Şiəliyin yaranma səbəbləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-01-2016, 23:05 | Şərh sayı: (0) | Baxılıb: 916
Şiəliyin yaranma səbəbləri
Şiəliyin meydana gəlməsində bilavasitə təsirli olan amillər kimi aşağıdakıları göstərmək olar:
1) Əli (ə)-ın imamət və vilayətini göstərən çoxsaylı Quran ayələri;
2) Əhli-beytin (ə) imamət və vilayətini göstərən çoxsaylı Quran ayələri;
3) Əhli-beytin (ə) dini ideallığını göstərən çoxsaylı Quran ayələr
4) Əhli-beytin (ə) fəzilətini göstərən çoxsaylı Quran ayələri;
5) Əhli-beytin (ə) imamət və vilayətini göstərən çoxsaylı hədislər;
6) Əhli-beytin (ə) dini ideallar olduğunu göstərən çoxsaylı hədislər;
7) Əhli-beytin (ə) fəzilətini göstərən çoxsaylı hədislər;
8) Şiələri və Əhli-beyt (ə)-ın tərəfdarlarını mədh edən çoxsaylı hədislərin mövcudluğu.
Biz bu fəsildə yuxarıda qeyd olunan mövzuların hər biri haqqında qısa məlumat verib, lazımi dəlillər göstərəcəyik.
Birinci amil
Əli (ə)-ın imamət və vilayətini göstərən ayələr:Qurani-kərimə müraciət etdikdə Əli (ə)-ın və ya bütün Əhli-beytin (ə) imamət və vilayəti haqqında çoxsaylı ayələrin mövcud olduğunun şahidi oluruq. Belə ayələrdən bir neçəsinə nəzər salaq:
1. Vilayət ayəsi;
إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ رَاكِعُون"Sizin vəliniz (haminiz) ancaq Allah, onun Peyğəmbəri və ona iman gətirənlərdir; o kəslər ki, (Allaha boyun əyərək) namaz qılır və rüku halında zəkat verirlər” ("Maidə”, 55). Bu ayənin nazilolma səbəbi tarixi qaynaqlarda, hədis və təfsir kitablarında belə qeyd edilmişdir:"Bir gün yoxsul bir kişi məscidə daxil olub kömək istədi. Onun bu istəyinə məhəl qoyan olmadı. Bu zaman məsciddə namaz qılan Əli (ə) rükuda olmasına baxmayaraq, öz üzüyünü sədəqə olaraq yoxsul kişiyə verdi. Elə həmin an məlum ayə Cəbrail vasitəsi ilə öz evində əyləşmiş Peyğəmbərə (s) nazil oldu”. İbn Kəsir səhih sənədlə Sələmə ibn Küheyldən nəql edir: "Əli (ə) rüku vəziyyətində öz üzüyünü sədəqə verdi və bu zaman "Maidə” surəsinin 55-ci ayəsi nazil oldu”. Hakim Nişapuri səhih sənədlə Əli (ə)-dan nəql edir: "Bu ayə ("Maidə”, 55) nazil olduğu zaman Peyğəmbər (s) məscidə gəldi. Məsciddəkilər namaz qılırdılar. Peyğəmbər (s) da namaz qıldı. Bu zaman məsciddə bir dilənçi gördü və ondan soruşdu: "Sənə bir şey verən oldumu?” Dilənçi Əli (ə)-ı göstərərək dedi: "Bəli, yalnız bu kişi rükuda ikən öz üzüyünü mənə verdi”. Eyni məzmunlu səhih hədisi İbn Əsir də Əlidən (ə) nəql etmişdir. Bu ayəyə əsaslanaraq Əlinin (ə) imamət və vilayətini digər şəkildə də izah etmək olar. Belə ki, Peyğəmbərin (s) vilayətində məqsəd imamət məsələsi ilə bağlı vilayətidir. Quranda oxuyuruq: النَّبىُِّ أَوْلىَ بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِم"Peyğəmbər möminlərə onların özündən daha yaxındır (daha üstün və ixtiyar sahibidir)”. Qədir-Xum günü Peyğəmbər (s) buyurdu:ألست أولى بكم من أنفسكم؟ "Mən sizə sizin özünüzdən daha yaxın (daha üstün və ixtiyar sahibiniz) deyiləmmi?Oradakılar dedilər: "Bəli, ey Allahın elçisi!” Bu zaman Peyğəmbər (s) buyurdu:فمن كنت مولاه و علي مولاه "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.Yuxarıda qeyd olunan hədis eyni məzmunda on səhabə tərəfindən nəql edilmiş və əllidən çox əhli-sünnə alimi öz kitabında qeyd etmişdir. Belə alimlərə misal olaraq Təbərani, Əbu Bəkr Cəssas, Vahidi, Zəməxşəri və başqalarını göstərmək olar. "Təbliğ” ayəsi;Allah-Taala buyurur:يَأَيهُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاس"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təblğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq” ("Maidə”, 67).Əbu Nəim İsfahani səhih sənədlə Əbu Səid Xudridən bu ayənin İmam Əli (s) haqqında nazil olduğunu nəql edir. İbn Əsakir də səhih sənədlə Əbu Xudridən bu ayənin Qədir-Xumda Əli (s) haqqında nazil olduğunu nəql edir.Bu hədis səkkiz səhabə və on dörd əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.3. "İkmal” ayəsi.Allah-Taala buyurur:الْيَوْمَ يَئسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلَا تخَشَوْهُمْ وَ اخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتمْمْتُ عَلَيْكُمْ نِعْمَتى وَ رَضِيتُ لَكُمُ الْاسْلَامَ دِينًا"Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın. Məndən qorxun! Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim” ("Maidə”, 3).Xətib Bağdadi səhih sənədlə Əbu Hüreyrədən nəql edir:"Allah-Taala zilhəccə ayının on səkkizinci günü (Qədir-Xum günü) oruc tutana altmış ay orucun savabını verir. Qədir-Xum günü o gündür ki, Peyğəmbər (s) Əlinin (s) əlindən tutaraq qarşısındakı kütləyə müraciətlə buyurdu: "Mən möminlər mövlası deyiləmmi?”Onlar dedilər: "Bəli, ey Allahın rəsulu!” Bu zaman Peyğəmbər (s) buyurdu: "Mən kimin mövlasıyamsa , Əli də onun mövlasıdır”. Peyğəmbərin (s) bu sözlərini eşidən Ömər iki dəfə Əlini (s) təbrik edərək dedi: "Ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun”. Həmin an sözügedən ayə nazil oldu. Həmin hədisi İbn Əsakir heç bir məzmun fərqi olmadan bir necə digər səhih sənədlə nəql etmişdir[33]. Bundan başqa on beşdən çox əhli-sünnə alimi də həmin hədisi qeyd etmişdir.
İkinci amil
Əhli-beytin (ə) imamətini göstərən ayələr belə ayələrə misal olaraq, "İxtiyar sahibləri” (أولى الأمر) ayəsini göstərmək olar:Allah-Taala Qurani-kərimdə buyurur:يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ أَطِيعُواْ اللَّهَ وَ أَطِيعُواْ الرَّسُولَ وَ أُوْلىِ الْأَمْرِ مِنكمEy iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyarsahiblərinə itaət edin! ("Nisa”, 59)Ayədə "ixtiyar sahibləri”ndə məqsəd, itaətləri Allah və Peyğəmbərin (s) itaəti kimi mütləq şəkildə vacib olan məsumlardır (Əlbəttə, məlum on iki imamdan başqa heç kəsin məsumluğu iddia edilməmişdir).Başqa sözlə desək, ixtiyar sahibləri on iki xəlifədir. Hansı ki, Peyğəmbər (s) "On iki xəlifə” hədisində onlara işarə vurmuşdur. Qədir-Xum hədisindən aydın görünür ki, məlum on iki nəfər Əli (s) ilə başlanır. "Səqəleyn” hədisinə görə isə həmin on iki nəfərin hər biri Peyğəmbərin (s) Əhli-beytindəndir (s).Peyğəmbər (s) buyurmuşdur: "Mənə itaət edən Allaha itaət etmiş, mənə asi olan Allaha asi olmuşdur. Əliyə (ə) itaət edən mənə itaət etmiş, Əliyə (ə) asi olan isə mənə asi olmuşdur”.
Üçüncü amil
Əhli-beytin (ə) dini ideallah olduğunu göstərən ayələr bir çox ayələr Əhli-beytin (ə) dini ideallığını və məsumluğunu aydın şəkildə önə çəkir:1 "Təthir” ayəsi;إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكمُْ تَطْهِيرًا"Allah siz Əhli-beytdən çirkinliyi yox etmək və sizitərtəmiz, pak etmək istəyir! ("Əhzab”, 33) Məsumluğu açıq şəkildə ifadə edən bu ayənin Peyğəmbərin (s) Əhli-beyti haqqında nazil olduğu şübhəsizdir. Ayənin bu məqsədlə nazil olduğu on üç nəfər səhabə və onlarla əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.Tirmizi öz "Səhih” əsərində Ömər ibn Əbu Sələmədən nəql edir:"Təthir ayəsi Ümmü-Sələmənin evində nazil olduqda Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırtdıraraq əbanı onların üstünə çəkib buyurdu: "İlahi! Bunlar mənim Əhli-beytimdir. Cirkinliyi bunlardan uzaq et”.2. "Hidayət” ayəsi.Allah-Taala buyurur:إِنَّمَا أَنتَ مُنذِرٌ وَ لِكلُِّ قَوْمٍ هَاد"Sən yalnız (insanları Allahın əzabı ilə) qorxudansan. Hər bir tayfanın bir hidayət edəni (doğru yol göstərəni) vardır”.Təbəri səhih sənədlə Peyğəmbərdən (s) nəql edir: "Mən (insanları Allahın əzabı ilə) qorxudan, Əli isə hidayət edəndir (doğru yol göstərəndir). Ey Əli, hidayət olanlar (olmaq istəyənlər) səninlə hidayət olsunlar”.Abdullah ibn Əhməd ibn Hənbəl səhih sənədlə Əlidən (ə) bu ayənin təfsiri haqqında belə nəql edir: "Peyğəmbər (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə Bəni-Haşimdən olan hidayətçiyəm (doğru yol göstərənəm)”. Hibri səhih sənədlə İbn Abbasdan nəql edir: Ayədə "Sən yalnız (insanları Allahın əzabı ilə) qorxudansan” (إِنَّمَا أَنتَ مُنذِرٌ) ifadəsində məqsəd Peyğəmbər (s), "Hər bir tayfanın bir hidayət edəni (doğru yol göstərəni) vardır” (وَ لِكلُِّ قَوْمٍ هَاد) ayəsində isə məqsəd Əlidir (ə). Hakim Nişapuri məlum ayəni izah edərkən səhih sənədlə Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Allahın rəsulu (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə hidayətçiyəm (doğru yol göstərənəm)”. Eyni məzmunlu hədisi doqquz səhabə, eləcə də iyirmi dörd əhli-sünnə alimi qeyd etmişdir.
Dördüncü amil
Fəzilət ayələri burada bir neçə ayəni qeyd edirik:1. "Dəhr” surəsi;Allah-Taala Quranda buyurur:وَ يُطْعِمُونَ الطَّعَامَ عَلىَ حُبِّهِ مِسْكِينًا وَ يَتِيمًا وَ أَسِيرًا إِنمَّا نُطْعِمُكمُْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكمُْ جَزَاءً وَ لَا شُكُورً"(Onlar) Öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda (və ya Allahın rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə, əsirə yedirərlər. (Və sonra da yedirdikləri kimsələrə belə deyərlər): "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən bu (ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik” ("Dəhr”,8-9).Otuz bir əhli-sünnə aliminin etirafına görə, bu ayə Peyğəmbərin (s) Əhli-beyti (ə) haqqında nazil olmuşdur. Fəxr Razi "ət-Təfsir əl-kəbir” əsərində sözügedən ayəni şərh edərkən, Qazi Beyzavi "Ənvar ət-tənzil”, Süyuti "əd-Dürr əl-mənsur” kitablarında, Əbu əl-Fida və Bağdadi öz tarix əsərlərində məlum ayəni həmin şəkildə izah etmişlər. "Şira” ayəsi;Allah-Taala Quranda buyurur:وَ مِنَ النَّاسِ مَن يَشْرِى نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَ اللَّهُ رَءُوفُ بِالْعِبَاد"İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allahın rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! ("Bəqərə”, 207)İbn Abbas deyir: "Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Ayənin nazil olması Peyğəmbərin (s) müşriklərin əlindən qaçıb Əbu Bəkrlə birgə mağaraya sığındıqlarında Əli (ə) onun (s) yatağında gecələdiyi zamana təsadüf edir”.İbn Əbu əl-Hədid yazır: "Bütün təfsirçilər bu ayənin Əli (ə) haqqında nazil olmasına dair yekdil rəyə gəlmişlər. Ayə o həzrətin (ə) Peyğəmbərin (s) yatağında gecələdiyi zaman nazil olmuşdur”.On dörd əhli-sünnə alimi məlum ayənin Əli (ə) haqqında nazil olduğunu etiraf etmişdir. Belə elm adamlarından aşağıdakılarını göstərmək olar: Zeyni Dehlan, Fəxr Razi, İbn Əsir, Diyarbəkri və başqaları. "Mübahilə” ayəsi;Allah-Taala buyurur:فَمَنْ حَاجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءَنَا وَ أَبْنَاءَكمُْ وَ نِسَاءَنَا وَ نِسَاءَكُمْ وَ أَنفُسَنَا وَ أَنفُسَكُمْ ثُمَّ نَبْتهَلْ فَنَجْعَل لَّعْنَتَ اللَّهِ عَلىَ الْكَذِبِين İrəliTəfsirçilərin yekdil rəyinə görə, ayədə sözügedən "özümüz”də məqsəd Əlidir (ə). Belə ki, ayədə Əli (ə) Peyğəmbərin (s) özü ifadəsi ilə anılmışdır.Əhməd ibn Hənbəl nəql edir: "Bu ayə nazil olduqda Peyğəmbər (s) Əli (ə) , Fatimə (ə) , Həsən (ə) və Hüseyni (ə) cağırtdıraraq buyurdu: "İlahi, bunlar mənim Əhli-beytimdirlər. Müslimin nəql etdiyinə görə, Müaviyə ibn Əbu Süfyan Səd ibn Əbu əl-Vəqqası cağırtdıraraq dedi: "Sənin Əbu Turabı (Əlini) söyməyinə mane olan nədir?” Səd dedi: "Peyğəmbər (s) Əlinin (ə) üç fəzilətini dilə gətirmişdir. Bu üç fəziləti bildiyim halda heç zaman Əliyə (ə) qarşı nalayiq sözlər söyləmərəm. Əgər həmin fəzilətlərin biri məndə olsaydı (mənim haqqımda deyilsəydi), mənim üçün qırmızı dəvələrdən daha qiymətli olardı. Bu ayə ... فَقُلْ تَعَالَوْاْ nazil olduqda Peyğəmbər (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) çağırtdıraraq buyurdu: "İlahi, bunlar mənim Əhli-beytimdirlər”.Bu ayənin Əhli-beyt (ə) haqqında nazil olduğunu eyni məzmunlu hədislə nəql edən iyirmi dörd səhabə və tabei, üçüncü əsrə qədər isə əlli əhli-sünnə alimi mövcuddur. "Məvəddət” ayəsi.Allah-Taala buyurur:قُل لَّا أَسْلُكمُْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فىِ الْقُرْبى(Ya Peyğəmbər) de ki: "Sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm ("Şura”, 23).Əhli-sünnə elm adamlarının yekdilliklə nəql etdiklərinə görə, sözügedən ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) soruşdular: "Ey Allahın rəsulu! Bizə məhəbbəti vacib olan yaxınların (qohumların) kimlərdirlər?” Həzrət (s) buyurdu: "Əli, Fatimə, Həsən və Hüseyn (ə)”.Hakim Nişapuri özünəməxsus sənədlə Əli ibn Hüseynin (ə) belə buyurduğunu nəql edir: "Həsən ibn Əli atasının vəfatından sonra xütbə oxuyaraq Allaha həmd-səna etdikdən sonra buyurdu: "Bu gecə elə bir şəxs dünyasını dəyişib ki, özündən öncə yaşamış insanlar əməl baxımından onu üstələməmişdir, özündən sonra gələnlər isə onun kimisini görməyəcəklər. Peyğəmbər (s) bayrağı Əliyə (ə) verər, o da döyüşə yollanardı. Bir halda ki, Cəbrail onun sağ tərəfində, Mikail isə sol tərəfində addımlayırdı. Allah ona fəth və qələbə nəsib etmədən qayıtmazdı. Özündən sonrakılar üçün altı yüz dirhəmdən başqa heç bir sarı və ağ (qızıl və gümüş) qoyub getmədi. Payladıqlarından artıq qalan bu miqdar isə ailəsi üçün xidmətçi tutulsun deyə ayrılmışdı. Ey insanlar! Məni tanıyanlar tanıyır, tanımayanlar isə bilsinlər ki, mən Həsən ibn Əliyəm (ə). Mən, Peyğəmbər (s) övladı, vəsi oğluyam. Mən hidayət çırağının oğluyam. Mən o Əhli-beytdənəm (ə) ki, Cəbrail bizim yanımıza enər və bizim yanımızdan yüksələrdi. Mən o Əhli-beytdənəm (ə) ki, Allah çirkinliyi onlardan uzaqlaşdırmış, onları tamamilə pak etmişdir. Mən o Əhli-beytdənəm (ə) ki, Allah onları sevməyi hamıya vacib etmişdir. Allah-Taala buyurur: (Ya Peyğəmbər) de ki: "Sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm” ("Şura”, 23). Yaxşılığı əldə etmək biz Əhli-beytə (ə) məhəbbət bəsləməkdir”.Bu hadisəni iyirmi dörd səhabə və tabei, altmışa yaxın əhli-sünnə alimi nəql etmişdir. Belə alimlərə misal olaraq aşağıdakıları göstərmək olar: Süyuti, Təbəri, Əhməd ibn Hənbəl və başqaları.İbn Hibban və digərləri isə bu hədisin doğruluğunda heç bir şəkk-şübhə olmadığını xüsusilə vurğulamışlar.
Beşinci amil
İmamət və vilayət hədisləri şiəliyin yaranmasına səbəb olan amillərdən biri də Əhli-beytin (ə), onların önündə isə Əlinin (ə) imamlığını göstərən müqəddəs mətnlərdir. Belə hədislərin bir neçəsinə nəzər salaq: 1. "Qədir-Xum” hədisi;Peyğəmbər (s) Qədir-Xumda buyurmuşdur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” 2. "On iki xəlifə” hədisi;Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Məndən sonra on iki xəlifə olacaqdır. Onların hamısı Qüreyşdəndir”.3. "Vilayət” hədisi;Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurur: "Sən məndən sonra hər bir möminin vəlisi və rəhbərisən”.4. "Visayə” hədisi;Peyğəmbər (s) buyurmuşdur: "Həqiqətən, hər bir Peyğəmbərin (s) vəsi (canişin) və varisi olur. Mənim də vəsi (canişin) və varisim Əlidir (ə)”.5. "Mənzilət” hədisi;Peyğəmbər (s) buyurmuşdur: "Sən mənim üçün, Musa üçün Harun kimisən. Lakin məndən sonra peyğəmbər yoxdur”.6. "Xilafət” hədisi.Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurmuşdur: "Sən öz qövmün arasında mənim vəsi (canişin) və canişinimsən. (Ey insanlar!) ona qulaq asın və tabe olun”.
Altıncı amil
Əhli-beytin dini ideallar olduğunu göstərən müqəddəs mətnlər bir çox hədislər Əhli-beytin (ə) dini ideallığını açıqca təsdiq edir. Belə hədislərdən bir necəsinə nəzər salaq:1. "Səqəleyn” hədisi;Tirmizi Cabir ibn Abdullahın belə dediyini nəql edir: "Vida həccində Peyğəmbəri (s) gördüm. O, öz dəvəsinə minmiş və xütbə oxuyurdu. Onun belə buyurduğunu eşitdim: "Ey camaat! Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm. Əgər bu iki şeydən möhkəm yapışsanız, heç bir zaman yolunuzu azmayacaqsınız. Həmin iki şey Allahın kitabı və mənim Əhli-beytimdir(ə)”. Eyni məzmunlu hədisi otuz dörd səhabə nəql etmiş və iki yüz altımış əhli-sünnə alimi öz kitabında qeyd etmişdir.2. "Mən elmin şəhəriyəm” hədisi;Hakim Nişapuri özünəməxsus sənədlə Cabirdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:"Mən elmin şəhəri, Əli (ə) isə onun qapısıdır. Elm şəhərinə daxil olmaq istəyən qapıdan daxil olsun”.Digər bir hədisdə buyurur: "Mən hikmət evi, Əli (ə) isə onun qapısıdır”.Eyni məzmunlu hədisi on səhabə, on beş tabei və onlarla əhli-sünnə alimi nəql etmişlər.3. "Nuhun gəmisi” hədisi;Peyğəmbər (s) buyurmuşdur: "Mənim Əhli-beytim Nuhun (ə) gəmisi kimidir. Ondan uzaq düşən oda düşər”. Bu hədisi altı səhabə, yeddi tabei və yüz əlli əhli-sünnə alimi nəql etmişdir.4. "Təhlükəsizlik” hədisi;Hakim Nişapuri İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ulduzlar insanları (dəryada) azmaqdan qoruyur. Mənim Əhli-beytim isə ümməti ixtilafdan qoruyur. Əgər ərəb qəbilələrindən biri onlara qarşı çıxarsa, öz aralarında ixtilaflar düşər və şeytan firqəsi sayılarlar” Bu hədisi bir çox əhli-sünnə alimi nəql etmişdir.5. "Əli (ə) haqq ilədir” hədisi.Peyğəmbər (s) buyurmuşdur: "Allahın rəhməti Əlinin üzərindən əskik olmasın! İlahi, Əli harada olarsa, haqqı da orada et!” Hakim Nişapuri Ümmü-Sələmədən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Əli Quran ilə, Quran da Əli ilədir. Bunlar ikisi (Qiyamət günü) hovuzun (Kövsərin) kənarında mənim yanıma gəlincə bir-birindən ayrılmazlar”. Bu hədisi iyirmi üc nəfər səhabə və onlarla əhli-sünnə alimi nəql etmişlər. Əhli-beyt (ə) haqqında qeyd olunan bütün ayə və rəvayətlər (hədislər) onların fəzilətini göstərməklə yanaşı, bu fəzilətin yalnız onlara aid olduğunu, onların digərlərindən daha fəzilətli olduqlarını da açıqca isbatlayır. İbn Teymiyyə və digər bir çox əhli-sünnə elm adamlarının etirafına görə, imamət ümmətin ən fəzilətlisinin haqqıdır.
Yeddinci amil
Əhli-beytin (ə) fəzilətini göstərən hədislər belə hədislərdən bir neçə nümunəyə nəzər salaq:1. "Nur” hədisi;Peyğəmbər (s) buyurmuşdur: "Mən və Əli dörd yüz min il bundan öncə vahid nur idik. Allah həzrət Adəmi yaratdıqdan sonra həmin nuru iki hissəyə böldü. O nurun bir hissəsi mən, digər hissəsi isə Əlidir” .Bu hədisi səkkiz səhabə, səkkiz tabei, qırxdan çox əhli-sünnə alimi nəql etmişlər.2 "İnsanların ən sevimlisi” hədisi; Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir: "Allahın xalq arasında ən sevimlisi Əlidir”.Tirmizi özünəməxsus sənədlə Ənəs ibn Malikdən nəql edir: Peyğəmbərin (s) qarşısında qızardılmış toyuq var idi. Həzrət (s) buyurdu: "İlahi! Ən sevimli bəndəni mənim yanıma göndər, mənimlə yemək yesin. Bu zaman Əli (ə) gəldi və həzrətlə (s) birgə yemək yedi”. Bu səhih hədisi doqquz səhabə, doxsan bir tabei və əlli əhli-sünnə alimi nəql etmişlər. Onlardan yeddisi bu hədis haqqında kitab yazmışdır. Bir coxları bu hədisinsəhih olduğuna heç bir şübhə olmadığını dilə gətirmişlər. Belə alimlərə misal olaraq, aşağıdakıları göstərmək olar: Məsudi, İbn Əbd əl-Birr, Məhəmməd ibn Təlhə Şafei[68], Safuri, Fəzl ibn Ruzbəhan.3. Əli (ə) iman və nifaqın meyarıdır;Peyğəmbər (s) buyurmuşdur: "Əlini yalnız möminlər sevər və ona qarşı düşmənçilik yalnız münafiqlərə xasdır”.Eyni məzmunlu hədisi səkkiz səhabə və qırxa yaxın əhli-sünnə alimi nəql etmişdir. Belə alimlərdən Müslim, Tirmizi, Əhməd, İbn Macə və başqalarının adını çəkmək olar.4. Əli (ə) Peyğəmbərin (s) mənəvi qardaşı; Cabir ibn Abdullah və Səid ibn Müsəyyib deyirlər: "Peyğəmbər (s), səhabələrinin arasında qardaşlıq əqdi oxudu. Sonda Peyğəmbər (s), Əli (ə), Ömər və Əbu Bəkr qaldılar. Həzrət (s), Ömərlə Əbu Bəkr arasında da qardaşlıq əqdi oxudu. Sonra Əliyə (ə) buyurdu: "Sən mənim qardaşım, mən də sənin qardaşınam”.Bu hədisi on dörd səhabə və qırx nəfər əhli-sünnə alimi nəql etmişlər. Onlardan Tirmizi və Hakimin adını cəkmək olar.5. Əlinin (ə) evinin qapısının məscidə acılması;Əhməd ibn Hənbəl Zeyd ibn Ərqəmdən nəql edir: "Bir çox səhabə evinin qapısını məscidə açmışdı. Peyğəmbər (s) buyurdu: "Əlinin (ə) qapısından başqa bütün qapılar bağlansın”. Bu zaman müsəlmanlar arasında söz-söhbət yarandı. Bunu görən Peyğəmbər (s) buyurdu: "Mən qapıları öz ixtiyarımla açıb və ya bağlamamışam. Bu mənə (Allah tərəfindən) əmr olunmuşdu. Mən də vəzifəmi yerinə yetirdim”.Tirmizi, Peyğəmbərin (s) belə buyurduğunu yazır: "Əlinin (ə) qapısından başqa məscidə acılan bütün qapıları bağlayın”.Bu hədisi on iki səhabə və otuz əhli-sünnə alimi nəql etmişdir.6. Əli (ə) və günəşin qaytarılması; Əbu Hüreyrə deyir: "Peyğəmbər (s) başını Əlinin (ə) ayağı üzərinə qoyub yuxuya getmişdi. Günəş qürub etdi. Əli (ə) isə əsr namazını qılmamışdı. Peyğəmbər (s) oyandı. Onun üçün dua etdi. Günəş qayıtdı. Əli (ə) namaz qıldı. Sonra yenə qürub etdi”.Bu hədisi doqquz səhabə və qırx əhli-sünnə alimi nəql etmişlər. Onların onu bu hədis haqqında ayrıca kitab qələmə almış, on üc nəfər isə həmin kitabları təshih etmişlər. Belə alimlərdən aşağıdakıları göstərmək olar: Əbu Cəfər Təhavi, Təbərani, Beyhəqi, Heysəmi və Qəstəlani.7. Əli (ə) və "Bəraət” surəsinin catdırılması; Əbu Rəfi deyir: "Peyğəmbər (s) Əbu Bəkri "Bəraət” surəsini (insanlara) catdırmaq üçün Məkkəyə göndərdi. Cəbrail (ə) Peyğəmbərin (s) yanına gələrək dedi: "Surəni ya sən özün, ya da səndən olan biri çatdırmalıdır”. Peyğəmbər (s) Əlini (ə) Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) Məkkə və Mədinə arasında ona çatdı. Surəni ondan alıb özü müsəlmanlara çatdırdı”.Bu hədis yetmiş üç əhli-sünnə alimi tərəfindən nəql edilmişdir. Belə alimlərə nümunə olaraq Əhməd ibn Hənbəl, İbn Macə və Tirmizini göstərmək olar.8. Əlinin (ə) Kəbədə dünyaya gəlməsi;Hakim Nişapuri yazır: "Mütəvatir rəvayətlərdə deyildiyinə görə, Fatimə bint Əsəd Əli ibn Əbu Talibi Kəbədə dünyaya gətirmişdir”. Bu hədisi on yeddi əhli-sünnə alimi nəql etmiş, on iki nəfər onun mütəvatir olduğunu, doqquz nəfər isə bu fəzilətin yalnız Əliyə (ə) aid olduğunu etiraf etmişlər.9. Əli (ə) və bayraqdarlıq; Əsləmi Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Sabah bayrağı elə bir adama verəcəyəm ki, o, Allahı və rəsulunu sevir, Allah və rəsulu da onu sevirlər”. Sonrakı gün Əbu Bəkr və Ömər Peyğəmbərin (s) onları çağıracağını gözləyirdi. Lakin Peyğəmbər (s) Əlinin (ə) gözünün ağrımasına baxmayaraq onu çağırtdırdı, ağzının suyundan gözünə çəkdi. Sonra bayrağı ona verdi. Qoşun da onunla hərəkət etdi.10. Əli (ə) - ilk mömin və müsəlman;Peyğəmbər (s) Fatiməyə buyurdu: "Əli səhabələrim arasında İslamı ilk qəbul edən şəxsdir”.11.Əli (ə) - Peyğəmbərlə (s) ilk namaz qılan şəxs.Hakim Nişapuri özünəməxsus sənədlə İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: "Mən Allah rəsulu (s) ilə başqalarından yeddi il öncə namaz qılırdım”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər