə) imaməti

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 25-06-2015, 01:33 | Şərh sayı: (0) | Baxılıb: 569

Əlinin (ə) imaməti


Əlinin (ə) imaməti


Hicrətin onuncu ilində həzrət Peyğəmbər həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə üz tutdu. Həzrət Peyğəmbəri müşayiət edən adamların sayı haqqında müxtəlif rəqəmlər göstərilmişdir. Amma qəti şəkildə demək olar ki, bu səfərdə həzrəti bir neçə mindən çox müsəlman müşayiət edirdi. «Həccətul-vida» adı ilə məşhur olan bu həcc mərasimində Peyğəmbərlə gəlmiş xeyli müsəlman iştirak edirdi. Həzrət Peyğəmbər həcc əməllərini başa vurub Mədinəyə qayıdarkən zil-həccənin on səkkizinci günü Qədir-Xum adlanan məntəqədə dayandı. Çünki ona çox mühüm bir vəhy nazil olmuşdu. Bu vəhy bütün xalqa e’lan edilməli idi. Həzrət Peyğəmbər Allah-təalanın əmri ilə Əlinin (ə) vilayət və xilafətini xalqa bildirməli idi. Ayədə buyurulurdu: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır. Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanların şərindən qoruyacaq».
Həzrət Peyğəmbər (s) göstəriş verdi ki, bütün hacılar bir yerə toplansınlar. Qabaqda gedənlər dayandı və arxada gedənlərin gəlib çatmasını gözlədi. Axı nə baş vermişdi?
Hamı bir-birindən nə baş verdiyi barədə soruşurdu. Görən həzrət Peyğəmbər (s) hacıları bu üzücü istinin altında nə üçün saxlamışdı? Yer o qədər isti və yandırıcı idi ki, bə’ziləri ayaqlarını, ətəklərinə bükmüş, dəvələrin kölgəsində oturmuşdular. Nəhayət, intizar başa çatdı. Hacılar bir yerə toplandıqdan sonra həzrət Peyğəmbər göstəriş verdi ki, minbər düzəldilsin. Həzrət hamının onu görə biləcəyi və səsini eşidə biləcəyi minbərə çıxdı. Əlini (ə) isə öz sağ tərəfində dayandırmışdı. Həzrət xütbə oxuyub Qur’an və itrəti haqqında tövsiyə verdikdən sonra buyurdu: «Məgər mö’minlərin işində mən onların özlərindən daha irəli deyiləmmi?» Ərz etdilər: «Bəli». Həzrət buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Pərvərdigara, onun dostunu dost tut, düşmənini düşmən. Ona yardım göstərənə yardım et, onu tənha buraxanı alçalt». Sonra həzrət göstəriş verdi ki, müsəlmanlar dəstə-dəstə Peyğəmbərin xeyməsi ilə üzbəüz xeyməyə daxil olub, Əlini (ə) canişinlik məqamına görə təbrik etsinlər. Onu birinci təbrik edən Ömər ibn Xəttab oldu. Ömər ərz etdi: «Bəh-bəh, ey Əli, sən bu gün artıq mənim və hər bir kişi və qadının əmirisən. Beləcə, həzrət Peyğəmbər (s) Əlini (ə) öz canişini tə’yin etdi və göstəriş verdi ki, bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.
Həssan ibn Sabit həzrət Peyğəmbərdən icazə istədi ki, Əlinin (ə) imamət və vilayəti, Qədire-Xumda Peyğəmbərə canişin tə’yin olunması haqqında bir qəsidə oxusun. Həzrət ona icazə verdi.
İslam Peyğəmbəri Qədire-Xumda
Üz tutub ümmətə verdi bir sual:
Sizlərin rəhbəri mən deyiləmmi?
Hamı təsdiq etdi, yox başqa xəyal.
Belə davam etdi sözünə həzrət (s):
Məni mövla bilən bilsin bu gündən
Mənim canişinim, öz ağası tək
Əlini (ə) tanımaq gərəkdir hökmən.
Həzrət Peyğəmbər (s) Həssanın şe’rini dinləyib buyurdu: «Ey Həssan, nə qədər ki, dilinlə bizə yardımçısan, daim ruhul-qüds tərəfindən təsdiqlənmişsən».
Bu xəbərin sübutu firqələr üçün o qədər aydındır ki, kimsə üçün inkar və şübhə yeri qalmamışdır. Çünki sünni tarixçiləri və təfsirçiləri öz kitablarında azca fərqlə bu barədə mə’lumat vermişlər. Onlar da təbliğ ayəsinin zil-hiccənin on səkkizinci günü Qədire-Xumda Əli haqqında nazil olmasını təsdiqləyirlər
Həzrətin (s) «mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır» buyuruğu sünni mənbələrində nəql olunmuşdur. Amma «Mövla» kəlməsi müxtəlif mə’nalara malik olduğundan bə’zi sünni alimləri hədisdə mövla kəlməsinin dost mə’nasında işləndiyini bildirmişlər. Onlar uyğun hədisi «mən kimin dostuyamsa Əli (ə) də onun dostudur» mə’nasında qəbul edirlər. Bu mə’nanı ibn Səbbağ Maliki də öz «füsulul-muhimmə» kitabında bəyan etmişdir. Təəssüb səbəbindən həqiqəti görə bilməyənlərə cavab olaraq «mövla» kəlməsinin müxtəlif mə’nalarını nəzərdən keçirəcəyik. «Mövla» sözünün aşağıdakı mə’naları vardır: İxtiyar sahibi, bəndə, azad olmuş, azad edən, qonşu, həmpeyman, həmand, şərik, yeznə, qonşu, ne’mətyetirən, dost, yardımçı. Bu mə’nalardan bə’ziləri Qur’ani-Kərimdə də işlədilmişdir. «Duxan» surəsində «mövla» sözü «qohum» mə’nasını bildirir: «Məhəmməd» surəsində isə «mövla» «dost» mə’nasında işlədilmişdir. Bu söz «Nisa» surəsində «həmpeyman», «Əhzab» surəsində «azad etmiş» mə’nalarını bildirir.
Amma bu mə’nalardan bə’zilərini həzrət Peyğəmbərə (s) aid etmək olmaz. Çünki həzrət kimsənin qulu və həmandı olmamışdır. Əhəmiyyətli olmayan bir mövzuya görə həzrət Peyğəmbərin (s) insanları qaynar səhrada bir yerə toplayıb saxlaması inandırıcı deyil. İnanmaq olmur ki, həzrət Peyğəmbər (s) hacılara həzrət Əli (ə) ilə dostluq haqqında mə’lumat vermək üçün onları səhrada saxlamışdır. Peyğəmbərə (s) buyurulur: «Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan». Məgər sadəcə dostluğu bəyan etməmək bu qədər ciddi dəyərləndirilə bilərmi?! Əslində Peyğəmbərin (s) bu bəyanatı daha dərin mahiyyətə malikdir. Allah-təala ayənin davamında buyurur: «Allah səni insanların şərindən qoruyacaq». Məgər dostluq nəticəsində hansı nəticələr yarana bilərdi ki, Allah uyğun və’dlə belə bir təhlükəni aradan qaldıracağını bəyan edə.
Digər bir tərəfdən mövla kəlməsinin dostluq mə’nasında tə’bir olunması dəlil tələb edir. Əks təqdirdə, belə bir mə’nalandırma
üsul elminə zidd olar. Bu baxımdan yalnız «ixtiyar sahibi» mə’nasının dəlilləri vardır. Həmin dəlilləri nəzərdən keçirək:
Əvvəla, Allah-təalanın Peyğəmbərin bu işi görməsini onun risaləti üçün şərt bilməsi məsələsinin ciddiliyindən danışır. «Mövla» kəlməsinin yalnız «ixtiyar sahibi» mə’nası ciddi mahiyyət daşıyır. Əgər uyğun kəlməni ixtiyar sahibi kimi tə’bir etsək, söhbətin Peyğəmbərdən sonra kimin onun canişini olacağından getməsi aydınlaşar. Ayə Cöhfə yaxınlığındakı Qədire-Xumda nazil olmuşdur. Hacılar, adətən, Cöhfəyə çatdıqda bir-birlərindən ayrılaraq öz vətənlərinə yola düşürlər. Artıq onların bir yerə toplanması mümkünsüz olur. Əlbəttə ki, bu göstəriş Peyğəmbərə bir neçə gün əvvəl nazil olmuşdu. Amma onun dəqiq vaxtını tə’yin etmək çətindir. Həzrət Peyğəmbər (s) yaxşı bilirdi ki, həzrət Əli (ə) döyüşlərdə bir çox düşmənlərin həyatına son qoyduğu üçün həmin qətlə yetirilənlərin qohum-əqrəbası Əliyə qarşı kinlidir. «Allah səni insanların şərindən qoruyacaq» və’di də Əliyə (ə) qarşı kinin mövcudluğundan danışır.
İkincisi, həzrət Peyğəmbər mövla mövzusunda danışmazdan qabaq «mən sizin ixtiyar sahibiniz deyiləmmi», deyə soruşur. Hamı həzrətin belə bir məqama malik olduğunu təsdiqləyir. «Mövla» kəlməsinin ixtiyar sahibi mə’nasında olması həmin bu cümlədən aydın görünür.
Üçüncüsü, həzrət Peyğəmbər (s) Əlinin (ə) mövlalıq məsələsinə toxunduqdan sonra göstəriş verir ki, Əliyə (ə) əmir ünvanında salam verilsin. Əgər məqsəd dost olsaydı, həzrət Peyğəmbər (s) buyurardı ki, ona bir dost olaraq salam verin. Ömərin «mənim mövlam hər bir kişi və qadının mövlasıdır» deməsi də həzrət Əlinin vilayətini təsdiqləyir.
Dördüncüsü, ən məşhur sünni kitablarında da yazılmışdır ki, ilahi fərmanın bəyanından sonra bu ayə nazil olmuşdur: «Bu gün dininizi kamil etdim və sizə olan ne’mətimi tamamladım. Bir din olaraq sizin üçün İslamı bəyənib seçdim».
Həzrət Peyğəmbər (s) buyurur: «Dininin kamilləşməsi, ne’mətlərin tamamlanması, mənim risalətimə və məndən sonra Əlinin (ə) vilayətinə Allahın razılığına təkbir!»
Beşincisi, haqqında danışılan ayədən qabaq Allah-təala buyurur: «Kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun».
Kafirlər və müşriklər elə düşünürdülər ki, Peyğəmbərin oğlan övladı olmadığından o dünyasını dəyişdikdən sonra din də aradan gedəcək. Amma Allah əmri ilə Əlinin Peyğəmbərə (s) canişinliyi bəyan olunduqdan sonra onların bütün ümidləri puça çıxdı. Düşmən anladı ki, bu din həmişəlikdir. Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, həzrətin buyuruğundakı «mövla» kəlməsi vilayət və canişinlik mə’nasında işlədilmişdir.
Bəli, mövla sözünün uyğun buyuruqdakı yeganə həqiqi mə’nası «ixtiyar sahibi»dir. Başqa mə’nalar məcazidir və onların təsdiqi üçün dəlillərə ehtiyac var. Üsul elminə əsasən həqiqət məcazidən irəlidir. Bir sözlə, «mövla» kəlməsi hədisdə, «ixtiyar sahibi» mə’nasını daşıyır.
Deyilənlərdən əlavə, bu mərasimdən sonra Həssan ibn Sabitin oxuduğu qəsidə mövla sözünün həqiqi mə’nasını aydın göstərir. Həssan öz qəsidəsində həzrət Peyğəmbərin dili ilə Əlinin (ə) canişinliyi haqqında, onun ümmətə imaməti barədə mə’lumat verir.
Əgər «mövla» sözü «dost» mə’nasında olsaydı, həzrət Peyğəmbər (s) Həssanın qəsidəsinə e’tiraz edərdi. Hansı ki, Peyğəmbər (s) Əlinin (ə) imam və canişin adlandırılmasına e’tiraz etmir, hətta Həssan haqqında xoş sözlər söyləyir.
Çıxış yolu görməyən bə’zi sünni alimləri bu mə’nanı e’tiraf etməyə məcbur olmuşlar. Onlar bildirirlər ki, həzrət Peyğəmbər (s) Qədire-Xum günü Əlinin vilayət və canişinliyini e’lan etmişdir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor